Paşinyan hədələdi: “Yeni seçkilər keçirəcəm, yenidən seçiləcəm və...”

“Siyasi dairələr gələn il növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı fəal şəkildə danışırlar. Hökumət artıq mövzunu gündəmə gətirib”.

Sozcu.az xəbər verir ki, bu haqda “Hraparak” qəzeti yazıb. 

“Bizə dedilər ki, Nikol Paşinyan “Vətəndaş sazişi” partiyasının idarə heyətinin son iclaslarının birində növbəti dəfə əli ilə hədələyib ki, onlar yeni seçkilər keçirmək və yenidən seçilmək, parlamentin hazırkı imicini tamamilə dəyişmək və orada tamamilə yeni müxalifət formalaşdırmaq üçün kifayət qədər işlər görəcəklər.

Siyasi çevrələrdə Paşinyanın belə bir sürətli addım atıb bir-iki il əvvəl seçkilərə gedə biləcəyini, bu dəfə “polad mandat”dan daha inamlı danışaraq seçilmək üçün yenidən inzibati resurslardan istifadə edə biləcəyini istisna etmirlər. Bunun məqsədi həm də siyasi meydanı sürprizlə ələ keçirmək və yeni müxalifət qüvvəsinin yetişməsinə imkan verməməkdir”, - deyə erməni nəşri bildirib.

Share on Facebook