Bu gün saat 11:00-da gorbagor(!) “artsax”ın sonuncu qondarma “prezidenti” Samvel Şahramanyan İrəvanda 44 günlük müharibədə baş verənləri araşdıran komissiyanın qəbulunda olacaq.
Sozcu.az xəbər verir ki, bu haqda “Hraparak” nəşri məlumat yayıb.
“Şahramanyanın “dindirilməsi” qapalı formatda baş tutacaq, baxmayaraq ki, komissiyanın presedenti var və Nikol Paşinyan sessiyanı canlı yayımlayaraq açıq rejimdə dinlənilib. Ancaq məşhur atalar sözündə deyildiyi kimi, Zevs üçün mümkün olan, öküz üçün mümkün deyil.
Biz komissiyadan Samvel Şahramanyanın özünün qapalı formata üstünlük verib-vermədiyini soruşduq. Komissiyadan mənfi cavab verilərək bildirildi ki, format məsələsi müzakirə belə olunmayıb”- deyə davamında erməni nəşri yazır.