Suriya hökuməti müxalifət liderləri ilə danışıqlar aparır.
Sozcu.az xəbər verir ki, bu barədə Suriya Baş naziri Məhəmməd Qazi əl-Cəlali məlumat verib.
Cəlali Bəşər Əsədin isə harada olduğunu bilmədiyini, onunla ötən gün axşam saatlarında əlaqə saxladığını bildirib.
Qeyd edək ki, İran tərəfi Bəşər Əsədin Dəməşqdə olduğunu iddia etsə də, “Voll Strit Jurnal” diplomatik mənbələrinə istinadla onun paytaxtda olmadığını bildirib.