Bakıda və Abşeron yarımadasında dekabrın 7-si saat 10:00-a olan məlumata əsasən, arabir yağış yağıb.
Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd edilib ki, düşən yağıntının miqdarı 3 mm-dək olub.
"Hazırda Bakıda və Abşeron yarımadasında yağıntıda fasilə yaranıb. Lakin bu gün, dekabrın 7-si axşam saatlarından 9-u axşamadək yenidən Bakıda və Abşeron yarımadasının bəzi yerlərində fasilələrlə yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı gözlənilir. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçib", - deyə məlumatda bildirilib.