Fransa Prezidenti Emmanuel Makron, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.
Sozcu.az xarici KİV-ə istinadən xəbər verir ki, görüş Fransanın məşhur "Yelisey" sarayında baş tutacaq.
Ukrayna Prezidenti Volodimir Zelenski və Donald Trampın ikitərəfli görüş keçirib-keçirməyəcəyi isə hələlik mətbuata açıqlanmayıb.