Gərgin iş rejimi, həyat qayğıları, ümumən vaxt qıtlığı kimi müxtəlif səbəblərə görə sağlamlıqla bağlı məsələlər bir çox hallarda ikinci planda qalır. Lakin unutmaq olmaz ki, məhsuldar işləmək, böyük uğurlara imza atmaq üçün sağlam olmaq ilk şərtdir. Bunun üçün isə ən azı ildə bir dəfə ümumi tibbi müayinədən keçmək olduqca vacibdir. Lakin azərbaycanlıların çox az hissəsi “check-up” müayinələrə müaricə edir. Bunun başlıca səbəbi yoxlanış qiymətlərinin yüksək olmasıdır.
Yaxın gələcəkdə “check-up” müayinənin tam pulsuz olması və ya güzəştlərin nəzərdə tutulması gözlənilirmi?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Tibb Universitetinin Farmokologiya kafedrasının dosenti, professor Aydın Əliyev bildirib ki, hər bir şəxsin ildə azı 1 dəfə mtləq şəkildə müayinə olunmalıdır:
“Check-up” müayinə hansısa xəstəliklə bağlı heç bir ciddi şikayəti olmadan belə şəxsin özünü müayinə etdirməsidir. Yəni profilaktik nöqteyi-nəzərdən “chek-up”ların olması mütləqdir. Həkimlər də hər zaman deyir ki, insanlar ildə ən az bir neçə dəfə özünü yoxlatmalıdır. Bu profilaktik tədbirlər görüləndə xəstəliklərinin qarşısı vaxtında alınır.
Bu barədə öz yanaşmam var. İllik 4 resept var və bu reseptlər illərin fəsilləridir. Həmin fəsillərə də uyğun qidalanmaq və geyinmək lazımdır. Nəticədə insan özünü xəstəliklərdən qoruya bilir”.
A. Əliyev qeyd edib ki, yaxın zamanlar “check-up”la bağlı məsələlər həll ediləcək:
“Ancaq “check-up” müayinənin ödənişsiz olub-olmaması dövlətin qərarından asılıdır. Əlbəttə, hamı istəyər ki, “check-up” müayinə pulsuz olsun”.