İlham Əliyevin yüksək vəzifə verdiyi Samir Rzayev kimdir?

Prezident İlham Əliyev Sərəncam ilə Samir Musa oğlu Rzayev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib. Sozcu.az Samir Rzayevin dosyesini təqdim edir: Samir Musa oğlu Rzayev 2022-ci ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti təyin edilib. Həmin təyinata qədər isə Samir Rzayev "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti kimi fəaliyyət göstərib. Xatırladaq ki, 2022-ci ildə "Azərbaycan Hava Yolları" QSC-nin Nizamnaməsinə dəyişiklik edilib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalamışdı. Qərara əsasən, Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin tərkibinə dəyişik edilmişdi. Dəyişikliklə İdarə Heyətinin tərkibi 7 nəfərdən- Cəmiyyətin prezidenti, 2 birinci vitse-prezidenti və 4 vitse-prezidentindən ibarət olub. O vaxta qədər isə İdarə Heyətinin tərkibi 7 nəfərdən- Cəmiyyətin prezidenti, birinci vitse-prezidenti və digər vitse-prezidentlərindən ibarət idi.

Rusların poliqonu yenə vuruldu: 60 ölü

Xerson vilayətində rus hərbçilərinin olduğu poliqon Ukrayna ordusu tərəfindən vurulub. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb. Məlumatı Ukrayna Cənub Könüllü Ordusunun spikeri Sergey Bratçuk da təsdiqləyib. Onun sözlərinə görə, zərbədən əvvəl Rusiyanın “Dnepr” ordu qruplaşmasının komandirləri yoxlama aparmaq üçün əraziyə gəliblər. Teleqram kanalları isə yazır ki, zərbə Xerson vilayətindəki Podo-Kalinovka poliqonuna endirilib. Poliqonda Krınkiyə hücuma hazırlaşan 328-ci desant-hücum alayı, 810-cu əlahiddə dəniz piyadaları qvardiya briqadası və 81-ci özüyeriyən artilleriya alayının hərbçiləri olub. Komandir heyəti ilə birlikdə 60-dan çox hərbçinin məhv edildiyi bildirilib. Qeyd edək ki, Ukrayna ordusu ötən gün Donetsk vilayətinin işğal altında olan Trudovsk kəndi yaxınlığında rusların hərbi poliqonuna zərbələr endirmişdi, nəticədə 65 hərbçi ölmüşdü.

Paşinyan separatçı-terrorçu rejimin liderlərini “asfalta döşəməyi” əmr etdi...

“Son günlər artsax vətəndaşlarının fəallığı, Ermənistan deputatları ilə artsax deputatlarının gizli iclasları, mitinqlərdəki çıxışları Ermənistan hakimiyyətini ciddi şəkildə narahat edib”.  Sozcu.az xəbər verir ki, bunu səhər saatlarında “Hraparak” yazıb. Erməni nəşri mənbələrinə istinadla bildirir ki, Paşinyan Qarabağda ləğv olunmuş separatçı-terrorçu rejimin liderlərini “asfalta döşəməyi” , şoular təşkil etməyi, onları dövlət maşınlarından və cangüdənlərindən məhrum etməyi əmr edib.  Dünən yalnız separatçı qurumun sonuncu “prezidenti” Samvel Şahramanyanın cangüdəni səs-küylə həbs edilməyib, həm də Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsi onun özünə məhkəməyə gəlmək tələbi ilə çağırış vərəqəsi göndərib. Komitənin sözçüsü bildirib ki, separatçıların dəvət olunduqları cinayət işi ilə bağlı ictimaiyyətə məlumat verə bilmirlər. Şahramanyanın vəkili deyib ki, Komitədə onun Ermənistan baş prokuroru Anna Vardapetyana ünvanlanmış ərizəsini araşdırırlar. Bu, “artsax”a verilən dövlət vəsaitlərinin mənimsənilməsi ilə bağlı informasiyaların araşdırılmasına və şübhələrin aradan qaldırılmasına aiddir.  “Əslində məqsəd artsax xalqını cilovlamaq və qorxutmaqdır ki, mübarizəyə qalxmasınlar. Mənbələrimiz bildirir ki, oktyabr ayından etibarən istintaq orqanları artsaxdan müxtəlif məmurları və fəal şəxsləri dəvət edir və “izahat” işləri aparır, artsax sakinlərinin mümkün fəallığının qarşısını almağa çalışırlar”, -deyə Ermənistan qəzeti bildirir. Xatırladaq ki, bir sıra analitik və siyasi şərhçilər Moskvadakı Putin rejiminin Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün Qarabağdan köçmüş erməni kütləsindən fəal istifadə etməyə çalışdığını bildirirlər...

Universitetdən dəm qazından zəhərlənən tələbələrlə bağlı AÇIQLAMA

Şəkidə altı tələbə dəm qazından zəhərlənib. Dəm qazından zəhərlənən şəxslərin Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının tələbələridir. Modern.az Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı ilə əlaqə saxlayıb.  Universitetdən saytımıza açıqlamada bildirilib ki, hazırda filialın əməkdaşları tələbələrlə görüşdədirlər: “6 nəfər tələbə dəm qazından zəhərlənib. Onlardan 2 nəfəri hazırda dərsdədirlər. Digər 4 nəfər tələbə isə ev şəraitində müalicə alırlar. Onların həyati təhlükələri yoxdur. Filialın əməkdaşları tələbələrlə görüş üçün onların evinə gediblər”.

Nəcməddin Sadıkov məhkəməyə ÇAĞIRILDI

“Tərtər işi” üzrə təqsirli bilinərək məhkum edilmiş general Bəkir Orucov və digər zabitlər-Ziya Kazımov, Ülvi Rəşidov, İntiqam Məmmədov və Rahib Məmmədovun şikayəti üzrə məhkəmə prosesi başlayıb. Sozcu.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən ilk iclasda müdafiə tərəfi bir sıra vəsatətlər qaldırıb. General Orucovun vəkili Elvin Rzayev və digər müdafiəçilərin ilk vəsatəti apellyasiya məhkəməsinin tam istintaqla aparılması ilə bağlı olub. Vəkillər Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov və başqa bir neçə zabitin məhkəməyə çağırılmasını istəyiblər. Müdafiə tərəfi həmin şəxslərin məhkəmədə deyəcəklərinin iş üçün əhəmiyyət kəsb etdiyini düşünür. Hakim Elmar Rəhimov məhkəmənin istintaqla aparılması haqda vəsatəti təmin etməyib. N.Sadıkov və digərlərinin əlavə şahid kimi məhkəməyə çağırılması ilə bağlı vəsatət isə hələ ki, baxılmamış saxlanılıb. Hakim deyib ki, məhkəmə baxışının gedişində həmin vəsatət yenidən müzakirə ediləcək. Proses fevralın 28-i davam edəcək. Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Bəkir Orucov 9 il 6 ay, Z.Kazımov və Ü.Rəşidov 9 il 6 ay, İ. Məmmədov və R.Məmmədov isə 6 il 6 ay azadlıqdan məhrum edilib. (Qafqazinfo)

Abşeronda DƏHŞƏT: üç qohumunu balta ilə... – Cinayət işi

Abşeron rayonunda əmisi, əmisinin arvadı və əmisi qızını balta ilə öldürməkdə, bir nəfərə isə xəsarət yetirməkdə təqsirləndirilən Sərxan Həşimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Mirzəyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Ona hüquq və vəzifələri izah olunub. Məhkəmənin baxış iclası martın 7-ə təyin edilib. Xatırladaq ki, ötən il iyulun 3-də 1974-cü il təvəllüdlü S.Həşimovun Abşeron rayonu, Digah qəsəbəsi, Q.Qarayev küçəsi ərazisində qisas niyyəti ilə əmisi Hicran Həşimov, əmisinin arvadı Zümrüd Haşımova və əmisi qızı Xəyalə Kərimovaya balta ilə çoxsaylı xəsarətlər yetirməklə onları xüsusi amansızlıqda qəsdən öldürməsi, daha sonra Mehdiabad qəsəbəsi ərazisində qəsəbə sakini Ələsgər Hüseynova həmin balta ilə çoxsaylı xəsarətlər yetirməklə xuliqanlıq niyyətilə qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlar əsasında S.Haşımova Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 29,120.2.2, 29,120.2.4 və 29,120.2.10-cu (xüsusi amansızlıqla iki və ya daha çox şəxsi öldürmə və xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla təkrarən qəsdən adam öldürməyə cəhd) maddələri ilə yekun ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, təqsirləndirilən şəxs bundan öncə 3 dəfə məhkumluq həyatı yaşayıb. 2 məhkumluğu ödənilib.3-cü məhkumluğu isə C.M -nin 177.2.4-cü maddəsi ilə olub.Saxlanılan zaman üzərində məhkumluğu olub./Report

Rusiyada qan donduran hadisə: 17 yaşlı ana uşağını pəncərədən atdı

Rusiyanın Voronej şəhərində yeni doğulmuş oğlunu pəncərədən atan 17 yaşlı qıza qarşı cinayət işi açılıb. Bu barədə Rusiya İstintaq Komitəsinin region üzrə istintaq idarəsinin mətbuat xidməti məlumat yayıb. 17 yaşlı qız diri, normal körpə dünyaya gətirib və dərhal ondan xilas olmaq qərarına gəlib. Gənc ana çox düşünmədən körpəsini dördüncü mərtəbədən yerə atıb. İki gün sonra yerli sakinlər evin həyətində dəhşətli mənzərə ilə rastlaşıblar və hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşlarını çağırıblar. O vaxta qədər həkimlər baş, döş qəfəsi və qarın nahiyəsindən ciddi xəsarət alan yeni doğulmuş oğlan uşağına artıq kömək edə bilməyiblər. Müstəntiqlər şübhəlini, eləcə də onun qohumlarını və qonşularını dindirəcək, baş verənlərin səbəblərini müəyyənləşdirəcəklər. Mənbə: gazeta.ru

"Putin üçün Nürnberq prosesi": Rusiya təcavüzü barədə dinləmələr keçirilir

"Ukraynanın Rusiya ordusu tərəfindən yandırılmış şəhər və kəndləri və kütləvi qətllər  barədə dünya məlumatlıdır..." "Rusiyanın Ukraynada 500-dən artıq hərbi cinayətlərinin sübutları toplanıb və 160-dan artıq şahid dindirilib..." ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Komissiyası (ABŞ Helsinki komissiyası) Rusiyanın Ukraynaya qarşı və Rusiya Federasiyasının ukraynalı qadınlar və uşaqlara qarşı təcavüzü barədə dinləmələr keçirir. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşşenko "Teleqram-kanal"ında məlumat verib.  Ukrayna mənbələri məlumat verib ki, açıq dinləmələr Almaniyanın nasist cinayətkarların mühakimə edildiyi Nürnberq şəhərində, 600 saylı zalda keçirilir. "Bunun rəmzi mənası var. Almaniya hakimiyyəti Rusiyanın Ukraynada 500-dən artıq hərbi cinayətlərinin sübutlarını toplayıb və 160-dan artıq şahid dindirilib", - Geraşşenko məlumat verib. Ukraynanın TCH telekanalının reportajında iddia edilir ki, iclasın keçiriıdiyi yer, "sadəcə, rəmz deyil, həm də beynəlxalq ədalət məhkəməsində dönüş məqamıdır". Çünki dinləmələr prezident Vladimir Putini hərbi cinayətlərinə görə məhkum edəcək tribunalın təşkil edilməsi çərçivəsində keçirilir. Bu ərəfədə Ukrayna prezidenti Vladimir Zelenski dinləmələrdə iştirak edənlərə videomüraciətlə çıxış edib. "Dünya Ukraynanın Rusiya ordusu tərəfindən yandırılmış şəhər və kəndlərini görüb. Dünyada hər kəs ən azı Rusiyanın işğal etdiyi ərazilərdə mütləq kütləvi qətllər barədə eşidib", - Zelenski deyib. O, xatırladıb ki, "Putin müharibəsi tərəfindən ayrı düşmüş ailələrin və ukrayna uşaqların deportasiyasından dolayı ağrı ilə barışmaq mümkün deyil". Zelenski bəyan edib ki, Ukrayna hakimiyyətinə tammiqyaslı hərbi müdaxilə başlanandan Rusiya tərəfindən Ukraynadan oğurlanan 20 min uşağın adları bəllidir.  Ukrayna liderinin sözlərinə görə, bu, sayı yüz minlərə çata biləcək gerçəkdən oğurlanan uşaqların yalnız bir hissəsidir. ABŞ Helsinki Komissiyasının "Ukraynaya qarşı hərbi cinayətlərə görə Rusiyanın məsuliyyətə cəlb edilməsi" adlı dinləmələri fevralın 3-də başlayıb. Bundan öncə Ukrayna Ali Radası güman edib ki, 40 ölkənin üzərində işlədiyi xüsusi beynəlxalq tribunal artıq bu il işə başlaya bilər. Xatırladaq ki, ötən ilin mart ayında Haaqada Beynəlxalq Cinayət Məhkəməsi Ukrayna uşaqlarının Rusiya ərazisinə qanunsuz deportasiyasına görə Vladimir Putin və uşaq hüquqları üzrə müvəkkil Mariya Lvova-Belyayevanın həbsinə order verib.

Türkiyə ABŞ-yə yeni səfir göndərdi

Türkiyə ABŞ-yə yeni səfir təyin edib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Türkiyənin BMT-dəki daimi nümayəndəsi Sedat Önal yeni səfir olacaq. Ölkənin BMT-dəki daimi nümayəndəsi vəzifəsinə isə xarici işlər nazirinin müavini Ahmet Yıldız gətirilib.

İsrail rəsmən Fələstini tanımaqdan imtina etdi

İsrail parlamenti (Knesset) Fələstin dövlətinin birtərəfli tanınmasını rədd edən qətnaməni təsdiqləyib. Sozcu.az xəbər verir ki, Knesset Nazirlər Kabinetinin Fələstin dövlətinin yaradılmasını və birtərəfli tanınmasını rədd edən qərarını təsdiqləyib. Sənədi 120 deputatdan parlamentin 99-u dəstəkləyib.

Aybəniz Haşımovanın qardaşı həbs edildi

Quba polisi xüsusi əməliyyat keçirib. Sozcu.az Unikal-a istinadən xəbər verir ki, əməliyyat zamanı rayon ərazisində dələduzluq edərək vətəndaşlardan küllü miqdarda pul alan şəxs saxlanılıb. Belə ki, Quba rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı Şaiq Həsən oğlu Həşimov tutulub. O, rayon ərazisində qaziləri, şəhid ailələrini, müalicəyə ehtiyacı olan uşaqların valideynlərini guya türkəçarə üsulu ilə sağaldacağı vədini verərək aldadıb. Şaiq Həşimov Polis Şöbəsinə daxil olan məlumat əsasında saxlanılıb. Barəsində araşdırma başlanılıb. Qeyd edək ki, Şaiq Həşimov xalq artisti Aybəniz Haşımovanın qardaşıdır.

Ukraynada danışıqlar üçün şərait yoxdur - Blinken

Vaşinqton Ukraynadakı münaqişənin həlli üçün danışıqlar şəraiti görmür. Sozcu.az “Röyters”ə istinadla xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Entoni Blinken Braziliya Prezidenti Luiz İnasio Lula da Silva ilə görüşündə Ukrayna və Qəzza müzakirəsi zamanı deyib. Qeyd edək ki, Blinken Silva ilə ölkənin paytaxtında görüşüb. Blinken G20 xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün oradan Rio-de-Janeyroya gedib.

"Şiddət və zorakılıq görən uşaqlar ailələrdən alınmalıdır"

"Son zamanlar məktəblərdə baş verən olaylarda ancaq məktəbi və müəllimi günahlandırmaqla üstündə oturduğumuz budağı kəsdiyimizin fərqində olmamışıq. Məhz bunun təzahürüdür ki, artıq valideyinlər öz üzərinə düşən məsuliyyətdən boyun qaçırmağın asan yolunu tapıblar. Heç kim bu hadisələri törədən uşaqların valideyinlərini axtarmır, ictimai qınağa çəkmirlər. Nəticədə özündən razı, heç bir məsuliyyət daşımayan valideyn kütləsi yetişir. Onlar bilirlər ki, övladları ilə bağlı istənilən halda məktəb və müəllim günahkar çıxarılacaq". Bunu Bakupost.az -a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib. O hesab edir ki, cəmiyyət olaraq valideyn məsuliyyəti ilə bağlı mövqe nümayiş etdirməliyik: "Hər bir valideyn övladına, onun təlim-tərbiyəsinə görə məsuliyyət daşıyır. Həmişəki kimi, bir neçə ay öncə çəkilmiş video sosial şəbəkədə paylaşıldıqdan sonra günahkar axtarışında olanlar yenə də məktəbi və müəllimi hədəfə almağa davam edirlər. Tərbiyəyə təsir edən 3 əsas amil var - ailə, məktəb və mühit. Son 10-15 ildə yeni, çox ciddi bir amil ortaya çıxıb ki, bu da internetdir. Bu amil digər 3 amilin cəmindən daha çox tərbiyəyə təsir edir. Çünki bu amilin gücünü artıran həm subyektiv, həm də sosioloji amillər günü-gündən artmaqdadır”. E.Qafarov bildirib ki, valideyinlər bir çox hallarda borca girib və ya kreditə övladlarına, xüsusilə qızlara "ağıllı telefon"lar alır: "Uşaq yuxarı sinifə keçdikcə bu telefonların qiyməti və markası daha bahalısı ilə əvəz olunur. Amma valideynlər övladının bu telefonlardan istifadəsinə nəzarət etməyi nədənsə ağıllarına belə gətirmirlər. Telefon artıq məktəbdə imic məsələsinə çevrilib. Baxmayaraq ki, "ağıllı telefon"larda valideyin nəzarəti bölməsi var. Amma bu funksiya valideyinlərə maraqlı deyil. Bir çox hallarda valideyinlərin gizli həyatı olur. Övladların onların telefonu vasitəsi ilə bu gizli həyatdan xəbər tuturlar. Nəticədə valideynlərin övladlarına təsir imkanı sıfıra enir”. Ekspert qeyd edib ki, 156 nömrəli məktəbdə bullinqə məruz qalan qızın heç bir reaksiya verməməsinin iki səbəbi ola bilər: "Ola bilsin ki, həmin qız evdə də şiddətə məruz qalır və şiddəti normal qəbul edəcək qədər travma alıb. Belə uşaqların sayı o qədər çoxdur ki... Nə qədər ki ailədə hüquqları pozulan uşaqlar dövlət tərəfindən ailədən alınıb xüsusi təhsil müəssələrinə verilməyəcək, bu halların sayı da artacaq. Görünən odur ki, həmin uşaqla bağlı onu təhqir edənlərdə çox güclü kompramat var və bu kompramat onu təhqir edən qızın marağında olan oğlanla bağlıdır. Hər bir halda bu, sinif rəhbərlərinin peşəkarlığının aşağı olmasının təzahürüdür. Eyni zamanda təcavüz edən qızların ailə tərbiyəsində ciddi problemlərin olduğunu görünür. Baş verən hər bir hadisəyə ciddi yanaşmalıyıq ki, gələcəkdə onların təkrarlanmasının qarşısını ala bilək”. Elşən Qafarovun sözlərinə görə, bu kimi hadisələrin baş verməməsi üçün ilk növbədə rayon icra hakimiyyətlərinin humanitar şöbələri yanında yeniyetmələrin hüquqlarının müdafiəsi üzrə komisiyanın fəliyyəti genişləndirilməli, bu komissiyaya təcrübəli şəxslər təyin olunmalıdır: "Valideyinlər tərəfindən şiddət və zorakılıq görən, o cümlədən təhsil və digər hüquqları pozulan uşaqlar ailələrdən alınıb dövlətin himayəsinə verilməlidir. Şiddət və zorakılıq göstərən valideyinlər valideyinlik hüququndan mərhum edilməlidir. Ümumi təhsil müəssəsində tərbiyə mühitinin yaradılması və ya möhkəmləndirilməsi üçün məktəblərin fərdi nizamnamələri hazırlanıb təsdiq edilməlidir. Məktəb nizamnaməsində təhsil prosesinin bütün tərəflərinin hüquqları, vəzifələri, məsuliyyəti aydın şəkildə göstərilməlidir. Qaydalara riayət edənlər üçün rəğbətləndirmə və etməyənlər üçün isə cəza sistemi müəyyən edilməlidir. “Məktəblinin dostu” layihəsini mərkəzləşdirməklə ilkin mərhələdə ölkənin 500+ şagirdi olan məktəblərinə yayılmasını təmin etmək üçün ştat vahidi müəyyən edilməlidir”.

Buraxılış kartı olmayan taksiləri bu qurumlar cərimələyəcək

Daxili İşlər Nazirliyi və ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə yeni səlahiyyətlər verilib. Sozcu.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda edilən dəyişiklikdə əksini tapıb. Beləliklə, aşağıda nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Daxili İşlər Nazirliyi və ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi baxacaq; - Buraxılış kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşınması (əlli manat məbləğində cərimə edilir) - Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi (səksən manat məbləğində cərimə edilir) - Buraxılış kartı olmadan yük və qeyri-müntəzəm sərnişin daşınması (əlli manat məbləğində cərimə edilir); - Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi (yüz manat məbləğində cərimə edilir) - Xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində ölkədaxili sərnişin və yük daşımalarının yerinə yetirilməsi (Xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində ölkədaxili sərnişin və yük daşımalarının yerinə yetirilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir. Nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə min manat məbləğində cərimə edilir).

Nazim Bəydəmirlinin səhhəti PİSLƏŞDİ

Həbsdə olan iş adamı, keçmiş deputat Nazim Bəydəmirlinin səhhətində problemlər yarandığı bildirilir. Sozcu.az xəbər verir ki, bu barədə N.Bəydəmirlinin həyat yoldaşı Fəridə Bəydəmirli bildirib. Onun sözlərinə görə, bu gün, fevralın 21-də N.Bəydəmirli ilə telefonla danışıb:  "Dedi ki, özümü çox pis hiss edirəm, səhhətimdə problemlər yaranıb". F.Bəydəmirli qeyd edib ki, fevralın 19-da həyat yoldaşını Penitensiar Xidmətin tibb məntəqəsinə gətiriblər: "Özü bunun üçün müraciət etmədiyini dedi. Nazimi rentgen ediblər, qan təzyiqini ölçüblər. Qan təzyiqi çox yüksək olub, halbuki heç vaxt onun qan təzyiqi olmayıb. Bir də laboratoriya analizini məsləhət görüblər, Nazim razı olmayıb". İş adamının həyat yoldaşı vurğulayıb ki, o öz inandığı həkimlərin saxlandığı təcridxanaya gəlməsini istəyir: "Bunun üçün rəsmi müraciət edəcəyik". N.Bəydəmirli ötən il iyulun 4-də Cinayət Məcəlləsinin 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunaraq saxlanıb. Ötən il sentyabrın 1-də N.Bəydəmirliyə qarşı CM-in 182.2.2-ci (təhdid yolu ilə tələb etmə, dəfələrlə törədildikdə) maddəsi ilə daha bir ittiham irəli sürülüb. O, hər iki ittihamı qəbul etmir və özünü ekologiya məhbusu sayır N.Bəydəmirlinin həbs müddəti bir neçə dəfə artırılıb.

Anası tərəfindən xəsarət yetirilən azyaşlı ilə bağlı araşdırma aparıldı

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) nümayəndələri tərəfindən Ağstafada azyaşlının anası tərəfindən xəsarət yetirilməsi ilə bağlı mediada yayımlanmış məlumatla əlaqədar yerində araşdırma aparılıb. Ombudsman Aparatından Sozcu.az-a verilən xəbərə görə, Ombudsmanın Qərb Regional Mərkəzinin əməkdaşları Ağstafa Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın üzvləri ilə birlikdə Ağstafa Rayon Mərkəzi Xəstəxanasında uşaqla görüşərək, onun müalicəsi və səhhəti ilə maraqlanıb, hazırkı vəziyyətinin qənaətbəxş olduğu məlum olub. Bununla yanaşı, uşağın anası və babası ilə də fərdi qaydada görüş keçirilib. Regional Mərkəzin əməkdaşları, eyni zamanda, uşağın məktəbdən kənarlaşdırılması məsələsinin araşdırılması məqsədilə Ağstafa Rayon Polis Şöbəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin regional filialının və Ağstafa şəhər Ə.Hüseynov adına 1 saylı tam orta məktəbin nümayəndələri ilə də görüş keçirib. Görüşlər zamanı azyaşlının hüquqlarının, o cümlədən təhsil hüququnun bərpası ilə bağlı müvafiq tövsiyələr verilib. Məsələnin nəzarətdə saxlanılması üçün səlahiyyətli orqanlara müraciətlər ünvanlanıb. Hazırda məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalar davam etdirilir.

Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb. Sozcu.az xəbər verir ki, sərəncamda deyilir: Sərəncama əsasən, 2006-cı ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1989-2005-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar. Bundan başqa, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları aprelin 1-dən 30-dək ehtiyata buraxılacaqlar.

“İrəvan Bakıdan sülh müqaviləsi ilə bağlı növbəti təkliflər paketi alıb”

“İrəvan Bakıdan sülh müqaviləsi layihəsi ilə bağlı daha bir təkliflər paketi alıb”. Sozcu.az Ermənistan KİV-ə istinadla xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərlə söhbətində bildirib. Armen Qriqoryan həmçinin bildirib ki, Nikol Paşinyan və İlham Əliyev arasında Münxendə keçirilən görüşdə Ermənistan və Azərbaycan xarici işlər nazirləri və baş nazir müavinlərinin görüşü barədə razılıq əldə olunub. “Hazırda tarixlər müzakirə olunur, lakin tarixlər, yer və format barədə dəqiq məlumat yoxdur”, - Qriqoryan əlavə edib. “Biz işi davam etdiririk, düşünürəm ki, xarici işlər nazirlərinin görüşündə sülh müqaviləsi müzakirə olunacaq”, - Təhlükəsizlik Şurasının katibi bildirib. Ölkə liderləri səviyyəsində görüşün mümkünlüyünə gəlincə, Qriqoryan qeyd edib ki, müzakirələr gedir, lakin yekun qərar yoxdur.

Ermənistan DİN Kamil Zeynallı ilə bağlı açıqlama yaydı - Təcili

Moskvada saxlanılan azərbaycanlı Ermənistan hüquq-mühafizə orqanları tərəfindən qətldə ittiham olunur. Sozcu.az xəbər verir ki, bunu Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sərkisyan deyib.​ “Sözügedən şəxs barəsində qətl törətmək ittihamı ilə dövlətlərarası axtarışa başlanılıb”, -məlumatda deyilir. Qeyd edək ki, fitnes məşqçisi Kamil Zeynallı Ermənistanın tələbi ilə Moskvada saxlanılıb.

Göbələk yeyən ana və iki övladı zəhərləndi

Şirvan şəhərində bir ailənin 3 üzvü göbələkdən zəhərlənib. Sozcu.az xəbər verir ki, şəhərin Məhəmməd Əsədov küçəsində yaşayan 44 yaşlı Samirə Nəzərova, onun 15 yaşlı qızı və 23 yaşlı oğlu dünən səhər saatlarında yaşadıqları ünvanda göbələkdən hazırlanmış yeməkdən zəhərləniblər. Onlar zəhərlənmə diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının təcili tibbi yardım xidmətinə müraciət ediblər. Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.

Arvadının qohumunu armaturla döyən şəxsə HÖKM OXUNDU

Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən Elgün Malıyevin (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Hakim Esmira Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, üç il müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. İttihama görə, hadisə 12 avqust 2023-cü il tarixdə, saat 22 radələrində İmişli rayonu, Yalavac kəndində qeydə alınıb. Belə ki, Elgün Malıyev yaşadığı evin küçə qapısı qarşısında həmyerlisinin idarə etdiyi “Nissan Sunny” markalı avtomobili saxlayıb, qohumu, zərərçəkmiş Elman Səfərovla (soyadı şərti) söhbət etdiklərini görüb. Bu zaman o, həmin şəxslərə yaxınlaşaraq, avtomobilə minib sürüb çıxıb getmələrini tələb edib. Sonra onun zərərçəkmiş şəxslə arasında mübahisə yaranıb. Nəticədə Elgün əsəbiləşərək həyətinə keçib, küçə darvazasının arxasında yerə sancılmış armatur parçasını əlinə götürüb. O, yenidən  küçəyə çıxaraq Elmanın qarın nahiyəsinə armatur parçası ilə bir dəfə qəsdən vuraraq, ona xəsarət yetirib. Hadisədən sonra Elgün Malıyev cinayət məsuliyyətinə cəlb edilib. Qeyd edək ki, zərərçəkmiş Elman Səfərov təqsirləndirilən Elgün Malıyevin qayınatasının əmisi nəvəsidir.(Pravda.az)

Rusiyanın daha bir qırıcısı məhv edildi

Ukrayna ordusu Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Su-34 qırıcısını məhv edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Hava Qüvvələrinin komandanı Nikolay Oleşuk məlumat verib. Qeyd edək ki, Rusiya 1 həftə ərzində Ukraynada 7 təyyarə itirib.

Erməni mətbuatından şok: Kamil bu "qətlə" görə tutulub

Xəbər verdiyimiz kimi, tanınmış fitnes məşqçisi Kamil Zeynallı dünən gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb. Onun iddiasına görə, saxlanılmasına səbəb kimi Ermənistan tərəfindən axtarışa verilməsi göstərilib. Sozcu.az Publika.az-a istinadən xəbər verir ki, Ermənistan mətbuatı Kamil Zeynallının saxlanılmasından yazıb. Ermənistan mətbuatı iddia edir ki, Kamil Zeynallı 44 günlük müharibə zamanı döyüşlərdə iştirak edib və Qarabağda erməni qocanın boğazını kəsib. “Üstəlik, o, videoda sevincək şəkildə gülürdü. Daha sonra həmin görüntülər Teleqram kanallarında yayıldı”, - xəbərdə iddia olunur. Erməni nəşri Kamil Zeynallını ittiham etdikləri həmin görüntüləri də yayıb. Qeyd olunur ki, Rusiya onu cinayət məsuliyyətinə cəlb etmək üçün Ermənistana ekstradisiyasını müzakirə edir.

İrəvandan Kamil Zeynallı ilə bağlı rəsmi açıqlama

Ermənistan Baş Prokurorluğunda Kamil Zeynallının həbsi ilə bağlı məlumat yoxdur. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğudan “Sputnik Ermənistan”a açıqlamada bildirilib. Qeyd edək ki, tanınmış idmançı Kamil Zeynallı Rusiyada saxlanılıb. İdmançının iddiasına görə, Rusiyada saxlanılmasının səbəbi Ermənistan tərəfindən axtarışa verilməsidir.