"Nikosayağı"nın törətdiyi qəzada iş adamının oğlu öldü

Sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloger Nicat Mütəllimovun törətdiyi yol qəzasında ölən şəxsin kimliyi məlum olub.

Sozcu.az Unikal-a istinadən xəbər verir ki, qəzada həlak olan Gəncə şəhər sakini 1995-ci il təvəllüdlü Ruslan Şahin oğlu Məmmədovdur.

Qeyd edək ki, o, tanınmış iş adamı Şahin Məmmədovun oğludur.

Share on Facebook