Savaşda Mingəçevirə raketlər atdıq... – Zurabyandan sensasiya

Azərbaycan enerji sektorunda Qərbin ciddi iqtisadi tərəfdaşıdır. Sozcu.az xəbər verir ki, bu sözləri Ermənistan Milli Konqresinin sədr müavini Levon Zurabyan erməni mediasına açıqlamasında deyib. O bildirib ki, Azərbaycandan neft ixracı xeyli artıb, Avropa enerji resurslarına görə Azərbaycandan 5% asılıdır ki, bu da Bakıya sanksiyaların tətbiqində çox ciddi və mühüm maneədir. Zurabyanın hesab edir ki, hazırda əsas problem İsraildir: “Azərbaycanın Ermənistan üzərində hərbi qələbəsinin memarı İsraildir. 2016-2020-ci illərdə Azərbaycan aldığı silahların 70%-ni İsraildən idxal edib. Ən müasir silahlarla Bakıya Təl-Əvivdən ümumilikdə 92 uçuş həyata keçirilib. İsrail Dəmir Qübbə sistemini yalnız Azərbaycana verib, başqa heç kimə. Niyə? Çünki bu sistem Mingəçeviri zərbələrdən qorumalı idi – necə ki, 44 günlük savaşda Mingəçevirə endirilən zərbələr hədəfə çatmadı (havada vuruldu – red.). Bundan əlavə, İsrail PUA-ları, Ermənistanın dəqiq rəqəmsal xəritələrini və yüksək dəqiqlikli “Laura” raketlərini Azərbaycana verib. Yəni Azərbaycanın qələbəsini təmin edəcək yardımlar edib. 19 sentyabrdan əvvəlki (lokal antiterror tədbirlərindən öncə - red.) bir ayda Bakı yenə İsraildən silah alıb”. Onun fikrincə, İsrailin Azərbaycana bu cür dəstəyinin səbəbi yalnız İrana qonşu olması deyil, İranda çoxmilyonlu azərbaycanlı əhalinin yaşamasıdır: “Qərb uzun müddətdir ki, azərbaycanlı separatizmi ilə İranı daxildən parçalamağa çalışır”. O qeyd edib ki, bu gün iki düşərgə formalaşıb: Qərbin rəhbərlik etdiyi köhnə hegemonlar və Çin, İran, Rusiya və digər ölkələrin təmsil etdiyi yeni hegemonlar. Onun iddiasına görə, İranla mümkün qarşıdurmada Azərbaycan Qərbin tərəfdaşıdır və buna görə də Qərb Azərbaycanı zəiflətmək üçün heç bir addım atmayacaq: “Qərb (Ermənistana – red.) bəyanatlar və humanitar yardım göstərmək baxımından addımlar atacaq, lakin bu, Azərbaycanın Zəngəzura təcavüzünün qarşısını almaq üçün Paşinyanın gözlədiyi olmayacaq. Qərbin hərbi bazalarının Ermənistanda yerləşdirilməsi təhlükəsizliyin təminatı ola bilərdi, lakin bu baş verməyəcək, çünki onların özlərində Ukraynaya yardım göstərməklə bağlı problemlər var, silahların bir hissəsi artıq İsrailə göndərilir. Ona görə də İrəvana heç bir düşərgə ilə körpüləri yandırmağa ehtiyac yoxdur, çünki kimin qalib gələcəyi bəlli deyil və bəlkə də indi qarşı olduğunuz düşərgə ilə hələ də münasibət qurmalı olacaqsınız. Bu gün ölkənin güvənsizliyi və iki düşərgənin qarşıdurması şəraitində bir düşərgə tərəfinə keçib, digər düşərgə istiqamətinə tüpürməsi təəccüb doğurur. Paşinyanın etdiyi də məhz budur. İndiki şəraitdə balansı qorumaq və Rusiya ilə Qərb arasında birləşdirici körpüyə çevrilmək vacibdir”.axar.az)

DTX tərəfindən saxlanılan Nəzakət Məmmədovadan YENİ XƏBƏR

Xəbər verdiyimiz kimi özünü politoloq kimi təqdim edən Nəzakət Məmmədova Dövlət  Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.   Sozcu.az xəbər verir ki, onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, N.Məmmədova Rusiyaya casusluq etməkdə ittiham olunur. sfera)

Nəiminin gizlinləri: Nəsiminin mürşidini əslində kim öldürtdürüb ? - Əkbər Nəcəf yazır

XXX Hürufilik fəlsəfi-mistik cərəyan kimi XIV-XVII əsrlərdə Azərbaycan, Anadolu, Suriya və Balkanlarda təsirli olub. Hürufiliyin ana vətəni Azərbaycan olsa da, hürufilik bu diyarda ancaq 50 il təsirli ola bildi. Aralarında Nəiminin qızı Fatma Xatun və müridi Yusifin də yer aldığı 500 nəfərlik hürufinin 1444-cü ildə Təbrizdə qətlə yetirilməsindən sonra Azərbaycanda hər hansı bir hürufi qruplaşması haqqında mənbələrdə məlumat yoxdur. Hürufiliyin ən təsirli olduğu coğrafiya Anadolu olub. Fateh Sultan Mehmetin bir müddət hürufi fikirlərinin təsirində qaldığını nəzərə alsaq, Fəzlullah (qısaca: Fəzl) tərəfdarlarının Anadoludakı təsiri daha yaxşı başa düşülər. Hürufilər özlərinə “hürufi” demirdi Hürufilər heç vaxt özlərini “hürufi” adlandırmayıblar. Nə Fəzlullah Nəiminin, nə də müridlərinin əsərlərində belə bir ad keçmir. Bu ad onlara başqaları tərəfindən verilib. Maraqlıdır ki, hürufi cərəyanlarının tarixi Fəzlullah Nəiminin 500 il əvvəl başlayır. İslam tarixində ilk hürufi Müğirə ibn Səid əl-İcli (? - 737-ci il) hesab olunur. Müğirə “ismi-əzəm”i bildiyini və ölüləri bu vasitə ilə diriltdiyini iddia edib. Ona görə, Allahın həm surəti, həm də bədəni var. Onun bədəni Quranın hərflərinə oxşayır. Məsələn, Allahın ayağı “əlif”, gözləri “mim” şəklindədir. Müğirə bu tərz açıqlamalarını ifrat dərəcəyə çatdırıb. Onun fikirlərini məşhur sufilərdən Səhl ibn Abdullah ət-Tustəri (? - 896-cı il) təkmilləşdirib. Tustəriyə görə, Quran hərfləri batın elmindən xəbər verir ki, bunu da ancaq sufilər öyrənə bilərlər. Tustəri Xəllac Mənsurun müəllimi olub və Xəllacın hərflərin sirrini ondan öyrəndiyi qeyd edilir. İslam fəlsəfə tarixində ilk cərəyan olan “İxvani-səfa" risalələrində də hərflər və rəqəmlər haqqında müəyyən fikirlər səsləndirilib. Məsələn, ixvançılar hər hansı məsələnin məntiqi və fiziki şərhindən əvvəl onu sayı və hərflərinə görə təhlil ediblər. “Elmi-hüruf” adı altında ilk hürufi təlim Əhməd ibn Əli əl-Buni (vəfatı 1225-ci il) ilə başlayır. Alim bu mövzuda 40-a qədər əsər qələmə alıb. Sehr, cifr, xəvas, vəfk və fal kimi mövzuları dərindən təhlil edib öyrənən əl-Buninin əsərləri özündən sonra xüsusilə də sehr və falçılıqla məşğul olanlar üçün əsas mənbə hesab olunub. İslam tarixində cifr, yaxud əbcəd (ərəb qrafikasına əsaslanan hesab növü - red.) və sehrlə əlaqədar bütün açıqlamaları o sistemləşdirmiş, hətta əsərlərində bunların geometrik təhlillərini aparıb. Fəzlullah Nəimin əsərlərində yer alan 28-32 hərfin və onların sirləri haqqında batıni fikirləri ilk dəfə o səsləndirib. Hüruf elmi İbn Ərəbinin də əsərlərində tədqiqat obyekti olub. Hətta “əl-Fütuhatül-məkkiyyə” adlı əsərində bu mövzuda o, xüsusi fəsil qələmə alıb. İbn Ərəbinin açıqlamalarının maraq oyandıran cəhəti rəqəmlər ilə hərflər arasında paralellik qurmasıdır. Amma İbn Ərəbi məsələni vəhdəti-vücud çərçivəsində şərh etməklə hürufilərdən ayrılıb. Fəzlullah Nəimi kim olub? Nəiminin dəqiq kimliyi məlum deyil. Haqqında ilk tarixi məlumatlar vəfatından təqribən 50 il sonra Makrizi (? - 1442) tərəfindən qələmə alınmış “Ukud fi təracimil-əyanül-mufidə” əsərində yer alır. Müəllif onun “Əstərabadlı bir əcəm” olduğunu yazır. Eyni məlumat Səhəvinin (? - 1497l) “əd-Düvəl-lami” əsərində də təkrarlanıb. Amma Fəzlullah dövrünə ən yaxın mənbə “Şərhi-Mukrizi”dir. Burada onun Təbrizdə doğulduğu qeyd olunub. Lakin ən məşhur tələbəsi və xəlifəsi (burada: keçmişdə molla məktəblərində molla köməkçisi - red.) Əlayyul-Əla mürşidinin “əstərabadlı” olduğunu açıq şəkildə qeyd edib: Kainatın taxtı Əstərabaddadır, Çünki, şah, Zatdan üzünü orada göstərdi (“Tohidnamə”) “Cavidannamə”də Fəzlullah özündən “Mövlana F” şəklində bəhs edir. Buradakı “F” Fəzlullahın qısaldılmış şəklidir. Müridlərinin əsərlərində isə ustadlarından “həlalxor Seyyid Fəzlullah” olaraq danışılır. Farsça “həlalxor” – “dilinə haram dəyməmiş (halal yeyən)” mənasına gəlir. “Seyyid” olduğu özündən sonra tərtib olunan “Fəzlin şəcərəsi”, “Səlatnamə” və “Bəyanül-Vaki” əsərlərində göstərilib. Burada onun nəslinin İmam Museyi Kazimə (ə.) dayandığı iddia edilir. Amma bu şəcərənin saxta olduğu şübhə doğurmur. Belə ki, Fəzlullah özü haqqında bir çox məqamı açıqladığı halda seyyidliyindən bəhs etməyib. İkincisi, şəcərədə yer alan onun doqquzuncu nəsildən yəmənli babası Seyyid Məhəmməd əl-Yəmaninin kimliyi mübahisəlidir. IX əsrdən etibarən Yəməndə batiniliyin güclü olduğunu nəzərə alsaq, ailənin batini xüsusiyyətlər göstərməsi maraq doğurur. Belə ki, Fəzlullahın babaları sünni olub, hətta atası ölənədək Əstərabadın baş qazısı (“Darul-mömünün”) vəzifəsini icra edib. Atasının vəfatından sonra bu vəzifə ona irsən ötürülüb, uşaq yaşda baş qazı elan olunub. 20 yaşından etibarən ömrünü Fəzlullahın yanında keçiriən və öz mürşidinin həyatını qələmə alan Nəsrullah ibn Həsən Əlinin (məşhur “Xabnamə”nin müəllifi ) də şeyxin seyidliyinə yer verməməsi maraqlıdır. Fəzlullahın kimliyinə işıq tutacaq faktlardan biri onun babası Əbu Məhəmmədin Təbriz dəricilərindən olmasıdır. Məlumdur ki, XIII əsrdə Təbrizdə dəricilər adlı bir tayfa məskun idi. Dəricilər tayfası öz kimliklərini XX əsrin ortalarına qədər qoruyub saxlamışdı. Hətta XX əsrin ortalarında Təbrizin dəriciləri Nəiminin onlardan olması ilə fəxr edirdilər. Bu tayfa şahsevən boyları arasında yer alıb. Dərici adı tayfanın dəriçiliklə məşğul olması səbəbindən verilib. Bir digər məqam isə Fəzlullah müridlərinin çoxunun türkmən olmasıdır. Hətta Fəzlullah İsfahanda türklərin yaşadığı şəhərin kənar məhəllələrindən olan Tokçi və ya Toqşidə iqamət edib və təbliğatını həmin məhəllənin məscidində aparıb. Fəzlullah hicri 740-cı ildə (1339/1340) doğulub. Uşaq yaşında atasını itirib. Atasına hörmət əlaməti olaraq Əstərabad xalqı onu elə atasının yerinə qaziül-qazi (qazılar qazısı, baş qazı - red.) elan edib. Hətta atasının köməkçiləri Fəzlulları mədrəsə təhsilini tamamlayandək məhkəmə işlərinə onun əvəzindən özləri baxıblar. Fəzlin yaxşı mədrəsə təhsili aldığı məlumdur. Bu onun gənc yaşlarında vaxtını ibadətlə keçirməsindən də bəllidir. Bir beytlə başlayan ilahi axtarışı Fəzlullah 1357-ci ildə, yəni 17 yaşında olarkən bazarda (və ya mədrəsədə) Mövlana Cəlaləddin Ruminin şeirindən bir beyti eşidir: Əz mərg çi əndişi çun can-i baka dari, Dər gur qoca qonci çun nuri-Xuda dari. (Sətri tərcüməsi: Səndə əbədilik cövhəri varkən niyə ölümdən qorxursan, Səndə Allahın nuru varkən hansı qəbirə sığarsan) Şeirin təsiri altında qalan Fəzlullah yuxarıdakı beytin mənasını müəllimi Mövlana Kəmaləddindən soruşur. Müəllimi bunun ancaq riyazət (Allahdan qorxaraq, özünü dünya nemət və ləzzətlərindən məhrum edib zahidliyə qapılma - red.) və ibadətlə başa düşüləcəyini bildirir. Fəzlullahın batini aləmə səyahəti bu beytlə başlayır. Mədrəsədə bir ilini riyazət və ibadətlə keçirən Fəzlullah insanların ona münasibətindən narahat olub səyahətə çıxmağa qərar verir. Yolda qarşılaşdığı çobanın yun əbası ilə öz libasını dəyişdirərək piyada Məkkəyə, həccə gedir. Burada diqqət çəkən bir məqam da var: Fəzlullahın çobanla qarşılaşıb onun əbasını alması təsəvvüf tarixində ilk sufilərdən İbrahim ibn Ədhəmin hekayəsi ilə eynidir. Fəzlin olduqca çətin və ağır həcc səyahəti keçirdiyi qeyd olunur: Əstərabaddan Məkkəyə qədər yolu təkbaşına və piyada gedib, ehtiyaclarını öz fərasəti və bacarığı sayəsində qarşılayıb. Heç kimə əl açmadan həcc ziyarətini tamamlaması sonradan onun bu təcrübəsini müridləri üçün də düstura çevirməsi ilə nəticələnib. Daha dəqiq desək, müridlərindən mütləq bir sənət, peşə sahibi olmalarını istəyib. Fəzlullah həcc ziyarətini tamamladıqdan sonra birbaşa Xarəzmə gedir. Onun hansi səbəbdən Xarəzmə getdiyi məlum deyil. Lakin Xarəzmdə çox qalmayıb təkrar həccə getmək üçün yola çıxdığı barədə belə bir məlumat var: yuxuda İmam Rzanı (ə.) ziyarət etmək üçün istiqamətini dəyişib əvvəlcə Məşhədə, daha sonra Məkkəyə gedib. Həccdən sonra isə Xarəzmə qayıdaıb. Bundan sonra Nəiminin ömrü növbəli şəkildə Təbriz, İsfahan, Səbzəvar, Yəzd, Damqan, Şamaxı və Bakıda keçib. Fəzlin yuxuları Fəzlullahı irşad (doğru yol göstərmə, qəflətdən oyandırma - red.) mərtəbəsinə aparan onun gördüyü yuxular olmuşdu. Bunlardan ilki Xarəzmdə yaşanıb: özünü bir hamamda görən Nəimi hamam qapısının İsa peyğəmbər tərəfindən açıldığını deyib. Əlavə edib ki, İsa peyğəmbər ona bir sual verib: “İslam şeyxlərindən hansı doğru yoldan getdi - Allahdan başqa bir şey axtarmadı, hansı bunun əksini etdi, bilirsən?”. Fəzlullah bu suala “xeyr” cavabı verir. Belədə İsa ona doğru yoldan gedən şeyxlərdən İbrahim ibn Ədhəm, Bəyazidi-Bistami, Səhl ibn Abdullah ət-Tustəri və Bəhlülün adlarını çəkir. Həmin şeyxlərin sufi olması Fəzlullahın təsəvvüfə yönəlməsinə səbəb olur. Bir müddət təsəvvüflə məşğul olan Nəimi bu yoldan ayrılmaq istərkən ikinci yuxunu görür. Bu dəfə yuxusuna Süleyman peyğəmbər girir. Həmin yuxudan bir gün sonra başqa bir yuxu görür. Bu dəfə yuxusuna girən Hz. Məhəmməd onu yuxu elminin ("röya təvili) sirrindən agah edir... Yuxu yozan Fəzlullah Nəimini məşhurlaşdıran və ətrafında çox sayda tərəfdarın toplanmasına gətirib çıxaran da elə onun yuxu yozmaları olub. Gördüyü üçüncü yuxuda peyğəmbərdən “röya təvili” elminin sirlərini öyrənən Fəzlullah yuxu yozmalarına Xarəzmdə olarkən başlayır. Bundan sonra getdiyi hər yerdə yuxuları yozmağa davam edir və bu ona çox sayda tərəfdar qazanır. Fəzlullahın görülən hər yuxunu doğru yozduğu (açıqladığı) iddia edilir. Bu iddia doğru olmalıdır, ona müraciət edənlər arasında zadəgan ailələrinin çoxluq təşkil etməsi də bunu təsdiqləyir. İsfahanda olarkən isə Fəzlullahın şöhrəti hər yerə yayılır. Şəhərin varlı ailələri, hətta soylu qadınlar onun qaldığı Tokçi məscidinin qapısında növbəyə dayanırdılar. Yuxusunu Nəimiyə danışanlar arasında Şeyx Əbül Həsən ibn Şeyx İbrahim Dəstgirdi, Mövlana Zeynəddin Rəcai, Xacə Saadəddin və onun atası Əfzələddin, Xacəzadə Hafiz Həsən, Xacə Əli Tağı, Əmir Fərruz Günbədi, Seyyid Mahmud Zəndəgi kimi İsfahanın ən tanınmış alimləri yer alırdı. Bundan başqa, Cəlairi hökmdarı Sultan Üveys, onun vəziri Zəkəriyya, divan vəziri (sahibi-sədr) Şeyx Xacə kimi dövlət adamları da onun hüzuruna gəlib yuxularını danışırdılar. Yuxu yozmalarının müqabilində Fəzlullahın heç bir hədiyyə, yaxud bəxşiş qəbul etməməsi ona olan hörməti və izzəti daha da artırmış, ətrafındakı insanların təqdiri ilə nəticələnmişdi. Hürufilik elit təbəqənin təriqəti idi Sovet tarixçiliyində hürufiliyin Əmir Teymur dövrünün yaratdığı sosial və siyasi şərtlər nəticəsində ortaya çıxdığı və zülmə qarşı mübarizə apardığı iddia olunurdu. Halbuki hürufi əsərlərinin heç birində bu dövrün sosial, iqtisadi və siyasi hadisələrindən danışılmır. Üstəlik, hürufiliklə dövrün hadisələri arasında paralelik tapmaq da çox çətindir. Maraqlıdır ki, Teymur dövrünün yaratdığı yeni iqtisadi və ticari şərtlər hürufilərin, xüsusilə də Nəiminin həyatından böyük rol oynayıb. Belə ki, Əmir Teymur ara müharibələri nəticəsində tamamilə süqut edən kənd təsərrüfatının dirçəltmək üçün səylər göstərsə də, əsas diqqətini ticarətə və sənətkarlığın inkişafın yönəltmişdi. Hürufilik də məhz sənətkarlar arasında təsirli olub. Bu səbəbdən iranlı alim Mir Fatrus özünün məşhur “Cünbüş-i hurufiyə və nihzəti-pesihaniyan, nöqtəviyan” adlı əsərində “hürufi” adını məhz “hurfə” (zənaat) sözü ilə izah etmişdi. “Kürsünamə” adlı hürufi əlyazmasının haşiyə hissəsində Fəzlullahın 1373-cü ilin ramazan ayında “şərii hökmləri təvil elmini” aldığı qeyd olunur. Hicri 776-cı ildə (1374-75) Təbrizdə olarkən “Mehdi” olduğu haqqında Adəm, İsa və Məhəmməd peyğəmbərdən nida gəldiyinə iddia edir. Bu yuxudan sonra Fəzl özünün uluhiyyət dövrünün başladığını elan etmişdi. Təbrizi tərk edib İsfahana getmiş və burada Qilu dağında bir mağaraya girərək üzün müddət oradan çıxmamışdı. Burada ona Şeyx Həsən Fəxrəddin, Cəlal Burucerdi, Fəzlullah Xorasani, Hüseyn, Əbdül İsfahani, Naini, Dəşti və Mir Şərif kimi ilk müridlər dəstəsi qoşulmüşdü. Mağaradan çıxıb yenidən Tokçi məscidində qaldığı vaxt (1376-cı il) Muinəddin Şəhristani, Mövlana Məhəmməd, Şeyx Nurəddin Tehraninin oğlu Şeyx İsa, Mövlana Əlaəddin Rəcai və Nəsrullah da mürüdləri cərgəsinə daxil oldular. Biri istisna olmaqla bütün hürufi risalələri Fəzlullahın hicri 788-ci ildə (1386) öz elmini zühur etdirməsindən yazırlar. Mürüdləri həmin ili şeyxin “zühur və büruz (biruzə - red.)” dövrü adlandırırlar. Fəzlullahın ətrafındakılara ən çox təsir edən cəhəti səmimiyyəti və dürüstlüyü olub. İki gündə bir dəfə yemək yediyi, günlərinin çoxunu oruclu keçirdiyi, əsla başqasına əl açmadığı, az danışdığı və hədiyyə qəbul etmədiyi hürufi mənbələri xaricində digər mənbələrdə də qeyd olunur. Sovet dövrünə aid tədqiqatlarda Fəzlullahın məzlum xalq kütlələrinin dərdinə şərik olduğu və hürufiliyin aşağı təbəqədən insanlar arasında yayıldığı iddia edilir. Bu iddia mənbələrdə öz əksini tapmayıb. Əksinə hürufiliyin yuxarı təbəqədən insanlar arasında yayıldığı haqqında kifayət qədər məlumat var. Bir kərə hürufiliyin əsas bazası sənətkarlar sinfi olub Bundan başqa Fəzlullaha qoşulan müridlərin çoxu varlı və soylu ailələrin uşaqları olub, demək olar ki, hamısı yüksək mədrəsə təhsili almışdılar. Fəzlullahın özünün də Təbrizin çox varlı və soylu ailələrdən birinin qızı ilə evləndiyi məlumdur. Dövrün Təbriz üləmasından Xacə Bəyazid də Fəzlullahın müridi idi. Hətta Fəzlullah dövlət adamlarının və ailələrinin sirrini daşıyırdı. Belə ki, Cəlaiiri hökmdarı Sultan Üveysin vəzirinin arvadı öz uşağını Fəzlullaha verərək onu özünə mürid qəbul etməsini xahiş etmişdi. Nəzər alsaq ki, həmin uşaq 14 yaşlı bir qız idi, o zaman yüksək təbəqədən insanların Nəimiyə olan inamı ortaya çıxır. Üstəlik, şeyxin çoxsaylı şərtləri vardı, anası və qızı isə həmin istəkləri könüllü qəbul etmişdilər. Sonralar Fəzlullah bu qızla evlənmişdi. Nəiminin xanımı yaşıl libas geyərək sufi papağı tikməklə uşaqlarını dolandırmışdı. Mənbələr Cəlairi hökmdar və əmirlərinin şeyxə hörmətlə yanaşdıqlarını birmənalı şəkildə bildirirlər. Hətta Cəlairi hökmdarı Sultan Üveysin Vali Dülək zaviyəsində yerləşən məscidə gəlib şeyxin qarşısında diz çöküb oturduğu, onun əlini öpdüyü və söhbətlərinə qulaq asdığı yazılır. Bu söhbətlərin birində Fəzlullah onun başına təriqətin simvolu olan süfi papağı qoymuşdu. Təriqət anlayışında bu həmin şəxsin müridliyə qəbul edilməsi mənasına gəlirdi. Fəzlullahın qatili kimdir? Azərbaycan tarixində Fəzlullahın ölüm tarixi, səbəbi və kimin tərəfindən öldürüldüyü haqqında verilən məlumatlar həqiqəti əks etdirmir. Mənbələrdə və müridlərinin əsərlərində də bu barədə verilən məlumatlar müxtəlifdir. Hər şeydən əvvəl, Fəzlullahın 1394-cü il avqustun 28-də edam olunduğu dəqiqdir. Çünki bütün hürufi mənbələri həmin tarixi xüsusi olaraq qeyd edirlər. Müridləri də onun hicri 796-cı ildə, zilqədə ayının ilk cümə günü edam olunduğunu dəqiqliklə göstəriblər, həmin tarixin müqəddəs olduğunu əbcəd hesabları ilə müxtəlif şəkillərdə vurğulayıblar. Bundan başqa, Fəzlullahın Şamaxıda həbs olunub Naxçıvanda edam edildiyi bildirilir. Lakin şeyxin öz vəsiyyətnaməsini Bakı zindanında yazdığını nəzərə alsaq onun bir müddət burada həbsdə saxlanıldığı aydınlaşır. Öldürülməsinin səbəbləri və öldürülməsi haqqında fətvanın kimin tərəfindən verildi isə mübahisəlidir. Müridlərinin əsərlərində şeyxin qatili kimi Əmir Teymurun oğlu Miranşahın adı hallanır və hürufilər ondan hər zaman "Maranşah" (anlamı: İlan şah) kimi bəhs edirlər. Lakin Miranşah adının Qaraqoynlular dövründən etibarən hürufi mənbələrində özünə yer etdiyi aydındır. Bu da qaraqoyunlular ilə Miranşah arasındakı düşmənçiliyin ifadəsi sayıla bilər. Hətta bəzi hürufi risalələri şeyxin başını məhz Miranşahın özünün kəsdiyini və atası Teymura göndərdiyini iddia ediblər. Ancaq bu iddialar tarixi faktlarla təsdiqini tapmır. Çünki qeyd olunan tarixdə nə Əmir Teymur, nə də Miranşah Naxçıvanda olmayıblar. Belə ki, həmin tarixdə (1394-cü ilin avqustunda) Əmir Teymur və oğlu Miranşah Suriya səfərini tamamlayaraq Ərzincana gəlmiş, buradan da Gürcüstana səfər etmiş, sonra Şəkiyə qayıtmış, oradan da Qızıl Orda xanı Toxtamışın üstünə getmişdilər. Yəni nə Teymur, nə də Miranşah Fəzlullahın edam edildiyi vaxt Naxçıvanda olmayıblar. Başqa bir iddiaya görə, Fəzlullah Əmir Teymura yazdığı nəsihət xarakterli məktubuna görə həbs olunub və Səmərqənd üləmasının fətvası ilə edam edilib. O da deyilir ki, Səmərqənd din alimləri belə bir fətva verərkən 1198-ci ildə edam olunmuş bir zındığa (böyük ehtimalla, Şihabəddin Sührəverdi nəzərdə tutulur) kəsilən hökmü əsas alıblar. Lakin şəriət hüququ baxımından bu iddianın doğru olması mümkünsüzdür. Çünki İslam hüququnda təqsirləndirilən şəxsə qiyabi fətva verilmirdi. Qısası, Səmərqənd alimlərinin Nəimini mühakimə etmədən ona ölüm hökmü çıxarmaları ağlabatan deyil. İddialar arasında ən gülüncü isə Fəzlullahın Şirvan qazısı Bəyazidin fətvası ilə edam olunmasıdır. Halbuki Qazı Bəyazid şeyxin dostu idi və Nəimiyə dərin hörmət bəsləyirdi. Bəyazid xəstə olduğu vaxt Fəzlullah onu ziyarət etmiş və bu ziyarət zamanı qazı yuxudaykən öldüyünü ona danışmışdı. Qazının yuxusunu yozan Fəzlullah yuxuda Bəyazidin deyil, özünün ölümünə işarə olduğunu bildirmişdi. Həmin hadisədən qısa müddət sonra isə şeyx Şamaxıda həbs olunmuşdu. Fəzlullah dövrünə ən yaxın mənbə hesab olunan “Şərhi-Mukrizi”də şeyxin ölüm fərmanının Şirvanşah Şeyx İbrahim tərəfindən verildiyi yazılıb. Həqiqətən də bütün iddiaları gözdən keçirdikdən sonra Fəzlullahın öldürülməsi haqqında fətva verən və həmin hökmü icra etdirən hökmdarın Şirvanşah İbrahim olduğu aydınlaşır. Fəzlullahın Naxçıvanda Əlincə qalası yaxınlığında edam olunduğu, edmadan öncə isə mühakimə edildiyi bildirilir. Lakin onun öldürülməsi haqqında heç bir şəriət hökm yoxdur. Əgər həqiqətən də Nəimiyə şəriət məhkəməsi qurulsaydı, mənbələrdə bu barədə kiçik də olsa məlumat tapılardı. Bəzi mənbələrdə Fəzlulahın fətvasının Əli Simai Əstərabadi tərəfindən verildiyi iddia olunur, amma bu da ağlabatan deyil: həmin şəxs din adamı yox, Əmir Teymurun elçilərindən biri idi. İslam tarixində “Mehdilik” və “Allahlıq” iddiası ilə şəriətin hökmü ilə edam olunan şəxslərin hamısı uzun müddətli mühakimə prosesindən keçiblər. Həllac Mənsur və Şeyx Bədrəddinin məhkəmələrində olduğu kimi bir çox halda şəriət alimləri məhkumu dini baxımından günahkar hesab etməyiblər, onların öldürülməsinə razılıq verməyiblər. Belə şəxslərin edamı şəriət hüququna görə deyil, örfi (ənənəvi, dövlət) hüququna görə icra olunurdu. Fəzlullahın şəriət məhkəməsinin olmadığını isbat edən başqa dəlillər də var. Bunlardan ən önəmlisi belədir: din alimləri Nəiminin fikirləri haqqında heç bir məlumata sahib deyildilər. Birincisi, Fəzlullahın uluhiyyətini elan etdiyi tarixlə edam olunduğu tarix arasında sadəcə 8 il var. Bu qədər qısa müddətdə din alimlərinin (xüsusən də Səmərqənd üləmalarının) həmin fikirlərə bələd olması mümkün görünmür. Üstəlik, Fəzlullah əsərlərini gorani (gürgan, qorqan da deyilir) dilində yazdığından üləmaların onları oxuması ağlabatan deyil. İkincisi, Fəzlullahın kitablarını müridlərindən savayı kimlərinsə ayırd edə bilməsi mübahisəlidir. Qeyri-hürufi mənbələrdə Fəzlin fikirləri haqqındakı açıqlamalar həddən artıq səthidir. Digər tərəfdən, Fəzlullah ölərkən onun müridlərinin toplam ümumi sayı təxminən 400 idi. Bu qədər məhdud sayda kütlənin Teymur üçün təhlükə yaratmaq ehtimalı çox azdır. Ən əsası sə din alimlərinin Fəzlullaha hörmət və ehtiramla yanaşmasıdır. Əmir Teymur tərəfindən hakimiyyətinə son qoyulan Müzəffərəddinlər dövlətinin hökmdarı Şah Şüca belə, Nəimiyə bir fiqh əsəri belə yazdırmışdı. Qısası, Fəzlullahın ölüm fərmanının şəriət hökmü ilə deyil, örfü hüquqa (dövlət hüququna) əsasən Şirvanşah Şeyx İbrahim tərəfindən verildiyi aydınlaşır. Öldürülməsi haqqındakı şişirdilmiş məlumatların əksinə olaraq, Fəzlullah boynu vurularaq edam edilib. Meyitinin at quyruğuna bağlanaraq ibrət olması üçün Naxçıvan şəhərinin küçələrində yerdə sürüldüyünü isonralar onun müridləri bildiriblər. Halbuki bunun üçün şeyxin meyiti əvvəlcə Əlincədən Naxçıvana aparılmalı, daha sonra yenə müridləri tərəfindən Əlincəyə gətirilməli idi. Bir sözlə, həmin bu iddia özünü doğrultmur, çünki edam olunduqdan sonra şeyxin meyiti dəfn edilməsi üçün müridlərinə verilib. Avropalı müasir tarixçilərin bəziləri isə Nəiminin edamından altı ilə sonra (1401-1402-ci illərdə) meyitin qəbirdən çıxarılaraq yandırıldığını yazıblar. Başqa bir iddiaya görə isə öldürülməsindən altı il sonra Nəiminin qəbri açılıb və cəsədi indiki məzara köçürülüb. Lakin qəbrin açılması və meyitin yandırılması haqqında iddialar da təsdiqini tapmayıb. Fəzlin öldürülmə səbəbi nə idi? Fəzlullah şəriətə görə öldürülmədiyinə görə, onun edamı siyasi mahiyyət kəsb edir. Amma mənbələr siyasi səbəblərə toxunmayıblar. Fəzlullahın edamına səbəb olacaq bizə görə iki siyasi səbəb vardı. Birincisi, Fəzlullah həm Əmir Teymur, həm də Şirvanşah Şeyx İbrahimin düşmənləri ilə güclü əlaqələrə sahib olub. Belə ki, şeyxin Cəlairi, Müzəffəri, Qızıl Orda və qaraqoyunlu əmirləri ilə yaxın münasibətlərə sahib olduğu bəllidir. Adları çəkilən dövlətlrin hamısı həm Əmir Teymurun, həm də Şeyx İbrahimin qatı düşmənləri olublar. Qənaətimizcə, ən mühüm siyasi səbəb Fəzlullah ilə Qızıl Orda xanı Toxtamış arasındakı gizli münasibətdir. Belə ki, Fəzlullah Şamaxıda olduğu zaman gördüyü bir yuxudan sonra Toxtamışın qızı ilə evlənmək istəyib. Mənbələrdə bu məsələ çox açılmır. Amma şərqşünas Helmut Ritter və Ş. Bəşir üstüörtülü şəkildə Fəzlullahın bu qohumluqla öz dini missiyasını siyasi hərəkətə çevirmək niyyətində olduğunu iddia edirlər. Bunu Fəzlin və müridlərinin həmin vaxt gördükləri siyasi məzmunlu yuxular təsdiq edir. Belə ki, bu tarixdə şeyxin və müridlərinin yuxularında “əli qılınclı Əli tərəfdarları”ndan bəhs edilir. Əmir Teymur qarşı Cəlairi, Qaraqoyunlu və Qızıl Orda arasında gizli danışıqların olduğu məlumdur. Şirvanın mərkəzi Şamaxıda Qızıl Orda xanı Toxtamışın kürəkəni sifəti ilə Fəzlullahın ortaya çıxması hər şeydən əvvəl Şirvanşah Şeyx İbrahimi narahat etməli idi. Belə aydın olur ki, Şirvanşah bu məsələdə Əmir Teymurun da icazəsini alıb. Fəzlullahın Əlincəyə aparılıb orada edam olunması faktı bunu təsdiq edir. Çünki həmin vaxt Əlincədə vuruşanlar cəlairilər idi. Burada bir məsələ də diqqət çəkir. Nə həbs, nə də edam edilərkən Nəimi etiraz etməmiş, haqqı çatdığı halda məhkəmə qurulmasını istəməyib. Görünür, hadisənin siyasi mahiyyəti Fəzlullaha məlum idi və etirazının əhəmiyyətsiz olduğunu bilirdi. Edam olunarkən Nəiminin 56 yaşı vardı. Müridləri onun Naxçıvan-Culfa yolu üstündə yüksək bir təpədə basdırıldığını iddia ediblər. Həmin yerin Əlincə qalası yaxınlığında olduğu bildirilir. Lakin bəzi hürufi mənbələrində isə qəbrin Təbriz ilə Əstərabad arasında Əlincə adlı bir qəsəbədə olduğu yazılıb. Türkiyənin Əli Əmiri kitabxanasının farsca əlyazmalar şöbəsində yer alan anonim bir risalədə isə Nəiminin qəbrinin yanında daha iki məzarın olduğu bildirilir. Həmin qəbirlərdən biri Nəiminin ən böyük müridlərindən Əliyyül-Əlaya, digəri də naməlum bir hürufiyə aid edilir. Risalədə, həmçinin, Nəimiyə məxsus qəbrinin qara, Əliyyul-Əlaya məxsus məzarın yaşıl, naməlum qəbrin isə qırmızı daşdan hörüldüyü bildirilir. Fəzlullahın ailəsi Hürufi əlyazmalarından (“İstivanamə”) və tarixçi İbn Xacər Askalaninin əsərindən Fəzlullah Nəiminin sadəcə bir dəfə evləndiyi və bu evlilikdən də 7 uşağının olduğu aydınlaşır. Övladları Nurullah, Kəlimullah, Salamullah, Fatma Xatun, Bibi Xatun, Ümmül Kitab və Fatihül Kitab adını daşıyıblar. Fəzlullahın edamından sonra uşaqların qayğısına Dərviş Hüsaməddin adlı müridi qalıb. Övladlarının Təbrizdə yaşadığı bildirilir. 1423-1425-ci illər arasında Təbrizdə yayılan vəba nəticəsində Fatma Xatun istisna olmaqla, onların hamısı "qara ölümə" yoluxaraq ölüblər. Fatma Xatun, iddia olunduğu kimi, İmadəddin Nəsimi ilə deyil, Fəzlullahın özündən sonrakı xəlifəsi Əlayül-Əla ilə evlənib. Əliyul-Əla hürufi məfkurəsinin əsas banisi və bu təriqəti Anadoludan yayan şəxs sayılır. Onun 1419-cu ildə Naxçıvanda öldüyü və mürşidinin yanında dəfn olunduğu bildirilir. Fatma Xatun isə 1444-cü ildə Təbrizdə hürufi qətliamı zamanı öldürülmüşdü. Sonrakı dövrlərdə hürufiliklə bağlı danışılarkən Nəiminin soyundan olan bir nəfər barədə də geniş bəhs edilir. Bu şəxs Fəzlullahın bacısı oğlu və ya nəvəsi kimi təqdim edilir. Adının Xacə Ədudəddin olduğu deyilən həmin şəxsin 1427-ci ildə Əmir Teymurun oğlu Mirzə Şahruh tərəfindən edam edildiyi bildirilir. Xacə Ələddinin Teymurlu hökmdarı Mirzə Şahruxa qarşı sui-qəsdə iştirak etdiyi isə elə Teymurlu əmirləri tərəfindən aparılan araşdırmalar nəticəsində ortaya çıxmışdı. Nəiminin əsərləri Nəiminin xeyli əsəri var. Onların çoxu günümüzədək gəlib çatıb və dünyanın müxtəlif kitabxanalarında qorunur. “Arşnamə-i ilahi”. Uzun illər boyunca bu əsər Nəiminin tələbəsi Əliyül-Əlaya aid edilib. Lakin sonda onu Fəzlullahın yazdığı dəqiqləşib. Əsərin üçü Türkiyədə, biri İngiltərədə olmaqla 4 nüsxəsi qorunub saxlanılır. Məsnəvi formasında yazılıb. Bir çox müəlliflər onu Fəzlullahın ölümünə səbəb olan əsər kimi göstərirlər. “Cavidannamə”. Fəzlullahın bu əsəri 1386-cı ildə yazdığına, 1394-cü ildə Şamaxıda olarkən isə onun üzünü köçürdüyünə dair məlumatlar var. Goranicə qələmə alınıb. Beşi Türkiyədə, ikisi İngiltərədə olmaqla 7 əlyazması mövcuddur. “Məhəbbətnaməyi-İlahi”. İkisi Fransada, biri Türkiyədə, biri də Misirdə olmaqla 4 nüsxəsi qalıb. “Növnamə”. Üçü Türkiyədə, biri İngiltərədə olmaqla 4 nüsxəsi var. “Nəimi Divanı”. Bu divanın iki nüsxəsi qalıb. Hər iki nüsxə Türkiyədə, Əli Əmiri kitabxanasında saxlanılır. Divandakı şeirlər Nəimi təxəllüsü ilə yazılsa da, şeirlərin hürufiliklə əlaqəsi yoxdur. Üstəlik, divanda hürufilikdən çox vəhdəti-vücuddan bəhs edilir. 31 qəzəl, 5 qitə, 25 rübai, 7 müfrəd və beyt və 2 tərcidən ibarətdir. Ümumilikdə 70 beytdən ibarətdir. “Fiqh”. Dəqiq adı məlum olmayan bu əsəri Fəzlullahın Müzəffərəddinlər hökmdarı İzzəddin Şah Şücaya ithaf etdiyi bildirilir. Bu əsər hələlik tapılmayıb. “Ənfüsu Afak”. Fəzlulaha aid edilən bu əsərin də aqibəti bəlli deyil. “Vəsiyyətnamə”. Fəzlullah Nəiminin bu əsəri Bakıda, zindanda olarkən yazdığı qeyd olunur. Günümüzədək 3 nüsxəsi qalıb. Onlardan ikisi Əli Əmiri, digəri isə İstanbul Universiteti kitabxanalarında qorunur. Fəzlullahın əsərlərinin çoxu vəfatından bir müddət sonra türk dilinə tərcümə olunmağa başlanılıb. Məsələn, “Cavidannamə”nin 1639-cu ildə Dürr-i Yetim adı ilə türk dilinə tərcümə edilib və bu tərcümənin Türkiyədə 6 nüsxəsi var. Müəllif: Əkbər Nəcəf 

Vitali Balasanyandan yeni xəbər var - İrəvandakı Rusiya səfirliyində...

Özünü buraxmış qondarma “Artsaxın təhlükəsizlik şurasının keçmiş katibi”, Xocalı qatili Vitali Balasanyanla bağlı yeni xəbər var. Sozcu.az xəbər verir ki, “Hraparak”ın məlumatına görə, Vitali Balasanyan Qarabağdan Ermənistana qaçıb gəldikdən sonra şahid qismində dindirilmək üçün Milli Təhlükəsizlik Xidmətinə dəvət olunub. Bildirilir ki, Xankəndidə qondarma “Artsax” rejiminin onun barəsində başladığı cinayət işinə xitam verilib, oğluna qarşı da iş başlanıb. Yaxınları deyir ki, Vitali Balasanyan onlarla əlaqə saxlamır, telefon zənglərinə belə cavab vermir. Onun nə işlə məşğul olduğunu və niyə kölgəyə çəkildiyini bilmirlər. “Hraparak”ın əməkdaşı oktyabrın 20-də Vitali Balasanyanı Rusiyanın Ermənistandakı səfirliyindən çıxarkən görüb. O, səfirlikdən çıxaraq boz rəngli “Nissan” markalı avtomobilə əyləşərək gedib. Vitali Balasanyan 1988-ci ildən etibarən Azərbaycan Respulikasının keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində separatizmin qızışdırılmasında və terror aktlarının təşkilində, etnik təmizləmənin aparılmasında, Xocalı soyqırımının törədilməsində yaxından iştirak edib, çoxsaylı müharibə cinayətləri törədib. Balasanyan Azərbaycan torpaqlarının işğalında yaxından iştirak edib. 1999-cu ilin sentyabrından 2005-ci ilə qədər qondarma qurumun “müdafiə nazirinin müavini” vəzifəsini tutub.  O, “Daşnaksütyun” partiyasının üzvü olub. Həm qondarma “Artsax rejimi”nin, həm də Ermənistanın “xaç qəhrəmanı”dır. Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, V.Balasanyan Birinci Qarabağ müharibəsində ermənilərin əsir götürdüyü  “Qaradağ şahinləri” taborunun əsgəri Natiq Qasımovu şəxsən sorğu-sual etmiş, ona işgəncələr verdikdən sonra öldürmüşdür.   Azərbaycanın 19-20 sentyabr 2023-cü il tarixli antiterror tədbirlərindən sonra V.Balasanyan Qarabağdan Ermənistana qaçıb.

"Üçüncü dünya savaşı çoxdan başlayıb və qaynar fazaya keçib" - Danilov

"2008-ci və 2014-cü illərdə dünya Putin soyadlı müasir Hitlerin cavabını versəydi, itkilərimiz xeyli az olacaqdı..." "Gürcüstan və Moldova öz ərazilərinin azad edilməsinə başlasaydılar, biz birlikdə təcavüzkar tərəfindən işğal edilmiş əraziləri xeyli tez azad edə bilərdik..." "Dünyada Rusiya-İran-KXDR "şər oxu" kollektiv Qərbə və ABŞ-a qarşı dayanıb..." "Qarabağda antiterror əməliyyatından bir neçə gün öncə nə baş verib?.." Üçüncü dünya savaşı 2008-ci ildə başlayıb və hazırda onun qaynar fazası baş verir. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bəyan edib. Danilov Vahid Xəbərlər telemarafonunda HƏMAS-ın İsrailə hücumu ilə üçüncü dünya savaşının başlanması, sivil dünyanın vuruşduğu "şər xətti"nin aydın sezilməsi tezisi ilə bağlı sualını cavablandırıb. "Üçüncü dünya savaşı Rusiyanın Gürcüstana hücumu və ərazisinin bir hissəsini ələ keçirdiyi 2008-ci ildə başlayıb. Sonra 2014-cü ilin fevralındakı vəziyyət olub.  Sadəcə, savaş "soyuq" vəziyyətdə olub, hazırda fəal mərhələyə keçib. Bu savaş 24 fevral 2022-ci ildə özünün qaynar fazasına keçib.  Bu gün İsrail və digər ölkələrin ərazilərində baş verənlər artıq bunun nəticələridir. Üstəlik, mən əminəm ki, bu münaqişə bizim sizinlə yaxın zamanlarda müşahidə edəcəyimiz son münaqişə deyil.  Dünya güclü hərəkət etməkdədir və çox şey bu məsələdə nə qədər tez bir zamanda nöqtə qoya biləcəyimizdən asılı olacaq, Allah eləməsin ki, bu, bütün dünyanı ağuşuna alsın", - Danilov deyib. O, vurğulayıb ki, dünyanın buna uyğun münasibət göstərməsi çox vacibdir. "Mən düşünürəm ki, məsuliyyətli siyasətçilər, o cümlədən ABŞ bu məsələdə imkan daxilində tez bir zamanda, birdəfəlik necə nöqtə qoyulmasını anlayır", - o, vurğulayıb. Danilovun sözlərinə görə, Ukraynada müharibə getdiyi zaman Gürcüstan və Moldova öz ərazilərini Rusiyadan azad etməyə başlasaydı, biz birlikdə təcavüzkar tərəfindən işğal edilmiş ərazilərin azad edilməsi məsələsini xeyli tez bir zamanda həll edə bilərdik. "Mənim mövqeyim hələ bizə qarşı təcavüz başlanada bəlli olub. Mən deyirdim ki, əgər gürcülər və moldavanlar öz ərazilərini rusiyalı işğalçılardan azad etməyə başlasalar, biz bu məsələnı xeyli tez həll edərdik. Lakin bu, onların hökumətlərinin, bu ölkələrin özlərinin qərarı ola bilər. Onlar hesab edir ki, bizim köməyimizlə, yəni biz rusiyalılar üzərində qələbə qazandıqdan sonra onlar öz ərazilərini tez bir zamanda işğaldan azad edəcək", - Danilov qeyd edib. "Mən dünyada mövcud olan bütün münaqişələrin imkan daxilində tez bir zamanda bitməsinin tərəfdarıyam. Üstəlik, bu münaqişələr ədalətlə, imkan daxilində az itlkilərlə bitməlidir. Təəssüf ki, biz bu gün öz müstəqilliyimiz uğrunda mübarizədə bu qədər itkilər veririk. Əgər 2008-ci ildə Gürcüstan müharibəsi, 2014-cü ildə Krım məsələsi olanda dünya Putin soyadlı müasir Hitlerin cavabını versəydi, itkilərimiz xeyli az olardı. Amma bu, artıq tarixdir. Biz öz işimizi görüb, düşməni məğlub etməliyik", - Danilov vurğulayıb. Yeni qlobal qarşıdurma Beynəlxalq dərəcəli ekspert Taras Jovtenkonun fikrincə, Ukrayna və İsraildən başqa, üçüncü dünya savaşı Koreya və Tayvanı da əhatə edə bilər.  HƏMAS-ın İsrailə hücumundan sonra informasiya məkanında getdikcə üçüncü dünya savaşından tez-tez danışılır. Məlumdur ki, Rusiya 2014-cü ildən başlayaraq Ukraynanı məhv etmək istəyir, HƏMAS İranın dəstəyilə İsrailə hücum edib, israillilərin Qəzza bölgəsinə zərbələrinə cavab olaraq şimaldan Suriya, Livan onu təhdid edir, Cənubi Koreya KXDR tərəfdən ehtimal edilən hücumu gözləyir. Bütün bu olaylar dünyaya "şər oxu"nu göstərib. Rusiya-İran-KXDR, bu üç ölkə bu gün öz liderlərinin bəyanatları səviyyəsində kollektiv Qərbə və Birləşmiş Ştatlara qarşı dayanıb. Çox vaxt bu "şər oxu"na Çin də aid edilir, lakin Pekin rəsmən hələlik təmkinli neytral mövqe sərgiləyir. Qarabağın geri qaytarılması Sentyabrın 19-da Qarabağda döyüş əməliyyatları bərpa edilib. Azərbaycan regionda antiterror əməliyyatı tədbirləri barədə elan edib. Artıq sentyabrın 20-də Qarabağdakı qanunsuz erməni hərbi birləşmələri təslim olduğunu elan edib. Razılaşmalara görə, tanınmamış "Dağlıq Qarabağ respublikas"ının "2024-cü il yanvarın 1-dək mövcudluğuna son qoyulur. Bu zaman oktyabrın 4-də Amerikanın " Politico" nəşri yazıb ki, ABŞ və Avropa İttifaqının yüksək vəzifəli məmurları Qarabağda qarşıdurmanın həlli üçün öz rusiyalı həmkarları ilə məxfi görüş keçirib. Bu danışıqlar Azərbaycanın antiterror əməliyyatına başlamasından cəmi bir neçə gün öncə baş tutub.

Separatçılar Bakıya yenidən müharibə elan etdi

Qarabağdan Ermənistana gedən separatçılar ətrafında son günlər yeni proseslər baş verir: Samvel Babayan Şahramanyanın qondarma rejimin buraxılması haqda qərarını “qeyri-legitim” hesab edərək, ləğvi çağırışları etdi; Şahramanyan bu gün İrəvanda “Qarabağdan gedən ermənilərin” qarşısına çıxaraq, bu qərarından imtina etdi; Erməni separatizmi artıq praktiki olaraq Azərbaycana təhlükə yaratmasa da, onların Ermənistanda “mövcud” olması və qondarma “hökumət” kimi qalması ilk növbədə Bakı-İrəvan xəttində sülh danışıqları üçün təhlükə yaradır. Və bu mənzərə fonunda baş verənlər suallar yaradır: - Babayan-Şahramanyan qarşıdurmasının səbəbi nədir? - Paşinyan erməni separatizmi kartını Bakıya qarşı yenidən işə salır? “Qarabağ erməni”lərinin etiraz aksiyasının sosial motivli olduğu aydındır, çünki separatçı rejimin özünü ləğv etməsi prosesi 1 yanvar 2024-cü il tarixinə qədər başa çatmalı idi və bu rejimdən “maaş” alanlar ən azı üç ay təmin olunacaqlarını düşünürdülər. Lakin Ermənistan hökuməti daha maliyyə yardımı ayırmaqdan imtina edir və görünür, onlar bu aksiya ilə nəticə əldə etməyə çalışırlar. Paşinyanın qəbuluna düşə bilməyən Şahramanyan da bu yolla səsinin eşidilməsinə çalışır. Hərçənd, Şahramanyan da anlayır ki, özünü buraxmaq haqda qərardan imtina onların özü üçün də problem yaradacaq və məlumatlara görə, o, əvvəlcə Paşinyanla məsləhətləşmələr apararaq, bu haqda danışmaq istəyirdi, lakin indi tələsik imtina açıqlaması verməsi Babayanla qarşıdurmadan qaynaqlanır. Daha öncə də yazmışdıq: Paşinyan Babayan üzərindən qondarma “artsax” ideyasını nəzarətə götürməyi planlaşdırır; Azərbaycanın erməni separatizmini ləğv etməsindən sonra Ermənistanda keçmiş “Qarabağ klanı” Paşinyana qarşı etiraz elektoratını toplamaq üçün bu kartdan istifadə edir, burada rusların da maraqları var. Babayanın Ermənistana getdikdən sonra televiziyaya çıxması və separatçıların bütün “rəhbərlərini” satqınlıqda ittiham etməsi, eləcə də Rusiyaya etirazları Paşinyanın “əks-həmləsi” idi. Qondarma “artsax” ideyasını “Qarabağ klanı”nın əlindən almaq istəyən Nikol Babayanı “piyada” olaraq istifadə edir və Araik, Bako və Arkadinin qandallanaraq, Bakıya gətirilməsindən sonra Samvelin önündə əsas maneə Şahramanyandır. Şahramanyanın özünü buraxmaq haqda qərarına etirazının hədəfi də onu oyundan kənarlaşdırmaq, separatçı ideologiyasının başına keçməkdir. Paşinyanın qəbuluna düşə bilməyən Şahramanyan da qərarından tələsik imtina ilə qabaqlayıcı gediş etmiş oldu. Və burada İrəvanın Bakı ilə danışıqlarda erməni separatizmindən istifadə edə biləcəyi ehtimalı da mövcuddur. Bakı separatizmin ləğvi prosesində qondarma rejimin “rəhbərliyini” Xankəndidən çıxmamışdan öncə özünü buraxmaq qərarını elan etməyə məcbur etdi. Bu, həm erməni separatizminin perspektivinin önünü almağa, həm qondarma “artsax” ideyasına qarşı “özünüburaxmaq qərarının” fakt kimi istifadə edilməsinə, həm də danışıqlarda İrəvanın Qarabağ kartından istifadəsinə qarşı hesablanıb. İstisna deyil ki, İrəvan “özünü buraxmaq qərarının” ləğv edilməsinə danışıqlarda əks-arqument kimi istifadə məqsədilə çalışır. Hərçənd, Paşinyan öncə bu kartı rəqiblərinin əlindən almaq, daha sonra işə salmaq niyyətindədir. Və o da istisna deyil ki, bu planın arxasında Fransa başda olmaqla Cənubi Qafqazda proseslərə müdaxiləyə can atan qüvvələr dayanır. Asif Nərimanlı

Nəzakət Məmmədova casus ittihamı ilə saxlanıldı

Tanınmış politoloq Nəzakət Məmmədova saxlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə jurnalist, Criminal.az saytının rəhbəri Anar Məmmədov məlumat yayıb. O bildirib ki, N.Məmmədova Rusiyaya casusluqda ittiham olunur.

"Arif Hacılının mətbuat vasitəsi ilə verdiyi bir çox təkliflər hakimiyyət tərəfindən yerinə yetirildi"

“Müsavat Partiyasında qurultayın vaxtı hələlik təyin olunmayıb. Hansı ayda olacağı müəyyənləşməyib. Müsavat nizamnamə ilə idarə olunan siyasi partiyadır. Qurultaya qədər bütün rayon təşkilatlarında  müşavirələr keçirilməli, Qurultaya nümayəndələr təyin olunmalıdır. Bu, böyük bir prosesdir”.  Bu sözləri Yenisabah.az-a açıqlamasında Müsavat Partiyası Məclisinin sədri Nüşabə Sadıxlı deyib.  O, sentyabrda keçirilməsi gözlənilən Müsavat Partiyasının növbəti qurultayının baş tutmamasının səbəblərini izah edib:  “Ona görə də Nizamnamədə bu proses hələ uzunmüddətlidir. Azərbaycanın bütün bölgələrində Müsavat Partiyasının rayon təşkilatları olduğu üçün bu proses bitdikdən sonra qurultayın vaxtı müəyyənləşəcək. Başqanlığa namizədliyə gəldikdə, partiyanın Divanında təmsil olunan bütün üzvlər başqanlığa layiqdir. Hələlik kimlərin namizədliyini verib-verməyəcəyi də müəyyənləşməyib. Müsavat Partiyası demokratik partiya olduğu üçün sıravi üzvündən tutmuş hər kəs namizədliyimi verə bilər. Mənim fikrimi bilmək istəyirsinizsə, - bu həm də partiyanın böyük əksəriyyətinin fikridir – bu dönəmdə partiyaya təcrübəli, siyasi cəhətdən hadisələrə düzgün diaqnoz verən, uzaqgörən siyasətçi lazımdır ki, bu da İsa Qəmbərdir”.  “O ki qaldı Müsavat Partiyasının zəifləməsi iddiasına, bu, çox yanlışdır. Arif Hacılının, İsa Qəmbərin, Gülağa Aslanlının, Mustafa Hacıbəylinin kütləvi informasiya vasitələrində verdikləri müsahibələr ölkədəki ictimai-siyasi hadisələrin yönlənməsində əhəmiyyətli rol oynayır. Müsavat Partiyasının başqanı Arif Hacılının mətbuat vasitəsi ilə verdiyi bir çox təkliflər hakimiyyət tərəfindən yerinə yetirildi və bu dövlətimiz üçün böyük uğur demək idi”, – əlavə edib.  N. Sadıxlı söyləyib ki, müxalifətin gücü təkcə keçirdiyi mitinqlərdə deyil, həm də seçki zamanı qazandığı uğurlardadır:  “Müsavat Partiyası olaraq Azərbaycanda keçirilən bütün seçkilərdə iştirak etmişik, demək olar ki, hamısında qalibik. Səslərimiz hakimiyyət tərəfindən mənimsənilsə də, Avropa Məhkəməsindəki qalibiyyətimiz bunun sübutudur. Siyasi partiyanın hədəfi hakimiyyətə gəlməkdir. Müsavat Partiyası olaraq biz hakimiyyətə demokratik yolla gəlmək niyyətindəyik. Böyük ehtimalla, qarşıda referendum və parlament seçkiləri gözlənilir. Müsavat Partiyası da onda öz gücünü göstərəcək. Əminəm ki, bu seçkilərdə də Azərbaycan xalqı hər zaman olduğu kimi, məhz Müsavat Partiyasının arxasında olacaq. 

Fələstin müdafiəçilərinin Türküstan xəyanəti

Xəqani Cəfərli, politoloq  Böyük Britaniyanın BMT-dəki səfiri hörmətli Ceyms Kariuki tərəffindən hazırlanmış Çinin Şərqi Türküstanda soyqırımı siyasətini və insan hüquqlarını pozulmasını pisləyən bəyanatı ABŞ, Albaniya, Andorra, Avstraliya, Avstriya, Belçika, Bolqarıstan, Kanada, Xorvatiya, Çexiya, Danimarka, Estoniya, Esvatini, Fici, Finlandiya, Fransa, Almaniya, Qvatemala, İslandiya, İrlandiya, İtaliya, Yaponiya, Latviya, Liberiya, Lixtenşteyn, Litva, Lüksemburq, Moldova, Monako, Monteneqro, Nauru, Hollandiya, Şimali Makedoniya, Yeni Zelandiya, Norveç, Palau, Paraqvay, Polşa, Portuqaliya, Marşal Adaları Respublikası, Rumıniya, San Marino, Slovakiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə , Tuvalu, Ukrayna və İsrail dəstəkləyərək imzalayıblar. Çinin müsəlman uyğurlara qarşı soyqırımını pisləyən bəyanatı imzalayanlar arasında yalnız bir müsəlman ölkəsi, Albaniya var.  Qəzzanın müdafiəsinə qalxan türk dövlətləri Çinin uyğurlara və digər türklərə qarşı soyqırımı siyasətini pisləyən bəyanata imza atmağa cəsarət etməyib.  Uyğurları terrorçu hesab edən, Çinin uyğurlara qarşı soyqırımı siyasətini terrorizmlə mübarizə kimi qiymətləndirən Mahmud Abbasın rəhbərlik etdiyi Fələstin muxtariyyatını, onun bir hissəsi Qəzzanı müdafiə edən saxta türkçülərin hörmətli səfir Ceyms Kariukinun hazırladığı bəyanatı imzalamaması Türküstana xəyanətdir.  Azərbaycanın adından Şərqi Qüdsün paytaxt olması şərti ilə müstəqil Fələsitin dövlətinin qurulmasının tərəfdarı olduğunu bəyan edən xarici işlər naziri Ceyhun Bayramovu qınayır, dost İsrail dövlətinin maraqlarına zidd mövqeyini qətiyyətlə pisləyirəm.   Qəzza üçün küçə və meydanlara çıxan, ənənəvi və sosial mediada mahmud abbaslardan ibarət Fələstini Türküstanın müdafiəçilərindən olan İsrailə qarşı müdafiə edələri qınayır, doğru mövqe tutmağa çağırıram.   Çinin uyğurlara qarşı soyqırımını pisləyən bəyanatın təşəbbüskarı Böyük Britaniyaya və onu dəstəkləyən 51 ölkəyə isə təşəkkür edirəm! Mahmud Abbas demişdi ki, uyğur məsələsi insan haqları məsələsi deyil. Bu, Çinin terrorizm, ekstremizm və separatizmlə mübarizəsidir. Mahmud Abbasın bu sözlərini onun özünə qaytarmaq vaxtıdır.  Fələstin məsələsi insan haqqları məsələsi deyil. Bu, İsrailin terrorizm və ekstremizlə mübarizəsidir!

SON DƏQİQƏ: Fələstinə yardıma hazırıq - Türkiyə ordusu

Türkiyə ordusu Fələstinə yardım etməyə hazırdır. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindəki mənbə məlumat verib. Bildirilir ki, respublikanın silahlı qüvvələri Qəzza zolağında həm humanitar yardım, həm də təxliyə proseslərində iştirak etməyə hazırdır.

İsraillə Türkiyə arasında seçim etmək məcburiyyətində qala bilərik

Türkiyə cəmiyyətinin İsraillə Qəzza arasında yaşananlara münasibəti çox üzücüdür. Dini şüar və lozunqlar sələndirən kütlə ABŞ-ın İstanbul və Adanadakı konsulluqlarına hücum edib, Türkiyədə yaşayan yəhudiləri cəzalandırmaq çağrışları səsləndirilir. Bunlar çox qorxulu nəticələrə aparıb çıxara bilər.  Hadisələrin bu istiqamətdə inkişaf edəcəyi isə gözləniən idi. Siyasi spektrin bütün cinahlarından İsrail əleyhinə sərt bəyanatlar yüksələndə, Fələsitinə dəstək və İsrail əleyhinə yürüşün önündə prezident Rəcəb Tayyip Ərdoğanın oğlu və kürəkəni gedəndə cəmiyyətin kəskin radikallaşacağı zaman məsələsi idi.   Qəzzada yaşananlara görə, prezident Rəcəb Tayyip Ərdoğanın üç günlük matəm elan etməsi, üç gün ərzində bütün konsertlərin ləğv edilməsi Türkiyənin seçimi kimi görünür. Son günlər baş verən hadisələr Türkiyənin Qərb tərəfdaşları və NATO müttəfiqləri ilə münasibətlərini kəskin zədələyəcək. Bəzi münasibətlər ümumiyyətlə əvvəlki kimi olmayacaq. Artıq ABŞ Adanadakı konsulluğunu bağlayıb. Bunu ilk xəbərdarlıqdır.   Türkiyənin İsrailə qarşı cəbhədə yer alması Azərbaycanı seçim etməyə vadar edəcəyi haqqında bir neçə gün öncəki ehtimalım gerçəkləşmək üzrədir. Əgər proses bu sürətlə davam edərsə, bir neçə gündən sonra İsraillə Türkiyə arasında seçim etmək məcburiyyətində qala bilərik.  Heç şübhəsiz ki, Azərbaycan özünün həyati əhəmiyyətli maraqlarından çıxış edərək, İsrailə qarışı cəbhədə yer ala bilməz. Əks seçim fəlakət olar.  Bütün Azərbaycan xalqı bilməlidir ki,güclü İsrail dövlətinin varlığı Azərbaycan xalqının həyati əhəmiyyətli maraqlarına uyğundur. İsrailin zəifləməsi isə Azərbaycanın müstəqiliyinə və ərazi bütövlüyünə ən böyük təhlükə olan Rusiya, İran və Ermənistanın maraqlarına uyğundur.  Dövlətin siyasətinim müəyyənləşməsində iştirak etməsəm də, tarix və millət qarşısında məsuliyyətimi dərk edərək toplumu və iqtidarı doğru seçim etməyə çağırıram. Xəqani Cəfərli, politoloq

TƏCİLİ: Bayden xalqa müraciət edəcək

ABŞ Prezidenti Co Bayden xalqa müraciət edəcək. Sozcu.az xəbər verir ki, bu barədə Bayden X hesabında yazıb. “HƏMAS-ın İsrailə qarşı terror hücumları. Qəzzada humanitar yardıma ehtiyac var. Rusiyanın Ukraynaya qarşı amansız müharibəsi davam edir. Biz partiya və ya siyasətdən daha böyük qlobal dönüş nöqtəsindəyik. Bu axşam saat 20:00-da mən Oval Kabinetdən xalqa müraciət edəcəyəm”, - Bayden qeyd edib.

Şəhidimizin xanımı vəfat etdi

Vətən müharibəsi şəhidi Elməddin Xasayevin həyat yoldaşı Azadə xanım vəfat edib. Sozcu.az xəbər verir ki, onun iki məktəbli övladı yadigar qalıb.  Elməddin Xasayev 2014-cü ildən hərbi sanitar vəzifəsində xidmət edirdi. Bir müddət Beyləqan rayonunda və Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissələrdə xidmət edəndən sonra o, Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini davam edib. Azərbaycan Ordusunun çavuşu olan Elməddin Xasayev 44 günlük Vətən müharibəsində, sentyabrın 27-də Füzuli döyüşləri zamanı Qaraxanbəyli istiqamətində gedən şiddətli döyüşlər nəticəsində şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 31.12.2020-ci il tarixində nəşi tapılaraq ailəsinə təhvil verilib. Elmədin Xasayev ölümündən sonra "Vətən uğrunda" , "Şuşanın azad olunmasına görə", "İgidliyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.modern) Allah rəhmət eləsin.

Bölgədə nə baş verir? - İsrail Türkiyədən bütün diplomatlarını geri çağırdı

İsrail hökuməti Türkiyədəki bütün diplomatlarını geri çağırmaq qərarı verib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Qərarla bağlı İsrail rəsmilərindən hər hansı açıqlama verilmir.

Azərbaycanda bu şəxslər müəllim ola bilməyəcək

Uşaqlara qarşı cinsi istismara görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcək. Sozcu.az xəbər verir ki, bu, Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ümumi təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Komitə sədri Bəxtiyar Əliyev təklif edilən dəyişikliklərin uyğunlaşdırma xarakterli olduğunu söyləyib. O, “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında" Avropa Şurası Konvensiyasının ratifikasiyası ilə bağlı Cinayət Məcəlləsinə müvafiq dəyişikliklərin edildiyini bildirib. Buna uyğun olaraq, sənədə daxil olan “Ümumi təhsil haqqında” qanunun 27.2.5-ci maddəsində “və ya” sözlərindən sonra “cinsi” sözü əlavə edilir. Düzəlişə əsasən, uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər.

“TikTok”a görə ordudan qovulan hərbçilər: Onların suçu nə idi?

“Hərbçilərin sosial şəbəkədən istifadə etmə məsələsindəki fokusu dəqiqləşdirmək lazımdır ki, bunu edən kimlərdir? Yəni bu adamlar hazırda hərbi xidmətdədir, yoxsa tərxis olunublar? Və yaxud vaxtilə orduda xidmət edib deyə indi bu addan sui-istifadə edirlər? Qısası, bunları dəqiqləşdirmək lazımdır”.  Bu sözləri Yenisabah.az-a açıqlamasında BDU-nun professoru, Əməkdar jurnalist Qulu Məhərrəmli deyib.  O, Müdafiə Nazirliyinin hərbi hissələrində xidmət edən bir sıra hərbçilərin sosial şəbəkələrdə canlı yayım açmasından sonra ordu sıralarından xaric edilməsi məsələsinə, habelə bu tendensiyanın tənzimlənmə mexanizmlərinə münasibət bildirib.  Q.Məhərrəmliyə görə, əgər kimsə hərbi xidmətdədirsə, bunun xüsusi tələbləri var və orada heç kim bu cür canlı yayımlar aça bilməz:  “Çünki bu, ordudakı hərbi intizama birbaşa bağlı olan məsələdir deyə, belə şeylər qadağandır. Lakin kimsə vaxtilə orduda xidmət edib indi “TikTok”da canlı açırsa, bunun qarşısını heç kim ala bilməz. Sadəcə olaraq, dəqiqləşdirmək lazımdır ki, bu şəxs həqiqətənmi hərbçidir, yoxsa paltarları əyninə geyinib medalları taxaraq bundan sui-istifadə edir? Ən əsas bunları dəqiqləşdirmək lazımdır”.  Onun fikrincə, birinci məqam istisna olmaqla ölkədə heç kimin söz demək və fikir yaymaq hüququnu məhdudlaşdırmaq olmaz:  “Sosial şəbəkələr heç kimə senzura tətbiq edə bilməz. Əgər o, etik qaydaları pozmursa, söyüş yoxdursa, bu şirkətlərin məzmuna müdaxilə etmək haqqı yoxdur. Sosial şəbəkələri idarəetmə heyəti yalnız etik qaydaları pozmaq, habelə müəyyən ölkələrin Konstitusiya quruluşunu zorla devirməyə, eləcə də bəzi qadağan olunmuş siyasi məsələlərlə bağlı çağırışlar olanda müdaxilə edə bilir. Amma ümumən kimsə hansısa problemi qaldırırsa, bununla bağlı istər “TikTok”, istərsə də “Facebook” olsun, onların etik qaydaları ilə ziddiyyət təşkil edən məqamlar istisna olmaqla heç kimə qadağalar qoya bilməz”.  “Məsələn, bu yaxınlarda “X” platformasının rəhbəri Elon Mask elan etdi ki, onlar 200 mindən çox istifadəçiyə terrorizmə çağırış etdikləri üçün məhdudiyyətlər qoyub. Hesab edirəm ki, bu, doğru addımdır və bu cür hallarda belə məhdudiyyətləri qoymaq olar. Amma şəxsi, sosial və ictimai problemlər qaldıran adamlarla bağlı heç bir sosial şəbəkə qadağa tətbiq edə bilməz”, - fikirlərini yekunlaşdırıb. 

Separatçı liderlər məhkəmədən sonra Ermənistana veriləcək? – Hüquqşünas açıqladı

“Separatçıların məhkəməsi kifayət qədər açıq mühitdə keçirilməli və ictimaiyyət nümayəndələri oraya dəvət olunmalıdırlar”. Bu sözləri Yenisabah.az-a açıqlamasında BDU-nun professoru, hüquqşünas Qulamhüseyn Əlibəyli deyib. O, həbs olunan separatçıların neçə il cəza alması, cəzalarını harada çəkməsi və Ermənistana ekstradisiya olunması ehtimalları barədə fikir bildirib. “Açıq məhkəmələr gələcəkdə alver predmetini aradan qaldıracaq, Ermənistan bundan sui-istifadə etməyəcək. Hər halda, məhkəmələrin açıq şəkildə keçirilməsi yaxşıdır. Hətta təklif edərdim ki, elektron media, telekanallar məhkəmələrdən geniş reportajlar hazırlayıb “YouTube” və digər sosial şəbəkələrdə yerləşdirsin. Qoy hamı onların hansı cinayətləri törətdiyi və nə işlər gördüyünü bilsin”. Hüquqşünas əlavə edib ki, son söz məhkəmənindir: “Məncə, onlar ən ağır cəzaya layiq adamlardır və ən ağır cəzaya da məhkum ediləcəklər. Onların cəzası təbii ki, Azərbaycanda çəkilməlidir. Lakin cəzanın çəkilməsi ilə bağlı şəxslərin ekstradisiyasına dair Avropa Konvensiyası var. Bu məsələdə dövlətlərarası ikitərəfli razılaşma olmalıdır”. Q. Əlibəylinin sözlərinə görə, Azərbaycanın hələlik Ermənistanla sülh müqaviləsi yoxdur, amma Ermənistan separatçıların cəzalarını həmin ölkədə çəkməsinə əsasən Avropa Konvensiyasına istinad edərək müraciət edə bilər: “Həmin şəxs və yaxud şəxslərin verib-verilməməsi ilə həmin dövlətin səlahiyyətinə aid olan məsələdir. Məsələn, Ramil Səfərovla belə bir məsələ oldu və Macarıstan onu cəzasını çəkməsi üçün Azərbaycana təhvil verdi, Azərbaycan Prezidenti də öz səlahiyyətindən istifadə edib onu azadlığa buraxdı”. Müsahibimiz hesab edir ki, bu cür şəxslərin ekstradisiyası hüquqi cəhətdən mümkün olsa da, həmin şəxsləri cəzalarını çəkmək üçün Ermənistana vermək düzgün olmazdı: “Çünki onlar Azərbaycan xalqına qarşı soyqırımı cinayətlərinin törədilməsində iştirak edən şəxslərdir. Ona görə də onlar cəzalarını tam şəkildə Azərbaycan ərazisində çəkməlidir. Lakin hüquqi cəhətdən gələcəkdə onların ekstradisiyası mümkün ola bilər”.

Paşinyan Rusiya ilə bütün kommunikasiyaları LƏĞV EDİR

Ermənistan hökuməti respublikada yayımlanan Rusiya telekanalları ilə bağlı bütün mümkün variantlarını nəzərdən keçirir. Sozcu.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Yüksək texnologiyalar sənayesi naziri Robert Xaçatryan brifinqdə bildirib. Onun sözlərinə görə, nazirliyin Rusiya telekanalları ilə imzaladığı müqavilə pozuntular aşkar etməsi halında, “müəyyən addımlar” atılmasını nəzərdə tutur. "Biz sazişin bütün bəndləri ilə tanışıq və müvafiq addımlar atacağıq. Sizə məlumat verəcəyik", - deyə o əlavə edib. Xatırladaq ki, hakim “Vətəndaş sazişi” fraksiyasının deputatı Lusine Badalyan Ermənistanda Rusiya telekanallarının bağlanması məsələsi müzakirə olunduğunu söyləyib. Onu da əlavə edək ki, Ermənistanda Rusiyanın Birinci Kanalı, RTR Planeta, Rusiya, Mədəniyyət və dövlətlərarası “Mir” telekanalı ictimai multipleks vasitəsilə yayımlanır.

BMT TŞ zibil qutusuna atılmış bir qurumdur

BMT Təhlükəsizlik Şurası (TŞ), demək olar, zibil qutusuna atılmış bir qurumdur. Sozcu.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Qurtulmuş deyib. O bildirib ki, bu təşkilat funksiyalarını yerinə yetirmir: “Bu gün “beynəlxalq hüquq”, “müharibə cinayətləri” termini mənasını itirib. Bu gün BMT TŞ müharibələrə, ayrı-ayrı regionlardakı hərbi toqquşmalara tamamilə laqeyd yanaşır. BMT hansı müharibəni dayandırıb? Rusiya ilə Ukrayna arasında davam edən savaşı dayandıra, müharibə cinayətlərinin qarşısını ala bildimi? Yox”.

Rusların "Şamxor faciəsi"

Azərbaycan Türkləri 1918-ci ilin yanvar ayında Şəmkir stansiyasında Osmanlının şərq cəbhəsini tərk edən rus ordusunu tərksilah edərək çoxlu sayda silah-sursat ələ keçirmişdi. Bu tarixi hadisə rusların və ermənilərin yaddaşında dərin və faciəli iz buraxıb. Rus Stanislav Edieviski həmin günlərdə oradan keçirmiş və xatirələrini qələmə alıb. Bir az şişirtmələrə yer versədə oxumağa dəyər. "Bakı" qəzetinin 31 yanvar 1918-ci il sayında "Şamxor faciəsi" adlı məqaləni buradan təqdim edirik:  Stanislav Edievski "ŞAMXOR Faciəsi" Hekayəmdə çılpaq faktları, bəlkə də çoxlarına fantaziya kimi görünəcək bütün həqiqəti - yaşadığım faciənin bütün həqiqətlərini göstərmək istəyirəm. Yanvarın 8 -də, günorta saat 12 -də, sərnişinlərlə dolu 4 nömrəli poçt qatarı Tiflisdən Bakıya yola düşdü. Dəmir yolu nəqliyyatında uzun fasilədən sonra ilk qatar idi və sərnişinlərlə, xüsusən də qadınlar, uşaqlar ilə dolu olduğundan dayanmağa heç bir yer qalmamışdı. Hamı nəhayət gedəcəklərindən xoşbəxt idi, amma heç kim onun qarşısında nə olduğunu düşünməyə belə cəsarət etmirdi. St. Ağstafa bir neçə saatdan sonra gəldi, burada 9 Yanvar səhərinə qədər gecələdilər. Ancaq az adam bu dayanmanın səbəbini başa düşdü. Ancaq sonra sərnişinlərə Dəllər və Şamxor stansiyaları arasında bir neçə hərbi eşelonun olduğunu söylədilər ki, guya marşruta ziyan vurduqları üçün Bakıya getmədilər. Qatarımızdakı bəzi sərnişinlər Tiflisə qayıtmaq qərarına gəldilər, qalanları isə daha da irəli getmək istədiklərini bildirdi. Sağ -salamat maşınla stansiyaya getdik. Dəllər. Və yalnız burada həqiqəti öyrəndik. Qatarların dayanmasına səbəb olan trasa ziyan yox, qatarların tərksilah edilməsini tələb edən qarşısındakı zirehli qatar idi. 4 nömrəli qatarla stansiyadan üç mil aralıda, son eşelonun sonuna qədər getdik. Şamxor. Neçə eşelon var idi, bilmirəm, amma gördüm ki, onların tərkibi bir neçə mil qabağa uzanır. Hətta stansiyada. Dəllər, tatarların sərnişin qatarında bizimlə keçən əsgərlərdən silahlarını təhvil vermələrini tələb etmək cəhdləri oldu və Tatarlar bu və ya digər şəkildə silahı alacaqları barədə xəbərdarlıq etdilər. Günortadan sonra 3-4 saat idi. Açıq bir sahədə dayandıq. Bir müddət sonra ilk atışlar eşidildi, ardınca ağır pulemyot atəşi, yenidən yaylım atəşləri, pulemyotların cırıltıları və s. Ardınca sanki silahlardan bir neçə atəş guruldadı. Sərnişinlərdən heç biri problemin nə olduğunu bilmirdi. Əvvəlcə eşelonların tatarların hücumunu dəf etdiyini düşündük. Düz deyildi. Zirehli qatarla döyüş oldu və nəticədə zirehli maşın məğlub oldu, komandiri öldürüldü və xidmətçilər öldürüldü. Bu, yaşanan faciənin başlanğıcı idi. Gecə gəldi. Və bu zaman heç kimin gözləmədiyi bir şey oldu. Eşelonlarımız təslim oldu ... zirehli maşını qırandan sonra quldur dəstələrinə ... Son ana qədər cəbhə eşelonlarının təslim olduğunu bilmirdik. Hamımız "bizimkilərin" bizi qoruyacağına inanırdıq. Bir quldur dəstəsinin bir hissəsi silahlarını təhvil vermək tələbi ilə qatarımıza yaxınlaşanda qatarımızın əsgərləri itaət etməkdən imtina etdilər. Çəkiliş başladı. Silahı olanlar avtomobillərdən çıxaraq sahilə çıxaraq geri atəş açmağa başladılar. Bəs vaqonlarda qalan qadınlar və uşaqlar üçün nə idi ? Onların qarışıqlığını və dəhşətini kim təsəvvür edə bilər ? .. Qorxunc, qorxunc bir gecə idi. Qatarımızın müdafiəçiləri, bir qrup fədakar əsgər silahlarını təhvil vermək məcburiyyətində qaldıqda, qurtuluş ümidimizi itirdik. Özümüzü quldurlar düşərgəsində tapdıq. Təxminən 400 sərnişinimiz var idi. Silahın təslim edilməsinin hər şeyə son qoyacağını düşünürdük. Ancaq tezliklə Başıpozuqların sözünə inanmaq mümkün olmadığına əmin oldular. Bir müddət sonra arxa vaqonda qışqırıq başladı. Orada yanğın başlayıb. Tatarlar, əlbəttə ki, soyğunçuluq məqsədi ilə qatarı yandırdılar. Sərnişinlərin soyulması, sonradan öyrəndiyimiz kimi, "bizimkilərin" təsadüfən qonşu Tatar kəndinə bir mərmi atdığına görə qisas almaqla başladı. Bilmirəm, bəlkə də belədir. Çaxnaşma yanan vaqonların alovları arasında baş verdi. Ağlasığmaz bir şey baş verirdi. Qatardakı yanğın hər dəqiqə gücləndi. Ətrafda atışma, ağlama, inilti, qurtuluş üçün qışqırıqlar var idi! İnsanlar pilləkənlərdən sahilə qədər maşınların pəncərələrindən tullanaraq itələdilər: kim daha güclüdürsə, zəif qadınların və uşaqların üstündən keçdi. Çoxları əşyalarını vaqonlarda qoyub getdi. Qatarın yaxınlığında eyni yerdə bir çox tatar soyuldu. Əl yüklərini və pulu deməmək üçün çəkmələrini, üst paltarlarını soyunaraq dərini soyurdular. Əsgərlər amansızcasına talan edildi. Hətta ölülər və yaralılar da köynəklərinə qədər hər şeyi soyudular. Şamxor stansiyasına üç verst qaldı və biz oraya sürü kimi izdiham içində getdik. Yolda, tatarlar qalan bir şeyi olan hər kəsi soydular. Və arxasında - bir atəş, ölülərin cəsədləri yatır, yaralılar inləyir ... Çoxları yalnız köynəklə öndə gəzirdi, ac, soyğunçuluq, döyülmə ... Varlılar kasıblaşır, sağlamlar sağlamlıqlarını itirir, şikəst olurdular. Yalnız bəzi əsgərlər tərəfdən, 600 ölü və yaralı var idi ... Gecə beləcə keçdi. Səhər saatlarında yaralılarla birlikdə ilk tibbi qatar Yelizavetpol'a yola düşdü; sonra başqa və üçüncüsü. Sonra eşelonlar tükənmiş, ac, qarət edilmiş insanların qalıqları ilə hərəkət etdi ... Saat 12 -də son təcili yardım qatarında yola düşdüm. Qatardakı yanğın zamanı itən həyat yoldaşımı hər zaman axtarırdım. Ancaq boş yerə, heç bir yerdə tapılmadı. Qatarın yola düşdüyü anda, boş bir güllə vaqonun damına çıxan, vaqondan ayağımdan yıxılan iki əsgəri öldürdü. Bu gecəni heç vaxt unutmaram. Sözcü.az

Əhməd Vəliyevin bankı ləğv edildi

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə bankın daxili idarəetmə və nəzarət prosedurları adekvat olmadığına görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu, 16.1.18-ci, 57-ci və 61.1-ci maddələrinə əsasən Muğan Bank ASC-nin lisenziyası 19 oktyabr 2023-cü il tarixindən etibarən ləğv edilib, banka müvəqqəti inzibatçı təyin edilib və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub. Sozcu.az xəbər verir ki, Mərkəzi Bankın İdarə Heyətinin yuxarıda qeyd olunan qərarı ilə Muğan Bank ASC-yə müvəqqəti inzibatçının təyin olunması ilə əlaqədar Muğan Bank ASC-nin idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib. Muğan Bank ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 1,4%, kredit portfelində 2%, sektorun öhdəliklərində isə cəmi 1,3% təşkil edir. Muğan Bank ASC-nin bank lisenziyasının ləğvi bank sektorunun maliyyə dayanıqlığı və maliyyə sabitliyinə heç bir təhdid yaratmır. Bildirilib ki, Muğan Bank ASC Əmanətlərin Sığortalanması Fonduna (Fond) üzv bankdır və əhalinin bu bankda sığortalanmış əmanətləri üzrə kompensasiyalar Fond tərəfindən qanunvericiliyə müvafiq qaydada ödəniləcək. Muğan Bank ASC-nin digər öhdəlikləri məhkəmə tərəfindən təyin olunacaq ləğvedici tərəfindən qanunvericiliyə müvafiq qaydada tənzimlənəcək. Bank tərəfindən Fonda təqdim olunmuş hesabatlara əsasən 2023-cü ilin III rübünün sonuna Bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 216,7 mln. manat təşkil edir. Qeyd edək ki, Bankın əmanətçilərinin say etibarı ilə 99,9%-nin əmanətləri kompensasiya olunacaq. Xatırladaq ki, “Muğan Bank” “Odlar Yurdu” Universitetinin təsisçisi Əhməd Vəliyevə məxsusdur.

88 yaşlı kişi gəlinini öldürüb, intihara cəhd etdi

09:46 Oktyabrın 19-da saat 9 radələrində Xəzər rayonu Mərdəkan qəsəbəsində 1964-cü il təvəllüdlü Gülnarə Mikayıl qızı Dadaşovanın ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. DİN-in mətbuat xidmətindən Sozcu.az-a bildirilib ki, cinayət əməlini törətməkdə G.Dadaşovanın qayınatası, 1935-ci il təvəllüdlü Yaşar Məmməd oğlu Dadaşov şübhəli bilinir. Araşdırma aparılır. *** Oktyabrın 19-da Gülnarə Dadaşovanın qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Xəzər Rayon Prokurorluğundan məlumat verilib. Araşdırma zamanı Yaşar Dadaşovun Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən fərdi yaşayış evində aralarında yaranmış mübahisə zamanı qohumu Gülnarə Dadaşovanı ov silahından atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Yaşar Dadaşov hadisədən sonra özünü öldürməyə cəhd edib və hazırda xəstəxanada müalicəsi davam edir. Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Rusiya Ukraynada daha 630 hərbçisini itirdi

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 630 hərbçisini itirib. Sozcu.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 290 680 nəfərə çatıb. Həmçinin son sutka ərzində Rusiyaya məxsus 11 tank, 17 zirehli döyüş maşını, 39 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Azərbaycan neftinin qiyməti 96 dollara yaxınlaşır

"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti cüzi artıb. Sozcu.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,58 ABŞ dolları, yaxud 1,7 % artaraq 95,86 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.