Ohanyan köhnə havasında: Qarabağı təslim etmək...

“Ayakve” təşəbbüsünün Cinayət Məcəlləsinə təklif etdiyi dəyişikliklərin qəbulu zərurətdir. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentində keçirilən dinləmələr zamanı keçmiş müdafiə naziri Seyran Ohanyan danışıb. “Mövcud vəziyyətin səbəbi təkcə Azərbaycanın siyasəti deyil, həm də Ermənistan hakimiyyətinin düşünülməmiş addımlarıdır və bu səbəbdən onun ətrafındakı halqa hər dəfə kiçilməkdə davam edir”, - deyə Ohanyan bildirib. Qeyd edək ki, Ermənistanda revanşist “Ayakve” təşəbbüsü bir qrup yerli ictimai xadim tərəfindən yaradılıb. 2023-cü ilin iyununda o, Qarabağın Azərbaycanın tərkibində qalmasına razılıq verilməsinin cinayət sayılması haqqında qanunvericilik təşəbbüsü ilə çıxış edib və bu məqsədlə 50 mindən çox imza toplayıb.

Bakıda saxlanılan ermənilərlə onları dəyişdirməyə hazırıq!

Biz Ermənistanda məhkum edilmiş azərbaycanlıları Bakıda saxlanılan ermənilərlə dəyişdirməyə hazırıq. Sozcu.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.

Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: “Azərbaycan qəbul etsə, hazırıq”

Azərbaycanın Ermənistanın təqdim etdiyi “Sülh qovşağı” layihəsinə ilk reaksiyası ondan ibarətdir ki, İranla kommunikasiyaların (nəqliyyat dəhlizlərinin) açılması projesini həyata keçirdikləri üçün artıq həmin layihədə maraqlı görünmürlər. Sozcu.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. “Sülh qovşağı” layihəsinin prinsiplərindən biri belədir: hər bir ölkə öz dövlət institutları vasitəsilə sərhəd gömrük nəzarətini həyata keçirir və öz ərazisində təhlükəsizliyi təmin edir. Bu, bizim beynəlxalq tərəfdaşlarımıza, o cümlədən Azərbaycan, Türkiyə, İran, Gürcüstana etdiyimiz təklifdir. Azərbaycanın ilk reaksiyası isə odur ki, onlar İranla həmin kommunikasiya layihəsini həyata keçirdikləri üçün artıq bununla maraqlanmırlar. Biz qətiyyən etiraz etmirik. Amma təklifimiz budur. Təklifimiz qəbul olunarsa, bu layihə həyata keçiriləcək”, - baş nazir bildirib.

Şəhid anası: “Heç olmasa, balamın şəkillərini, paltarlarını qoymağa otağımız olsun” – Video

“Mən antiterror əməliyyatlarında şəhid olmuş Cavid Əliyevin anasıyam. Mən dövlət başçısına, aidiyyəti qurumlara bildirmək istəyirəm ki, bizim evimiz 2 il bundan əvvəl qaz idarəsinin səhvi ucbatından partlayıb. Lazım olan yerlərə müraciət edilib, məhkəmə keçirilib, ancaq nəticə yoxdur. Bu ev partlayandan sonra iki oğlum əsgər getdi, uşaqlarıma yığıncaq belə təşkil edə bilmədim. Arzumuz idi ki, inşallah, oğlum gələndə ona qurban kəsim, yığıncaq təşkil edim. Olmadı”. Bu sözləri Yeniavaz.com-a 2021-ci il dekabrın 28-də Mingəçevir şəhəri Günəşli bağlar massivi 12-ci küçə ərazisində yerləşən fərdi evlərin birində qaz sızmasından baş verən güclü partlayış zamanı evi dağılaraq yararsız hala düşən Pərvanə Əliyeva deyib. P. Əliyeva, həmçinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı sentyabrın 19-da şəhidlik məqamına ucalan Cavid Əliyevin anasıdır. O bildirir ki, ailəsi ilə birlikdə 17 il həmin evdə yaşayıb. 3 oğul övladı da həmin ünvanda dünyaya göz açıblar. P. Əliyeva deyir ki, bu gün üstündən iki il keçməsinə baxmayaraq, hələ də problem həllini tapmayıb, belə demək mümkünsə, çöllərdə qalıblar: “Nə oturası, nə uşaqlarımı qarşılayası bir yerimiz yoxdur. Oğlum şəhid oldu, onu da atamgilin həyətində qarşıladıq. Nə salamatını qapımızdan yola sala bildik, nə şəhid olmuşunu qapımızda qarşılaya bildik. İndi ikinci oğlum gəlməlidir, üçüncü oğlum da 6 aydan sonra əsgər getməlidir. Nə yerimiz var, nə yurdumuz. Şəhid olan balamın şəkillərini qoymağa da yerim yoxdur. Aidiyyəti orqanlardan xahiş edirəm, kim bu işlə məşğuldur, qaz idarəsindən tələb etsinlər, dəyən ziyanı ödəsinlər, bizim evimizi tikib versinlər. Heç olmasa, uşağımın ilini öz qapımızda verim. Gələn o biri oğlumu öz evimizdə qarşılayım, o biri oğlumu da buradan yola salım. 17 ildir, biz burada yaşayırıq. Uşaqlarım bu həyətdə böyüyüblər. Amma biz bu həyətdə heç nə edə bilmədik. Çox xahiş edirəm, bizim bu işimizə baxılsın. İki ildir bu partlayış olub. Nə qədər yerə müraciət etmişik, nə qədər məhkəmə olub, heç bir nəticə yoxdur. Neçə dəfə məhkəməyə getmişik, heç düzgün qərar da verilməyib. Uşaqlar əsgər gedəndən sonra həmişə xəbər alırdılar ki, ana vəziyyət necədir. Onda məhkəmə də davam edirdi. Mən də deyirdim ki, ay oğul, heç bir nəticə yoxdur. Deyirdi ki, ana, eybi yoxdur, heç nə olmaz, onun fikrini eləmə, Allah qoysa, gələk yığışaq, özümüz həll edərik. Yaşadığımız bu ev də özümüzün deyil, qonşunun evidir. Hamı da bilir ki, 17 ildir uşaqlarımın böyüdüyü ev o evdir. Balamın arzusu ürəyində qaldı. Nə gəlib evi gördü, nə anasına qovuşdu. Ona görə də, istəyirəm ki, o evi düzəldək, balamın heç olmasa orada bir otağı olsun, şəkillərini qoyum, paltarlarını qoyum, balamın yatdığı yatağı qoyum. Çox xahiş edirəm sizdən, balamın da, mənim də arzumuzu ürəyimizdə qoymayın”. Qeyd edək ki, sözügedən partlayış nəticəsində 22-ə yaxın evə ciddi ziyan dəymiş, 2 ev isə tamamilə dağılmışdı. Evində partlayış baş verən evi tamamilə dağılan Yaqub Məmmədov da bu gün oğlu ilə birgə şəhid ailəsinin taleyini yaşayır.

Paşinyan Almaniyanın baş kəşfiyyatçısı ilə görüşdü

Ermənistanın baş naziri Nikol Paşinyan Almaniya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Bruno Kalla ilə görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb. Görüş Almaniya rəsmisinin İrəvana səfəri çərçivəsində baş tutub. Söhbət zamanı əməkdaşlıq və regiondakı vəziyyət müzakirə edilib.

Bu gün “artsax”ın sonuncu “prezidenti” Samvel Şahramanyan dindiriləcək...

Bu gün saat 11:00-da gorbagor(!) “artsax”ın sonuncu qondarma “prezidenti” Samvel Şahramanyan İrəvanda 44 günlük müharibədə  baş verənləri araşdıran komissiyanın qəbulunda olacaq.  Sozcu.az xəbər verir ki, bu haqda “Hraparak”  nəşri məlumat yayıb. “Şahramanyanın “dindirilməsi” qapalı formatda baş tutacaq, baxmayaraq ki, komissiyanın presedenti var və Nikol Paşinyan sessiyanı canlı yayımlayaraq açıq rejimdə dinlənilib. Ancaq məşhur atalar sözündə deyildiyi kimi, Zevs üçün mümkün olan, öküz üçün mümkün deyil. Biz komissiyadan Samvel Şahramanyanın özünün qapalı formata üstünlük verib-vermədiyini soruşduq. Komissiyadan mənfi cavab verilərək bildirildi ki, format məsələsi müzakirə belə olunmayıb”- deyə davamında erməni nəşri yazır.

İtkin düşmüş ana və qızı tapıldı - Geri dönmək istəmirlər

Gəncədə bir neçə gün öncə itkin düşmüş ana və qızı tapılıb. Bu barədə Modern.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib. Onun sözlərinə görə, Gəncə Şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində hər iki şəxsin yeri Gəncə şəhərində müəyyən edilib. N.İmanova izahatında yaşadıqları evi könüllü tərk etdiklərini və geri dönmək istəmədiklərini bildirib. Qeyd edək ki, Tahir Həsənov Gəncə Şəhər Baş Polis İdarəsinə ərizə ilə müraciət edərək həyat yoldaşı Nargül İmanova və övladı, 2009-cu il təvəllüdlü Günay Həsənovanın noyabrın 6-da birgə yaşadıqları evdən naməlum istiqamətdə gedərək bir daha geri qayıtmadıqlarını deyib.

4 kənd ləğv edilir, əraziləri Xocavəndə verilir

Laçının Alıcan kəndi ləğv edilir, Füzuli və Cəbrayılın bəzi kəndləri Xocavəndin təkibinə verilir. Sozcu.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, Füzuli rayonunun inzibati ərazi bölgüsünə daxil olan Veysəlli kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Veysəlli və Ağbaşlı kəndlərinin, Cəbrayıl rayonunun inzibati ərazi bölgüsünə daxil olan Sancalı kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Məzrə kəndinin və Laçın rayonunun inzibati ərazi bölgüsünə daxil olan Köhknəkənd kənd inzibati ərazi dairəsi tərkibindəki Alıcan kəndinin ləğv edilərək ərazilərinin bütövlükdə Xocavənd rayonunun inzibati ərazisinə veriləcək.

"ABŞ Zəngəzur dəhlizinə Türkiyənin nəzarət etməsini istəyir"

“Qərb Türkiyənin Zəngəzur dəhlizinə nəzarət etməsini istəyir. Burda məqsəd Ermənistanın Rusiyanın nəzarətinə keçməməsidir. Moskva isə öz növbəsində dəhlizi nəzarətə götürməyə çalışır”. Sozcu.az xəbər verir ki, bunu erməni politoloq Artur Xaçikyan deyib. O bildirib ki, Rusiya və İran Zəngəzura Ermənistanın, ABŞ isə Türkiyənin nəzarət etməsində maraqlıdır.

İsmayıllıda yol qəzası baş verdi: altı hindistanlı yaralandı

İsmayıllıda yol qəzası baş verib, altı hindistanlı xəsarət alıb, ikisinin vəziyyəti ağırdır. ”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Tircan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes Vito" markalı mikroavtobusun sürücüsü həmin yolda hərəkətdə olarkən gecə saatları olduğundan və yol nişanlarına məhəl qoymayıb. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Hadisə nəticəsində Hindistanəsilli 6 vətəndaş ağır dərəcəli bədən xəsarətləri İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Hazırda rayonun hüquq mühafizə orqanı əməkdaşları hadisə yerinə cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.

Binəqədidəki yanğında yaralananların SAYI

Bu gün saat 20:03 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən obyektdə yanğın hadisəsi ilə bağlı çağırış daxil olub. Sozcu.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Qeyd olunub ki, hadisə yerinə 7 təcili tibbi yardım briqadası cəlb olunub. Yanğın nəticəsində 6 nəfər (1 qadın, 5 kişi olmaqla) xəsarət alıb. Onlardan 4 nəfər Kliniki Tibbi Mərkəzə, 1 nəfər Nərimanov Tibb Mərkəzinin tabeliyindəki Yanıq Mərkəzinə təxliyə olunub. 1 nəfərə isə (kişi cinsli, 35 yaşlı) sağ qaşüstü nahiyənin I dərəcəli yanığı diaqnozu ilə yerində yardım göstərilib. Kliniki Tibbi Mərkəzə təxliyə olunan 33 yaşlı vətəndaşa (kişi cinsli) sağ bud nahiyəsinin deşilmiş yarası, 28 yaşlı vətəndaşa (kişi cinsli) sol çiyin nahiyəsinin deşilmiş yarası, 56 yaşlı vətəndaşa (kişi cinsli) bud-çanaq nahiyəsinin travması, 39 yaşlı vətəndaşa (qadın cinsli) bədənin müxtəlif nahiyələrinin yanığı, sağ qolun travması diaqnozu qoyulub. Yanıq Mərkəzinə təxliyə olunan 40 yaşlı vətəndaşa (kişi cinsli) sağ ayağın II-III dərəcəli yanığı diaqnozu qoyulub. Hazırda tibb müəssisələrinin müvafiq şöbələrində zərərçəkənlərə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.

Cihazqayırma zavodunda YANĞIN

Gəncədə yanğın hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, hadisə şəhərin Vəli Xuluflu küçəsində qeydə alınıb. Belə ki, Cihazqayırma zavodunda anidən yanğın olub. Hadisə yerinə FHN-in yanğınsöndürən avtomobiləri və canlı qüvvəsi cəlb olunub.

Uzunömürlülüyə görə Azərbaycan axırıncı yerdədir

Dünya İqtisadi Forumunun “Qlobal Gender Fərqi” indeksinə görə, Azərbaycan 146 ölkə arasında 101-ci yerdə qərarlaşıb. Sozcu.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun birgə hazırladığı “Azərbaycanda DİM-in Maliyyələşdirilməsi” ilə bağlı dərc olunan hesabatında qeyd olunub. İqtisadi iştirakçılıq və imkanlara görə, Azərbaycan 146 ölkə arasında 36-cı, təhsil nailiyyətinə görə 55-ci, siyasi səlahiyyətlərə görə 135, sağlamlıq və uzunömürlülüyə görə 144-cü yerdə qərarlaşıb. Qeyd edək ki, bu indeks müxtəlif ölkələrdə qadınların iqtisadi iştirakı, imkanları, təhsil səviyyəsi, sağlamlıq, uzunömürlük və s. göstəricilərinə əsasən onların rifahının müqayisəli təhlili əsasında hazırlanıb.

Bərdədə yas yerində xəsarət alanların sayı 33-ə ÇATIB

Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisə ilə əlaqədar olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına 33 nəfər müraciət edib. TƏBİB-dən Sozcu.az-a verilən məlumata görə, 1 nəfərdə xəstəxanayaqədər ölüm halı qeydə alınıb. Müxtəlif növ bədən xəsarətləri və digər şikayətlərlə tibb müəssisəsinin müvafiq şöbələrinə yerləşdirilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş hesab olunan 26 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 1 nəfərin vəziyyəti ağır, 5 nəfərin vəziyyəti isə stabil qiymətləndirilir.

İlham Əliyevin Viktor Orbanla görüşü başladı

Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə görüşü başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

TƏBİB-dən qızılca ilə bağlı AÇIQLAMA

"Media nümayəndələrindən daxil çoxsaylı müraciətlərə cavab olaraq bildirmək istəyirik ki, hazırda ölkə ərazisində qızılca xəstəliyinə yoluxma halları müşahidə edilir. Bir çoxunuza məlum olduğu kimi, ölkəmizdə qızılca xəstəliyinə son illər ərzində yoluxma nadir hallarda qeydə alınıb, hətta bəzi illərdə ümumiyyətlə, yoluxma olmayıb, ən yüksək yoluxma isə 2018-ci ildə qeydə alınıb. Bu da daha çox 40 yaşdan yuxarı əhali arasında müşahidə olunub və dövlət tərəfindən təqvimdən kənar peyvənd kampaniyalarına başlanılıb". Sozcu.az xəbər verir ki, bu barədə TƏBİB-in yaydığı məlumatda qeyd edilib. Bildirilib ki, qızılca xəstəliyinə yoluxmaların bu tipli artımları Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən proqnozlaşdırılmışdır. Belə ki, hazırda Avropa regionunda da yoluxma sayları payız-qız aylarında artım göstərməkdədir. Bunun əsas səbəbi peyvəndlənmə yaş dövrünün COVID-19 pandemiyasına təsadüf edən uşaqların olmasıdır ki, məhdudlaşma tədbirlərinə bağlı olaraq onlar peyvəndlənmədən kənar qalıblar. "Hazırda yoluxmalar daha çox məktəb və bağça yaşlı uşaqlar arasında üstünlük təşkil edir. Bu xəstəlik uşaqlıq dövrünün infeksion xəstəliklərindən hesab olunur, virus mənşəli xəstəlikdir və özü sağalan xəstəliklər qrupuna daxildir. Yəni bu, o deməkdir ki, xəstəliyin xüsusi spesifik müalicəsi yoxdur. Qızılca xəstəliyi adətən stasionar müalicəyə ehtiyacı olmayan, ev şəraitində izolyasiya olunaraq müalicə edilən xəstəlikdir. Bu xəstələr ailə sağlamlıq mərkəzlərinin həkimləri tərəfindən nəzarətə götürülür. Bir sıra hallarda yoluxmuş şəxslərdə xəstəliyin ağırlaşma halları baş verə bilər. Bunlara pnevmoniya, orta qulağın iltihabı, bağırsaq mənşəli ağırlaşmalar, ensefalit, meningit və s. aiddir. Belə olan hallarda xəstələr TƏBİB-in tabeli tibb müəssisələrində fəaliyyət göstərən yoluxucu xəstəliklər şöbələrinə yatırılaraq müalicəyə cəlb olunurlar. Müalicə xərcləri icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində ödənilir. Nəzərinizə çatdırmaq istəyirik ki, TƏBİB-in tabeliyində Bakı şəhəri üzrə 17, Sumqayıt şəhəri üzrə 2, regionlarda isə 48 yoluxucu xəstəliklər şöbəsi fəaliyyət göstərir, çarpayı sayı cəmi 1400-ə qədərdir. Bu günə olan məlumata əsasən, bütün regionlar, Sumqayıt və paytaxt ərazisində yoluxma sayları nəzarət altındadır, yoluxucu xəstəliklər şöbələrində kifayət sayda boş çarpayılar, ağırlaşma hallarının idarə olunması və ehtiyac yaranan hallarda xəstələri tibbi xidmətlə təmin etmək üçün bütün resurslar mövcuddur. Bir daha qeyd edirik ki, ağırlaşma halları ilə müraciət edən xəstələr qızılca əleyhinə peyvənd olunmamışlardır. Əlavə edək ki, qızılca xəstəliyinə qarşı spesifik vaksin mövcuddur və milli peyvənd təqviminə daxil edilib. Sözügedən peyvənd uşaqlara 12 aylığında və 6 yaşında tətbiq olunur. Xəstəliyə yoluxmaqdan, baş verə biləcək ağırlaşmalardan, bu ağırlaşmaların gələcək fəsadlarından qorunmaq üçün vaksinasiya olduqca vacibdir. Qızılca əleyhinə peyvənd ölkəmizdə milli peyvənd təqviminə 1994-cü ildə daxil olub və hazırda bütün ailə sağlamlıq mərkəzlərində ödənişsiz şəkildə tətbiq olunmaqdadır", - qurumun məlumatında vurğulanıb.

Ermənistan hazırlığa başlayıb, müharibə edəcək - Polkovnikdən sensasiyalı açıqlama

“İstənilən silah bizim üçün narahatlıqdır və onun böyük-kiçikliyi yoxdur”. Bu sözləri Yenisabah.az-la söhbətində ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib. O, Fransa və Hindistandan Ermənistana göndərilən silahların Azərbaycan üçün potensial təhlükələri barədə danışıb: “Düşünmürəm ki, Ermənistan o silahlardan sabah bizə qarşı istifadə edəcək. Çünki o silahların işlək vəziyyətə gətirilməsi üçün Ermənistana müəyyən müddət lazım olacaq. Yəni kadrlar hazırlamalı, mütəxəssislər o silahı poliqonlarda istifadə etməlidir ki, deyə bilək, bu silahları erməni hərbçiləri artıq rahat şəkildə istifadə edə bilərlər”. Ü. Cəfərovun sözlərinə görə, Ermənistanı faktiki olaraq Azərbaycana qarşı kökləyirlər: “İrəvanın havadarları onu revanşist addım atmağa məcbur edəcəklər. Ermənistan mütləq buna gedəcək, çünki həmişə böyük dövlətlərin aləti olub. Bunu nəzərə almalıyıq.  Doğrudur, həmin silahlar müəyyən təhlükə yaradır, amma bunun faciəvi bir durum olduğunu hesab etmirəm. Çünki müəyyən addımlarımız var. Amma Fransa və Hindistandan alınan silah-sursat bizim üçün müəyyən qədər çətinliklər yarada bilər. Yəqin ki, Azərbaycanın hərbi rəhbərliyi bu barədə götür-qoy edib. Gürcüstanda aparılan müzakirələrdə yəqin ki, bu məsələ əsas mövzu olub. Lakin Ermənistanın bir neçə il sonra Azərbaycana əzələ nümayiş etdirməsi labüddür. Mənə elə gəlir ki, İrəvana verilən silah-sursat onları şirnikləndirəcək”.

Şəfiyevdən Xankəndi ilə bağlı açıqlama

Xankəndidəki mülklər, mədəni abidələr qorunur, heç bir ziyan dəyməyib. Sozcu.az Report-a istinadən xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev "Laçın-Xankəndi yolu ətrafında mübahisələr" adlı hesabatın təqdimatında deyib. Onun sözlərinə görə, Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarına riayət edir: "Proseslərin bundan sonra necə baş verəcəyi barədə hələ nəsə demək çətindir. Azərbaycan hökuməti elan edib ki, kim istəyirsə qayıtsın. Düşünürəm ki, hökumət qayıtmaq istəyənlərə müddət verəcək. Kim istəsə qayıdıb yaşayacaq, kim istəsə gəlib əşyalarını götürəcək. Ümumən oradakı mülklərə heç bir ziyan dəyməyib".

Nazirliyin Qarabağ açıqlamasında rüsvayçılıq – “Bu, son deyil…”

Ermənistanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağla bağlı yaydığı məlumatda dilemma qarşısında qalıb. Sozcu.az xəbər verir ki, nazirlik press-relizdə Azərbaycanın Qarabağ İqtisadi rayonundan bəhs edərkən “artsax”, “Dağlıq Qarabağ vətəndaşları”, “Dağlıq Qarabağ sakinləri” ifadələrindən istifadə edib. Erməni ekspertlər nazirliyin bu yanaşmasının rüsvayçılıq olduğunu bildiriblər: “Nazirlik tərəfindən yazılmış mətn Nikol Paşinyanın “artsax”la bağlı siyasətini yaxşı xarakterizə edir. Əvvəlində “artsax respublikası”, ortada “Dağlıq Qarabağ vətəndaşları”, sonunda isə sadəcə olaraq “Dağlıq Qarabağın sakinləri”. Başqa sözlə, enən xətlə gedir və bu, son deyil”. Qeyd edək ki, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Bu baxımdan Ermənistanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sözügedən məlumatda üç saxta variantı yazması İrəvanın növbəti təxribatıdır.globalinfo)

Paşinyan hədələdi: “Yeni seçkilər keçirəcəm, yenidən seçiləcəm və...”

“Siyasi dairələr gələn il növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı fəal şəkildə danışırlar. Hökumət artıq mövzunu gündəmə gətirib”. Sozcu.az xəbər verir ki, bu haqda “Hraparak” qəzeti yazıb.  “Bizə dedilər ki, Nikol Paşinyan “Vətəndaş sazişi” partiyasının idarə heyətinin son iclaslarının birində növbəti dəfə əli ilə hədələyib ki, onlar yeni seçkilər keçirmək və yenidən seçilmək, parlamentin hazırkı imicini tamamilə dəyişmək və orada tamamilə yeni müxalifət formalaşdırmaq üçün kifayət qədər işlər görəcəklər. Siyasi çevrələrdə Paşinyanın belə bir sürətli addım atıb bir-iki il əvvəl seçkilərə gedə biləcəyini, bu dəfə “polad mandat”dan daha inamlı danışaraq seçilmək üçün yenidən inzibati resurslardan istifadə edə biləcəyini istisna etmirlər. Bunun məqsədi həm də siyasi meydanı sürprizlə ələ keçirmək və yeni müxalifət qüvvəsinin yetişməsinə imkan verməməkdir”, - deyə erməni nəşri bildirib.

Türkiyə kəşfiyyatı PKK liderlərindən birini məhv etdi

Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) terror təşkilatı PKK/YPG-ni ağır silahlarla təmin edən və “qırmızı bülleten”lə axtarışda olan şəxslərdəni birini zərərsizləşdirib.  Sozcu.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, terrorçu Fahrettin Tolun Suriyanın şimalında keçirilən əməliyyat nəticəsində zərərsizləşdirilib. 

Ermənistan XİN “sərhəd görüşü”nü təsdiqlədi – Tarix

Noyabrın 30-da Ermənistan və Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyaların iclası keçiriləcək. Sozcu.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan deyib. Onun sözlərinə görə, danışıqlar Azərbaycan-Ermənistan sərhədində baş tutacaq. Təfərrüat açıqlanmayıb.

ŞOK: Rusiya Ukraynada son altı həftədə 36 min əsgərini itirib

Rusiya Ukraynada son altı həftə ərzində gedən döyüşlərdə 36 minə yaxın əsgərini itirib. Sozcu.az xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Rüstəm Umerov deyib. "Ukrayna Müdafiə və Təhlükəsizlik Qüvvələri Rusiya hərbi gəmilərini Qara dənizdən çıxarıb və hətta öz güclü donanmasına malik olmasa belə, gəmiçilik azadlığını tədricən bərpa edir – bunlar bizim asimmetrik hərəkətlərimizin nəticəsidir. Moskvanın başa düşdüyü yeganə dil gücdür. Biz bu dili yaxşı öyrənmişik", - Umerov vurğulayıb.

Rusiya bizə Azərbaycanla sülh müqaviləsi imzalamağa imkan verməyəcək

Rusiya bizə Azərbaycanla sülh müqaviləsi imzalamağa imkan verməyəcək ki, Cənubi Qafqazda mövqeyini qoruyub saxlasın. Sozcu.az xəbər verir ki, bu sözləri hakim “Mülki müqavilə” partiyasından olan deputat Qagik Melkonyan erməni mediasına açıqlamasında deyib. “Rusiya Cənubi Qafqazı tərk etmək istəmir. Zəngəzur dəhlizinin həsrətini çəkir. Mariya Zaxarova bildirir ki, noyabrın 9-dakı razılaşmaya əsasən ruslar Zəngəzur yoluna nəzarət etməlidir. 9 noyabr razılaşmasının bir bəndini də yerinə yetirmədilər, Qarabağı ermənilərdən tam azad etdilər, indi 9-cu bənd qalıb, gəlib bu ərazidə dayanmaq istəyirlər. Məgər biz öz yollarımızın təhlükəsizliyini təmin edə bilmərik?” O bildirib ki, Zəngəzuru ruslara versək, heç bir təminat yoxdur ki, bir aydan sonra azərbaycanlıları çağırıb, bu ərazilərin Azərbaycana aid olduğunu deməyəcəklər: “Rusiya yenidən diktə edən olmaq, bizə qul statusu vermək istəyir”. Onun sözlərinə görə, Ermənistan artıq başa düşüb ki, alternativ axtarmaq lazımdır və o, artıq tapılıb: “Artıq bir çox ölkə ilə silah müqavilələrimiz var. Bu, rusların xoşuna gəlmir. Onlar daim Qərbi tənqid edirlər”.axar)