88 yaşlı kişi gəlinini öldürüb, intihara cəhd etdi

09:46

Oktyabrın 19-da saat 9 radələrində Xəzər rayonu Mərdəkan qəsəbəsində 1964-cü il təvəllüdlü Gülnarə Mikayıl qızı Dadaşovanın ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Sozcu.az-a bildirilib ki, cinayət əməlini törətməkdə G.Dadaşovanın qayınatası, 1935-ci il təvəllüdlü Yaşar Məmməd oğlu Dadaşov şübhəli bilinir.

Araşdırma aparılır.

***

Oktyabrın 19-da Gülnarə Dadaşovanın qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Xəzər Rayon Prokurorluğundan məlumat verilib.

Araşdırma zamanı Yaşar Dadaşovun Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən fərdi yaşayış evində aralarında yaranmış mübahisə zamanı qohumu Gülnarə Dadaşovanı ov silahından atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Yaşar Dadaşov hadisədən sonra özünü öldürməyə cəhd edib və hazırda xəstəxanada müalicəsi davam edir.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Share on Facebook