Rusiya bizə Azərbaycanla sülh müqaviləsi imzalamağa imkan verməyəcək ki, Cənubi Qafqazda mövqeyini qoruyub saxlasın.
Sozcu.az xəbər verir ki, bu sözləri hakim “Mülki müqavilə” partiyasından olan deputat Qagik Melkonyan erməni mediasına açıqlamasında deyib.
“Rusiya Cənubi Qafqazı tərk etmək istəmir. Zəngəzur dəhlizinin həsrətini çəkir. Mariya Zaxarova bildirir ki, noyabrın 9-dakı razılaşmaya əsasən ruslar Zəngəzur yoluna nəzarət etməlidir. 9 noyabr razılaşmasının bir bəndini də yerinə yetirmədilər, Qarabağı ermənilərdən tam azad etdilər, indi 9-cu bənd qalıb, gəlib bu ərazidə dayanmaq istəyirlər. Məgər biz öz yollarımızın təhlükəsizliyini təmin edə bilmərik?”
O bildirib ki, Zəngəzuru ruslara versək, heç bir təminat yoxdur ki, bir aydan sonra azərbaycanlıları çağırıb, bu ərazilərin Azərbaycana aid olduğunu deməyəcəklər:
“Rusiya yenidən diktə edən olmaq, bizə qul statusu vermək istəyir”.
Onun sözlərinə görə, Ermənistan artıq başa düşüb ki, alternativ axtarmaq lazımdır və o, artıq tapılıb:
“Artıq bir çox ölkə ilə silah müqavilələrimiz var. Bu, rusların xoşuna gəlmir. Onlar daim Qərbi tənqid edirlər”.axar)