Nazirliyin Qarabağ açıqlamasında rüsvayçılıq – “Bu, son deyil…”

Ermənistanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağla bağlı yaydığı məlumatda dilemma qarşısında qalıb.

Sozcu.az xəbər verir ki, nazirlik press-relizdə Azərbaycanın Qarabağ İqtisadi rayonundan bəhs edərkən “artsax”, “Dağlıq Qarabağ vətəndaşları”, “Dağlıq Qarabağ sakinləri” ifadələrindən istifadə edib.

Erməni ekspertlər nazirliyin bu yanaşmasının rüsvayçılıq olduğunu bildiriblər:

“Nazirlik tərəfindən yazılmış mətn Nikol Paşinyanın “artsax”la bağlı siyasətini yaxşı xarakterizə edir. Əvvəlində “artsax respublikası”, ortada “Dağlıq Qarabağ vətəndaşları”, sonunda isə sadəcə olaraq “Dağlıq Qarabağın sakinləri”. Başqa sözlə, enən xətlə gedir və bu, son deyil”.

Qeyd edək ki, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Bu baxımdan Ermənistanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sözügedən məlumatda üç saxta variantı yazması İrəvanın növbəti təxribatıdır.globalinfo)

Share on Facebook