İsmayıllıda yol qəzası baş verdi: altı hindistanlı yaralandı

İsmayıllıda yol qəzası baş verib, altı hindistanlı xəsarət alıb, ikisinin vəziyyəti ağırdır.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Tircan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes Vito" markalı mikroavtobusun sürücüsü həmin yolda hərəkətdə olarkən gecə saatları olduğundan və yol nişanlarına məhəl qoymayıb. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində Hindistanəsilli 6 vətəndaş ağır dərəcəli bədən xəsarətləri İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Hazırda rayonun hüquq mühafizə orqanı əməkdaşları hadisə yerinə cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.

Share on Facebook