Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: “Azərbaycan qəbul etsə, hazırıq”

Azərbaycanın Ermənistanın təqdim etdiyi “Sülh qovşağı” layihəsinə ilk reaksiyası ondan ibarətdir ki, İranla kommunikasiyaların (nəqliyyat dəhlizlərinin) açılması projesini həyata keçirdikləri üçün artıq həmin layihədə maraqlı görünmürlər.

Sozcu.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Sülh qovşağı” layihəsinin prinsiplərindən biri belədir: hər bir ölkə öz dövlət institutları vasitəsilə sərhəd gömrük nəzarətini həyata keçirir və öz ərazisində təhlükəsizliyi təmin edir. Bu, bizim beynəlxalq tərəfdaşlarımıza, o cümlədən Azərbaycan, Türkiyə, İran, Gürcüstana etdiyimiz təklifdir. Azərbaycanın ilk reaksiyası isə odur ki, onlar İranla həmin kommunikasiya layihəsini həyata keçirdikləri üçün artıq bununla maraqlanmırlar. Biz qətiyyən etiraz etmirik. Amma təklifimiz budur. Təklifimiz qəbul olunarsa, bu layihə həyata keçiriləcək”, - baş nazir bildirib.

Share on Facebook