Azərbaycanda 17 yaşlı oğlan qızdırmadan öldü

Azərbaycanda yeniyetmə qızdırmadan ölüb.  Hadisə Şirvan şəhərində qeydə alınb.  2007-ci il təvəllüdlü Mirramil Nəzərli Şirvan şəhər Mərkəzi Xəstəxanasına daxil olub və yüksək hərarətdən orada ölüb.  vakansiya Yeniyetmənin ölüm səbəbini müəyyənləşdirməkdən ötrü müvafiq ekspertiza təyin edilib.  Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır. (lent.az) 

Valideynlər uşaqlarının əcəlini belə gətirir - TƏHLÜKƏ VAR!

Son vaxtlar sürücülük vəsiqəsi olmayan və azyaşlı “sürücülərin” iştirakı ilə baş verən qəzaların sayı xeyli artıb. Bir çox hallarda valideynlərinin icazəsi olmadan, hətta bəzən valideynlərin razılığı ilə avtomobil idarə edən uşaqlar və yeniyetmələr praktiki sürücülük vərdişlərinin yetərincə olmaması səbəbindən qəza törədirlər.  Ölkəmizdə maşın sürməyin, avtomobil sahibi olmağın xüsusi dəyər daşıması çoxlarına məlumdur. Lakin belə hallar təkcə qanunsuz formada nəqliyyat vasitəsi idarə edən şəxslərin deyil, eyni zamanda bir çox insanın da həyatı üçün ciddi təhlükə yaradır. Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, onsuz da qanunsuz olan bu kimi halların iri şəhərlərdə baş verməsi ciddi təhlükələrə səbəb olur:  vakansiya “Sürücülük vəsiqəsi olmayan şəxslərin, xüsusən azyaşlıların nəqliyyat vasitələrini idarə etməsi qəti qadağandır. Ələlxüsus da iri şəhərlərdə bu birmənalı şəkildə yolverilməzdir. Ayağı pedallara çatmayan, sükan mexanizminə uyğun olmayan uşaqlar maşın idarə edən zaman, hər saniyə qəza riski yarada bilər. Yaxşı olar ki, valideynlər uşaqlarda avtomobil sürməyi və praktiki vərdişləri artırmaq üçün şəhərdənkənar bir məkan seçsinlər.  Ekspertin fikrincə, azyaşlılar sürücülük vərdişlərini insanların olmadığı, daha açıq ərazilərdə icra etməlidir:  “Təbii ki, azyaşlı olsa belə, onu avtomobil idarə etməkdən tamamilə təcrid etmək olmaz. Amma öyrənmək üçün uyğun məkanlar seçilməlidir. Belə təcrübələrin yeri şəhər mərkəzi deyil. Bu cür yanlış addımların nəticəsi bədbəxt hadisələrlə müşayiət olunan qəzalar olur. Sürücülük vəsiqəsinin əldə edilməsi üçün standart yaş nəzərdə tutulub. Hər kəs vaxtı çatanda bu vəsiqəni ala və nəqliyyat vasitəsini idarə edə bilər”. 

Prezident onlara yüksək vəzifə verdi - Sərəncam

Azərbaycan Prezidenti İlham Əliyev apellyasiya instansiyası məhkəmələri sədrlərinin müavinlərinin, məhkəmə kollegiyaları sədrlərinin, birinci instansiya məhkəmələri hakimlərinin və sədrlərinin təyin edilməsi ilə bağlı sərəncam imzalayıb. Sozcu.az sərəncamın mətnini təqdim edir: 1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, apellyasiya instansiyası məhkəmələri üzrə: 1.1. Rafiq Musa oğlu Cəfərov Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri vəzifəsindən azad edilərək həmin məhkəmənin sədrinin müavini təyin edilsin; 1.2. Zaur İkram oğlu Məmmədov Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədri vəzifəsindən azad edilərək həmin məhkəmənin sədrinin müavini təyin edilsin; 1.3. İlqar Məhərrəm oğlu Mirzəyev Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri təyin edilsin; 1.4. Günay İsmayıl qızı Cavadova Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri təyin edilsin; 1.5. Samir Firdusi oğlu Həsənov Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri təyin edilsin; rayon (şəhər) məhkəmələri üzrə: 1.6. Bəxtiyar Şahfirudin oğlu Məmmədov Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Astara Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin; 1.7. Zamiq Akif oğlu Rəsulov Ağstafa Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Gədəbəy Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin; 1.8. İlqar Yadulla oğlu Əliyev Xocavənd Rayon Məhkəməsinin sədri təyin edilsin; 1.9. Mirheydər Seyidəmir oğlu Zeynalov Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Qax Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin; 1.10. Samir İlham oğlu Mayılov Qobustan Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin; 1.11. Rövşən Elbrus oğlu Xəlilov Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Lerik Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin; 1.12. Azər İbrahim oğlu İsmayılov Sabirabad Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin. 2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İranda 48 nəfər saxta spirtdən ölüb - Yüzlərlə zəhərlənən var

İranda 48 nəfər tərkibində metil spirti olan saxta spirtdən zəhərlənərək ölüb. Sozcu.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə İranın Mazanderan, Gilyan, Həmədan və Zəncan əyalətlərində baş verib. Yüzlərlə insan ağır zəhərlənmə ilə xəstəxanalara yerləşdirilib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, Mazanderanda 21, Gilyanda 15, Həmədanda 11 və Zəncanda 1 nəfər ölüb. Zərərçəkənlərdən bəziləri görmə qabiliyyətini itirib. Yerli hakimiyyət orqanları saxta spirt istehsalı və satışı ilə məşğul olan bir neçə nəfəri saxlayıb. Görülən tədbirlərə baxmayaraq, faciənin miqyası çox böyük olub.

Bakıda 37 yaşlı kişi qətlə yetirildi

Oktyabrın 13-ü gecə saatlarında paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində 1987-ci il təvəllüdlü Səid Əhmədova kəsici alətlə xəsarətlər yetirilməsi və aldığı xəsarətlərdən yerləşdirildiyi tibb müəssisəsində ölməsi barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətindən Sozcu.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Məhəmmədəli Əmirxanov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

İsmayıllıda ağır qəza: ölən var

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Sozcu.az xəbər verir ki, İlqar Axundovun idarə etdiyi VAZ-2107 markalı avtomobil Anar Həsənovun idarə etdiyi "KİA Ceed" markalı avtomobillə toqquşub. Nəticədə hər iki sürücü xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, İ.Axundov xəstəxanada ölüb. Faktla bağlı cinayət işi başlanıb.

65 yaşlı kişi ağacdan yıxılaraq öldü

Gədəbəy sakini bədbəxt hadisə nəticəsində ölüb. Sozcu.az xəbər verir ki, hadisə rayonun Soyuqbulaq kəndində qeydə alınıb. Kənd sakini olan 65 yaşlı Dilqəm Zeynalov yaşadığı evin həyatində ağacdan yıxılıb. Ağır xəsarət alan kənd sakini xəstəxanaya aparılsa da, dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Rusiyanın itkiləri 670 mini ötdü

Ukrayna müharibənin 964-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 670 190 hərbçi, 8 975 ədəd tank, 17 895 ədəd zirehli döyüş maşını, 19 421 ədəd artilleriya sistemi, 1 231 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 978 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 329 ədəd helikopter, 26 622 ədəd avtomobil texnikası, 17 009 ədəd PUA, 2 619 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 437 xüsusi avadanlıq itirib.

Trampa 3-cü “sui-qəsd” cəhdi: saxlanılan azad edildi

Donald Trampın Kaliforniyada çıxış etdiyi məkanın yaxınlığında üzərində ov tüfəngi və tapança ilə saxlanılan Las-Veqas sakini Vem Miller 5 min dollar girov müqabilində sərbəst buraxılıb. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb. O, Donald Trampa sui-qəsd cəhdi ittihamını rədd edib. Qeyd edək ki, ötən gün saxlanılan Vem Miller Trampa su-qəsd cəhdində şübhəli bilinirdi.

Azərbaycanda leysan - FAKTİKİ HAVA

Sabah, oktyabrın 13-ü saat 09:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, oktyabrın 13-ü saat 09:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində hava şəraiti qeyrı-sabit keçib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb. Əsasən şərq rayonlarında güclü olub. Düşən yağıntının miqdarı Sabirabadda 57 mm, Lənkəranda 47 mm, Cəfərxanda 23 mm, Astara, Neftçalada 5 mm, Qrız, Yardımlı, İsmayıllı, Şahdağ, Mingəçevir, Altıağac, Xaçmaz, Xaltan, Oğuz, Qəbələ, Şəki, Naxçıvan, Daşkəsən, Gədəbəy, Gəncə, Balakən, Zaqatala, Qax (Sarıbaş), Şamaxı, Quba, Qusar, Şabran, Goranboy, Yevlax, Göyçay, Zərdab, İmişli, Şirvan, Bərdə, Biləsuvar, Xınalıq, Lerikdə 3 mm-dək, Bakıda və Abşeron yarımadasında: Neft Daşlarında 9 mm, Pirallahıda 2 mm, Çilov adası, Maştağa, Binədə 1 mm-dək olub. Şəmkir, Naftalan, Göygöl, Balakən, Daşkəsən, Lerik, Qrız, Tərtər, Göycay, Şəki, Qax, Qobustan, Quba, Qusar, Qəbələ, Xınalıq, Xaltanda duman müşahidə olunub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 21, Naxçıvan MR-da 29, Aran rayonlarında 26, dağlıq rayonlarda 18 dərəcəyədək isti qeydə alınıb.

Rusiyanın Su-34 qırıcısı F-16 ilə vuruldu

Oktyabrın 12-də Rusiyanın itirdiyi Su-34 qırıcısı F-16 ilə vurulmuş ola bilər. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb. Qeyd olunub ki, rusiyalı məşhur hərbi müxbirlərdən biri qırıcının Ukraynanın fəaliyyəti ilə bağlı olmadığını, texniki çatışmazlıq və ya pilot səhvindən qəzaya uğradığını yazıb: “Lakin Hava Desant Qüvvələrinin zabitləri və Rusiyanın “Dnepr” qruplaşmasının üzvlərinin işlətdiyi Teleqram kanalı təsdiq edir ki, Su-34 F-16 qırıcısı ilə vurulub. Kanal bildirib ki, Su-34 cəbhənin 50 kilometrliyində FAB bombası atarkən vurulub”.

Rusiyanın ŞOK itkiləri

Ukrayna müharibənin 963-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 668 930 hərbçi, 8 971 ədəd tank, 17 876 ədəd zirehli döyüş maşını, 19 410 ədəd artilleriya sistemi, 1 231 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 978 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 329 ədəd helikopter, 26 584 ədəd avtomobil texnikası, 16 992 ədəd PUA, 2 619 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 435 xüsusi avadanlıq itirib.

Moskva və Piterdə səfərbərlik başlasa... - General

Rusiyanın böyük şəhərlərində səfərbərlik Putin rejimi üçün problemlər yarada bilər. Sozcu.az xəbər verir ki, bunu ABŞ ordusunun Avropadakı keçmiş komandanı, general Ben Hoces deyib. Onun sözlərinə görə, gec-tez Rusiya Moskva və Sankt-Peterburqdan gəncləri orduya cəlb etməyə başlamalı olacaq: "Ruslar yeni ehtiyatlar formalaşdırmaqla hücum tempini saxlamağa çalışırlar". Hoces hesab edir ki, Ukrayna Rusiya artilleriyasını, qərargahını və logistikasını məhv edə bilsə, rusların əsas taktikası öz mənasını tamamilə itirəcək: "Axı ordunun effektivliyini təmin edən logistika, artilleriya, aviabazalar və təyyarələrdir. Ona görə də Ukrayna bu əsas elementləri zəiflətməyi və ya məhv etməyi bacararsa, Rusiya mütləq öz taktikasını dəyişməli olacaq".

Putinlə Kadırovun münasibəti pisləşdi - Rusiyada panika

Çeçenistan rəhbəri Ramzan Kadırov üç rusiyalı siyasətçini öz həyatına qəsddə ittiham edib, onlara qarşı “qan davası” elan edib. Sozcu.az xəbər verir ki, bunu tanınmış publisist və rusiyalı müxalifətçi Rostislav Murzaqulov deyib. O, Kreml rəhbəri ilə Kadırov arasında münasibətlərin pisləşməkdə davam etdiyini vurğulayıb. Bundan başqa, Murzaqulov əlavə edib ki, əgər əvvəllər Çeçenistan rəhbəri Rusiya Federasiyasında ikinci ən nüfuzlu şəxs hesab olunurdusa, indi o, “birinci vəzifəyə” qoyulur. "İndi Rusiyada panika var. “Kvadrat gözlü” insanlar Kreml dəhlizlərində gəzirlər, çünki bunun sonun başlanğıcı olduğunu başa düşürlər. Bu vəziyyətdən çıxış yolu yoxdur", - o qeyd edib. Bildirilib ki, iki rus “hökmdarı” arasında vəziyyət “Wildberries” şirkəti ilə bağlı vəziyyətdən sonra pisləşib, buna görə Kadırov milyarder, Dağıstandan olan senator Süleyman Kərimova qarşı “qan davası” elan edib. Murzaqulov əlavə edib ki, Putin Kadırova bu şirkətə nəzarəti “vəd etməyə” cəhd edə bilər, lakin digər Kreml rəsmilərinin bu, xoşuna gəlməyəcək.

Rusiyanın Su-34 qırıcısı vuruldu

Rusiya ordusunun Su-34 qırıcısı məhv edilib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb. Təyyarənin harada vurulması ilə bağlı məlumat verilməyib. Ukraynalı deputat Yuri Mısyaqin bildirib ki, Su-34-ün heyəti də ölüb.

İranda təyyarələrə bu əşyaları gətirmək qadağan edildi

Mobil telefonlar istisna olmaqla, təyyarəyə hər hansı elektron rabitə vasitələrinin gətirilməsi qadağan edilib. Sozcu.az xəbər verir ki, bunu İranın Mülki Aviasiya Təşkilatının rəsmisi Cəfər Yazərlu deyib. “Mobil telefonlar istisna olmaqla, təyyarənin göyərtəsində hər hansı elektron rabitə vasitələrini həm əl yükündə, həm də qeydiyyatdan keçmiş baqajda aparmaq qadağandır”, - Yazərlu bildirib.

Mingəçevirdə kişi döyülərək öldürüldü - Oğlu saxlanıldı

Mingəçevirdə kişi öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə Mingəçevir şəhər prokurorluğundan məlumat verilib. Bildirilib ki, oktyabrın 12-də saat 13 radələrində Mingəçevir şəhəri, Sahil küçəsi ünvanında 1960-cı il təvəllüdlü Heydər Nəbiyevin üzərində xəsarətlər olan meyitinin aşkar edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. vakansiya 2023 Araşdırma zamanı 1992-ci il təvəllüdlü Vüsal Nəbiyevin oktyabrın 11-də axşam saatlarında atası Heydər Nəbiyevi döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Vüsal Nəbiyev iş üzrə şübhəli şəxs qismində tutulub.

Səhv qan köçürülməsi gənc ananı komaya saldı - İDDİA

Ağcabədi rayonunun Rəncbərlər kəndində yaşayan 20 yaşlı Təhminə Quliyeva ilk övladını dünyaya gətirərkən həkim səhvi nəticəsində komaya düşüb. Belə bir iddia ilə Oxu.Az-a onun həyat yoldaşı Elməddin Quliyev müraciət edib. O bildirib ki, oktyabrın 9-da dünyaya gələn qız övladı əməliyyat yolu ilə doğulduğundan qan köçürülməsinə ehtiyac yaranıb. Lakin həkimlər qan qrupunu səhv müəyyənləşdirərək gənc qadına "+2" əvəzinə "+3" qan qrupu köçürüblər. socar vakansiya "Yoldaşımın 20 yaşı var. Ayın 9-da birinci övladımız dünyaya gəlib - qızımız olub. Uşağı əməliyyatla götürüblər deyə qan lazım olub. Qanı isə düz köçürməyiblər. Həkim deyib ki, qanında zəhərlənmə olub. Bakıdan həkim çağırılıb. Dörd gündür ki, komadadır. Bakıya aparmaq istədilər, amma vəziyyətinə görə mümkün olmadı", - deyə şikayətçi bildirib. Müraciətlə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladıq. Qurumun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, 8 oktyabr 2024-cü il tarixdə, saat 13:30-da 2004-cü il təvəllüdlü şəxs (qadın cinsli) Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından Bərdə Rayon Mərkəzi Xəstəxanasının Doğum evinə hospitalizasiya olunub. "Pasiyentə 40 həftə 4 günlük hamiləlik, döl başının yüksək duruşu, anemiya diaqnozu təyin edilib və qeysəriyyə kəsiyi əməliyyatı icra olunub. Əməliyyatdan sonra xəstəyə hemotransfuziya olunub. Xəstədə allergik reaksiya müşahidə olunduğu üçün Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda müalicəsi reanimasiyada davam etdirilir. Hemodinamik göstəriciləri stabildir. Pasiyentin yaxınlarının iddiası TƏBİB-in aidiyyəti komissiyası tərəfindən ətraflı araşdırılacaq", - deyə məlumatda bildirilir.

Hacıqabulda yağıntılar nəticəsində 200-ə yaxın evi su basdı

Hacıqabul rayonuna aramsız yağan yağışlar fəsadlara səbəb olub. Sozcu.az APA-ya istinadən xəbər verir ki, nəticədə 200-ə yaxın evi su basıb. Rayon ərazisindən keçən dəmir yolu xəttinə zərər dəyib. Hazırda qatarların hərəkətində fasilə yaranıb. 

Ukrayna Luqanskdakı neft anbarlarını vurdu

Ukrayna PUA-ları Luqansk vilayətinin Rovenki şəhərində (Rusiyanın işğalındadır – red.) neft anbarına hücum edib, nəticədə yanğın baş verib. Sozcu.az xəbər verir ki, Rusiya mediası məlumat yayıb. “Bu gecə 10 pilotsuz təyyarə Rovenkidəki neft anbarına hücum etdi, onlardan 8-i hava hücumundan müdafiə qüvvələri tərəfindən vuruldu, yalnız ikisi hədəfə çatdı. Təxminən səhər saat 7.00-da (Moskva vaxtı ilə) yanğın söndürülüb”, - məlumatda deyilir.

Ermənistanda istefaların səbəbləri: Nikol onları “təmizləyir”

Ermənistanda son ardıcıl istefaların səbəbləri məlum olub. Sozcu.az xəbər verir ki, erməni mediası son proseslərin istefa deyil, “təmizləmə” olduğu haqda məlumat yayıb. Bildirilib ki, Ermənistan Baş naziri Nikol Paşinyan hökumətdəki rusyönlüləri təmizləmək qərarı verib. Nikol Paşinyan iki gün öncə “Elektrik enerjisinin keyfiyyəti ilə bağlı problemlər və onların həlli imkanları” mövzusunda müzakirə keçirib və bu sahədə çatışmazlıqları gündəmə gətirib. Əsas hədəf Rusiyadan çox asılı olan bu sistemi mümkün qədər “milliləşdirmək”dir. Bu müzakirələrdən sonra Dövlət Xidmətlərinin Tənzimləmə Komissiyasının sədri Qaregin Baqramyan, ərazi idarəetmə nazirinin müavini Akop Vardanyan və iqtisadiyyat nazirinin müavini Narek Teryan işdən çıxarılıb. Sonuncu nazir müavini təyin olunana qədər Rusiyada müxtəlif vəzifələr tutub. Ermənistanda işlədiyi müddətdə isə qatı ruspərəst mövqe sərgiləyib.

Abşeronda kişi kimyəvi məhluldan zəhərlənib öldü

Abşeronda kişi kimyəvi məhluldan zəhərlənib. Sozcu.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Ceyranbatan qəsəbəsində baş verib. 47 yaşlı Xəzər Ələsgər oğlu Nəsibov yaşadığı evdə zəhərlənərək xəstəxanaya aparılıb. Lakin xəstəxanada görülən tədbirlərə baxmayaraq, orada ölüb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Conson Zelenskini Çörçilə bənzətdi

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Ukrayna prezidenti Vladimir Zelenskini Böyük Britaniyanın keçmiş lideri Uinston Çörçillə müqayisə edib. Sozcu.az xəbər verir ki, Consonun müsahibəsindən bir parça Pool N3 Telegram kanalında dərc olunub. “Hamıya məlumdur ki, İkinci Dünya Müharibəsi zamanı Çörçilə özünü aslan kimi apardığı deyiləndə, cavab vermişdi ki, aslan o deyil, ingilis xalqıdır. Amma mənim də şir kimi nərildəmək imtiyazım var. Eyni sözləri Vladimir Zelenski haqqında da demək olar. O, ukraynalıların nələr hiss etdiklərini çox dəqiq nümayiş etdirdi".

Sürücülərin nəzərinə: Bu yolda hərəkət məhdudlaşdırıldı

Nəsimi rayonu, Alı Mustafayev keçəsi, “20 Yanvar”, Nərimanov rayonu, Heydər Əliyev prospekti, “Koroğlu” metro stansiyaları istiqamətində yolda qısamüddətli təmir işləri aparılır.  Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.  Bildirilib ki, bu məqsədlə zolaqlardan biri qismən məhdudlaşdırılıb. Sürücülərə hərəkət zamanı diqqətli olmaları tövsiyə olunur.