Türkiyə cəmiyyətinin İsraillə Qəzza arasında yaşananlara münasibəti çox üzücüdür. Dini şüar və lozunqlar sələndirən kütlə ABŞ-ın İstanbul və Adanadakı konsulluqlarına hücum edib, Türkiyədə yaşayan yəhudiləri cəzalandırmaq çağrışları səsləndirilir. Bunlar çox qorxulu nəticələrə aparıb çıxara bilər.
Hadisələrin bu istiqamətdə inkişaf edəcəyi isə gözləniən idi. Siyasi spektrin bütün cinahlarından İsrail əleyhinə sərt bəyanatlar yüksələndə, Fələsitinə dəstək və İsrail əleyhinə yürüşün önündə prezident Rəcəb Tayyip Ərdoğanın oğlu və kürəkəni gedəndə cəmiyyətin kəskin radikallaşacağı zaman məsələsi idi.
Qəzzada yaşananlara görə, prezident Rəcəb Tayyip Ərdoğanın üç günlük matəm elan etməsi, üç gün ərzində bütün konsertlərin ləğv edilməsi Türkiyənin seçimi kimi görünür. Son günlər baş verən hadisələr Türkiyənin Qərb tərəfdaşları və NATO müttəfiqləri ilə münasibətlərini kəskin zədələyəcək. Bəzi münasibətlər ümumiyyətlə əvvəlki kimi olmayacaq. Artıq ABŞ Adanadakı konsulluğunu bağlayıb. Bunu ilk xəbərdarlıqdır.
Türkiyənin İsrailə qarşı cəbhədə yer alması Azərbaycanı seçim etməyə vadar edəcəyi haqqında bir neçə gün öncəki ehtimalım gerçəkləşmək üzrədir. Əgər proses bu sürətlə davam edərsə, bir neçə gündən sonra İsraillə Türkiyə arasında seçim etmək məcburiyyətində qala bilərik.
Heç şübhəsiz ki, Azərbaycan özünün həyati əhəmiyyətli maraqlarından çıxış edərək, İsrailə qarışı cəbhədə yer ala bilməz. Əks seçim fəlakət olar.
Bütün Azərbaycan xalqı bilməlidir ki,güclü İsrail dövlətinin varlığı Azərbaycan xalqının həyati əhəmiyyətli maraqlarına uyğundur. İsrailin zəifləməsi isə Azərbaycanın müstəqiliyinə və ərazi bütövlüyünə ən böyük təhlükə olan Rusiya, İran və Ermənistanın maraqlarına uyğundur.
Dövlətin siyasətinim müəyyənləşməsində iştirak etməsəm də, tarix və millət qarşısında məsuliyyətimi dərk edərək toplumu və iqtidarı doğru seçim etməyə çağırıram.
Xəqani Cəfərli, politoloq