BMT TŞ zibil qutusuna atılmış bir qurumdur

BMT Təhlükəsizlik Şurası (TŞ), demək olar, zibil qutusuna atılmış bir qurumdur.

Sozcu.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Qurtulmuş deyib.

O bildirib ki, bu təşkilat funksiyalarını yerinə yetirmir:

“Bu gün “beynəlxalq hüquq”, “müharibə cinayətləri” termini mənasını itirib. Bu gün BMT TŞ müharibələrə, ayrı-ayrı regionlardakı hərbi toqquşmalara tamamilə laqeyd yanaşır. BMT hansı müharibəni dayandırıb? Rusiya ilə Ukrayna arasında davam edən savaşı dayandıra, müharibə cinayətlərinin qarşısını ala bildimi? Yox”.

Share on Facebook