“Ayakve” təşəbbüsünün Cinayət Məcəlləsinə təklif etdiyi dəyişikliklərin qəbulu zərurətdir.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentində keçirilən dinləmələr zamanı keçmiş müdafiə naziri Seyran Ohanyan danışıb.
“Mövcud vəziyyətin səbəbi təkcə Azərbaycanın siyasəti deyil, həm də Ermənistan hakimiyyətinin düşünülməmiş addımlarıdır və bu səbəbdən onun ətrafındakı halqa hər dəfə kiçilməkdə davam edir”, - deyə Ohanyan bildirib.
Qeyd edək ki, Ermənistanda revanşist “Ayakve” təşəbbüsü bir qrup yerli ictimai xadim tərəfindən yaradılıb. 2023-cü ilin iyununda o, Qarabağın Azərbaycanın tərkibində qalmasına razılıq verilməsinin cinayət sayılması haqqında qanunvericilik təşəbbüsü ilə çıxış edib və bu məqsədlə 50 mindən çox imza toplayıb.