Rus strateqlər NATO-nun raket zərbələri qarşısında Rusiyanın aciz qalacağını etiraf etdi...

Rusiyadan olan analitiklər və siyasi ekspertlər NATO-nun Rusiya Federasiyasına mümkün təcavüzü ssenarisini nəzərdən keçirdikdən sonra  etiraf ediblər ki, Rusiya NATO-nun kütləvi raket zərbələri baş verəcəyi təqdirdə onları dəf etməyə hazır deyil. Sozcu.az xəbər verir ki, bu barədə Amerikanın “Business Insider” nəşri məlumat yayıb. Bundan əvvəl Rusiya KİV-ində “ehtimal olunan düşmənin” Rusiyanın mühüm obyektlərinə güclü raket zərbələri endirməsinin hipotetik ssenarisini araşdıran araşdırmalar meydana çıxıb. Sadə dillə desək, NATO qoşunları Rusiya terrorçularının Ukraynaya hücumunda istifadə etdikləri taktikadan istifadə edirlər. Və rusiyalı “ekspertlər” belə bir ssenarinin Rusiya üçün fəlakətlə nəticələnəcəyi ilə razılaşırlar. Araşdırmada qeyd edilir ki, NATO-nun tətbiq etdiyi kütləvi zərbələr strategiyası Rusiyanı cavab olaraq nüvə silahından istifadə etməyə məcbur edə bilər. Məqalənin sonunda müəlliflər Rusiya Aerokosmik Qüvvələrinin missiyalarını və avadanlıqlarını genişləndirməyi tövsiyə edirlər. Xüsusilə, rusiyalı mütəxəssislər daha təkmil pilotsuz uçuş aparatlarının və digər silah növlərinin (ehtimal ki, süni intellektdən istifadə etməklə) hazırlanmasını tələb edirlər. Rusiyalı analitiklərin məqaləsini şərh edən "Business Insider" onun peyda olmasını NATO ölkələrinin “Şimal reaksiyası 2024” adlı irimiqyaslı hərbi təlimlərə başlaması ilə əlaqələndirir. Norveç, İsveç və Finlandiyada keçirilən 11 günlük təlimdə 20 mindən çox hərbçi, 50 gəmi və 100 təyyarə iştirak edir. Bu hərbi manevrlər daha böyük “Steadfast Defender 24” təliminin bir hissəsi kimi keçirilir.

Qadını iynə ilə yuxuya verib qızıllarını oğurladı - Azərbaycanda tibb bacısından ŞOK HƏRƏKƏT

Bir müddət əvvəl Bakıdakı özəl klinikalardan birində liposaksiya (artıq piy toxumasının çıxarılması) əməliyyatı etdirmiş qadının pulları və qızılları evinə çağırdığı tibb bacısı tərəfindən oğurlanıb. Publika.az-ın əldə etdiyi məlumata görə, hadisə Abşeron rayonu Novxanı kəndindəki bağ evində baş verib. Belə ki, Çinarə Sultanova (soyadlar şərtidir) əməliyyatdan sonra gündəlik iynə vurdurmalı olduğu üçün əvvəldən tanıdığı Səidə adlı tibb bacısını evinə çağırıb. Tibb bacısı müəyyən məbləğ qarşılığında xidmət göstərməyə razılaşıb. Sonrakı gün Səidə Məmmədova müştərinin evinə gedib və orada Çinarənin tək olmasından istifadə edərək “Lidaza” və “Lidokain” adlı preparatları qarışdıraraq ona dozadan artıq miqdarda iynə vurub. Özünü pis hiss edən Çinarə Sultanova huşunu itirdikdən sonra Səidə evdə olan 3 500 dolları və 8 000 manata yaxın dəyəri olan qızıl-zinət əşyalarını götürərək qaçıb. O, evdən çıxarkən Çinarənin “Porsche” markalı avtomobilində olan bahalı əşyanı da götürüb. Hadisədən bir neçə saat sonra ev sahibi özünə gəlib, dərhal oğluna və qohumlarına məlumat verib. Onlar evdən pul və qızılların oğurlandığını görərək Səidəni axtarmağa başlayıblar. Səidə törətdiyi əməli qismən etiraf edərək, bunu borclarına görə etdiyini deyib. Bundan sonra Abşeron Rayon Polis İdarəsində Səidə Məmmədova barəsində cinayət işi açılıb. Həbs olunacağını görən qadın vurduğu zərəri qarşı tərəfə ödəyib. Bir neçə gün əvvəl keçirilən məhkəmə iclasında Çinarə Səidədən artıq şikayətçi olmadığını deyib. Abşeron Rayon Məhkəməsi Səidəni Cinayət Məcəlləsinin 177-ci maddəsi üzrə təqsirli bilib. O, 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib və bədəninə elektron qolbaq taxılaraq polisin nəzarəti altında olmaqla sərbəst buraxılıb.

Makron Kiyevə səfər edəcək

Fransa Prezidenti Emmanuel Makron Kiyevə səfər edəcək. Sozcu.az xəbər verir ki, bu barədə Zelenski "X" sosial şəbəkəsində fransalı həmkarı ilə telefon danışığının təfərrüatlarını açıqlayıb: "Makronla telefon danışığımız uzun sürdü. Biz hazırkı hərbi vəziyyəti və Ukraynaya dəstək üçün bu yaxınlarda keçirilən beynəlxalq Paris konfransını müzakirə etdik. Yaxın günlərdə Ukraynada keçiriləcək görüş barədə də fikir mübadiləsi apardıq".

İsrail ordusunun Ramazan ayında Qəzzada atəşi dayandırmaq planı yoxdur - Netanyahu

“Əsir və girovların azad edilməsi ilə bağlı aparılan danışıqlar effektiv nəticə vermir”. Sozcu.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu “Politico”ya müsahibəsində deyib. Netanyahu qeyd edib ki, bəzi ərəb ölkələrinin liderləri Qəzza zolağında əməliyyatın davam etdirilməsinə səssiz razılıq verirlər. Siyasətçi əlavə edib ki, Fələstinin radikal HƏMAS hərəkatı bütün israilli girovları azad etməsə, İsrail ordusunun Ramazan ayında Qəzzada atəşi dayandırmaq planı yoxdur.

Litvada Rusiya dövlət nömrə nişanlı avtomobillərdən istifadə qadağa edilib

Litvada Rusiya dövlət qeydiyyat nömrələrinə malik avtomobillərdən istifadəyə qoyulan qadağa qüvvəyə minib. Sozcu.az xəbər verir ki, istisnalar diplomatik korpusun nəqliyyat vasitələrinə, Kalininqrad vilayətinə və oradan tranzit keçən nəqliyyat vasitələrinə aiddir. Bütün digər belə avtomobillər ya Baltikyanı respublikanın ərazisini tərk edib, ya da sahibləri onları Litvada yenidən qeydiyyatdan keçirməli olublar. Gömrük idarəsinin məlumatına görə, martın 10-na Litvada 50-yə yaxın Rusiya dövlət nömrə nişanlı avtomobil qalıb. Belə ki, bu nəqliyyat vasitələri müsadirə ediləcək və onların sahibləri 200 avrodan 6 min avroya qədər cərimə ediləcək. Kalininqrad vilayətinə və oradan tranzit keçən avtomobillər isə Litvada 24 saat qala bilər.

Bayden: ABŞ-da islamafobiyaya yer yoxdur

ABŞ-da müsəlmanlara qarşı zorakılıq və nifrət artıb. Sozcu.az xəbər verir ki, bu barədə Amerika prezidenti Co Bayden bunu Ramazan ayının başlanması münasibəti ilə deyib. Onun sözlərinə görə, ABŞ-da islamafobiyaya yer yoxdur: “Biz evdə müsəlman amerikalılara qarşı dəhşətli nifrət və zorakılıq dalğasını görürük. Din azadlığı üzərində qurulan və müsəlman mühacirlər də daxil olmaqla immiqrantların töhfələri əsasında qurulan ABŞ-da islamafobiyaya yer yoxdur. Mənim Administrasiyam Amerikada müsəlmanlara, sikxlərə, cənubi asiyalılara və ərəb icmalarına qarşı nifrətin baş verdiyi yerdə İslamofobiya və əlaqəli qərəz və ayrı-seçkilik formaları ilə mübarizə üzrə ilk Milli Strategiya hazırlayır”.

Zelenskidən Papaya cavab: Onları biz dayandırırıq!

Rusiya qatilləri Avropaya yalnız ona görə getmirlər ki, onları əllərində silah, mavi-sarı bayraq altında ukraynalılar dayandırırlar. Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski Roma Papası Fransiskin Ukrayna ilə bağlı təklifinə cavabında deyib. “Ukraynada bir vaxtlar evlərin və kilsələrin çoxlu ağ divarları var idi, indi onlar rus mərmiləri tərəfindən yandırılır və dağıdılır. Və bu, müharibəyə son qoyulması üçün kimin dayanmalı olduğunu çox gözəl deyir”, - deyə dövlət başçısı bildirib. Qeyd edək ki, Roma Papası Fransisk Ukraynaya “ağ bayraq qaldırmağı və danışıqlar aparmağı” təklif edib.

Lirə daha bir tarixi antirekorda imza atdı

Türkiyə lirəsi bu gün növbəti dəfə ucuzlaşaraq, tarixi minimumunu yeniləyib. Sozcu.az xəbər verir ki, qardaş ölkədə 1 dollar artıq 32 lirəyədir. Avro isə 35 lirəni keçib.

Ukrayna ordusu bu tarixdə əks-hücuma keçəcək

Ukrayna ordusu kifayət qədər döyüş sursatı və şəxsi heyəti olduğu halda bütün cəbhə xətti boyunca hücuma keçə bilər. Sozcu.az xəbər verir ki, bunu "Aydar" batalyonunun keçmiş tağım komandiri Yevgeni Diki deyib. Onun sözlərinə görə, Ukrayna bir ay, ya da ay yarımdan sonra cəbhədə fürsət pəncərəsi açacaq: "Cəbhədə iki kritik problemimiz var idi: sursat və kadr çatışmazlığı. Ordumuzda iriçaplı sursat çox qıt idi. Bu problem artıq demək olar ki, həll olunub, çünki döyüş sursatları artıq cəbhəyə gedib. Və bunu artıq birbaşa cəbhədə müşahidə etmək olar. Artilleriya yenidən işə başladı və canlandı".

İstanbul boğazı bağlandı: 301 gəmi gözləyir

Duman səbəbindən gəmilərin İstanbul boğazından tranziti hər iki istiqamətdə dayandırılıb. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsi Baş İdarəsi məlumat yayıb. Qeyd edilir ki, hazırda boğazı keçmək üçün növbədə 301 gəmi var.

746-cı gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 746-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 424 060 hərbçi, 6 731 ədəd tank, 12 850 ədəd zirehli döyüş maşını, 10 466 ədəd artilleriya sistemi, 1015 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 709 hava hücumundan müdafiə sistemi, 347 ədəd hərbi təyyarə, 325 ədəd helikopter, 13 752 ədəd avtomobil texnikası, 8 082 ədəd PUA, 1 919 qanadlı raket, 26 gəmi/kater, 1 sualtı qayıq, 1 672 xüsusi avadanlıq itirib.

Rusiyanın daha bir nəhəng təyyarəsi məhv edildi

Rusiyanın Q.M.Beriyev adına Taqanroq Aviasiya Elmi-Texniki Kompleksinə PUA hücumu nəticəsində A-50 kəşfiyyat təyyarəsinə ciddi ziyan dəyib. Sozcu.az xəbər verir ki, bu barədə ukraynalı deputat Aleksey Qonçarenko məlumat yayıb. “Taqanroq təyyarə zavodu və modernizasiya üçün orada olan A-50 təyyarəsi Ukrayna Silahlı Qüvvələrinin səhər zərbələri nəticəsində məhv edilib. Bu məlumatı mənə təsdiqləyiblər”, - Qonçarenko bildirib. Ukrayna tərəfi rəsmi olaraq açıqlama verməyib.

Dani Alveş intihar etdi? - Təkzib olundu

02:05 Dünyaca məşhur braziliyalı ulduz futbolçu Dani Alveşin intihar etdiyi iddia olunur. Sozcu.az xəbər verir ki, bu barədə Portuqaliya mətbuatında məlumat yayılıb. İddiaya görə, Alves həbsxanada özünü öldürüb. Qeyd edək ki, Alveş cinsi təcavüzə görə 4,5 il müddətinə azadlıqdan məhrum edilib. "Barselona" klubu isə Alveşi "əfsanələr" siyahısından çıxarıb. *** İspaniya mediası Barselonadakı mənbələrinə istinadən Dani Alveşin intihar etməsi haqda xəbərin yalan olduğunu yazıb. Məlumata görə, Barselonadakı Penitensiar Mərkəz Alveşin ölüm xəbərini təkzib edilib.

Bakıda 26 yaşlı gənc qətlə yetirildi

Martın 9-da saat 21:30 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində 1998-ci il təvəllüdlü Səbuhi Arif oğlu Əhmədlinin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Bu barədə Sozcu.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib. Qeyd edilir ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

İspaniya rəsmən Fələstinin müstəqilliyini tanıya bilər

İspaniya Fələstinin müstəqilliyini rəsmən tanıya bilər. Sozcu.az xəbər verir ki, bu barədə İspaniya Baş naziri Pedro Sançes bildirib. O qeyd edib ki, ölkə parlamentinə Fələstin dövlətinin İspaniya tərəfindən tanınmasını təklif edəcək.

TV-lərə yerləşən “bombalar” - Xoşqədəm və zaurların “zibil seli” nə vaxt dayandırılacaq?

Təəssüf ki, barmaqla sayılası bu müsbət dəyişikliklər ölkədə televiziyaların imicini dəyişmir. Çəkilən əziyyyətlər, xərclənən pullar sanki boşuna gedir. Çünki vitrində ciddi verilişlər deyil, sosial problemləri şouya çevirən, insan həyatından tamaşa düzəldən proqramlar daha çox gözümüzü deşir. “Biz yüzlərlə işçiyə maaş vermək üçün maarifləndirici deyil, gəlir gətirən şou proqramlara üstünlük verməliyik” kimi absurd bəhanələr isə çıxış yolu deyil. Sadaladığımız və sadalamadığımız nümunələr, qonşu Türkiyə və Rusiya telekanallarının təcrübəsi isə göstərir ki, düşük, bayağı, cəmiyyəti deqradasiyaya sürükləyən, onun dəyərlərini, ailə institunu zədələyən şou proqramları eyni janrda hazırlanan, maraqlı, səviyyəli şou proqramlarla əvəzləmək və reytinq qazanmaq mümkündür.  Bəs, bunun əvəzində bizə - 10 milyonluq auditoriyaya nə təqdim olunur? Bu sual məşhur Amerika kinorejissoru Vudi Allenin sözlərini yada salır: "Los Ancelesdə artıq zibilləri tullamırlar. Onları televiziya şoularında yenidən emal edirlər". Doğrudan da bu gün Xoşqədəm Hidayətqızının, Elgiz Əkbərin, Zaur Bəxşəliyevin, Lalə Azərtaşın, Tolikin və başqalarının hazırladığı dedi-qodular, vulqar söhbətlərlə dolu, bayağı, şit hərəkətlərin, cəmiyyətə açıq hörmətsizlik ifadə edən ikrahdoğurucu davranış tərzinin bəzədiyi verilişləri izləyəndə Vudi Allenin sözlərini təsdiqləməmək olmur: Bu aparıcılar illərdir ki, xalq arasındakı məşhur ifadə ilə desək, "zibildən konfet düzəldib" Azərbaycan tamaşaçısına sırımaqla məşğuldurlar. Ən dəhşətlisi isə odur ki, bu aparıcılar, onların çalışdıqları telekanal rəhbərləri evlərimizə axıtdıqları bu "zibil seli"nə görə utanıb-çəkinmədən bizləri - tamaşaçıları, bütövlükdə cəmiyyəti günahlandırırlar. Guya, cəmiyyət səviyyəsiz və zövqsüzmüş... Xoşqədəm, Zaur və Elgiz isə səviyyəli aparıcılar kimi bu cəmiyyətə onun istədiyini verir!  Əslində, nə baş verir: Adını çəkdiyim aparıcılar on illərdir ki, Azərbaycan cəmiyyətindəki ən neqativ hadisələri, ən pis nümunələri, "meşə çaqqalsız olmaz"dakı çaqqaları, yəni bütövlükdə xalqımız üçün xarakterik olmayan, istisnalıq təşkil edən fərdləri, tipləri, ailələri, onların bütün pis əməllərini, mənfi cəhətlərini efirdən nümayiş etdirirlər. Psixi problemli psixoloqları, hüquqa hayqırı olan hüquqşünasları, ziyasız ziyalıları... ekspert kimi təqdim edirlər, nümunə kimi göstərirlər, onların məsələlərə münasibətini aksioma kimi sırıyırlar. Təsəvvür edin, bu proses həftənin 5-6 günü, illərlə davam edir və ekranın bu üzündə - cəmiyyətdə, ailələrdə, yeniyetmələrdə, uşaqlarda, onların düşüncəsində hansı effekti doğurur?  Bəzən KİV-ləri, televiziyaları silahlarla müqayisə edirlər. Bu analogiyanı əsas götürüb müqayisəni davam etdirsək, deyə bilərik ki, Zaurun, Xoşqədəmin, Elgizin aramsız olaraq cəmiyyəti "atəşə tutduqları" silah zəhərli silahdır! O, dərhal öldürmür, ailələrin, fərdlərin, yeni nəsillərin mənəviyyatını, düşüncəsini zəhərləyir, onları, bütövlükdə cəmiyyəti şikəst edir, əxlaqsızlıqdan tutmuş boşanmalara, məişət zorakılıqlarından başlamış qətillərə qədər yeni-yeni sosial bəlalara, faciələrə gətirib çıxarır... Aydındır ki, tamaşaçı zövqünü və dünyagörüşünü zəhərləyən bu verilişlərə efir verən TV rəhbərlərinin məqsədi yüksək reytinq və pul qazanmaqdır. Amma bu nəyin hesabına başa gəlir? Cəmiyyətin sağlam düşüncə tərzi, mənəvi ovqatı, gənc nəslin psixologiyasının sarıslması, ümumən mənəvi idealların ucuzlaşması, məhv olması hesabına! Bizim televiziyalar, onun ən reytinqli verilişləri insanları nəyə inandırmaq yarışına girişiblər? Elgiz, Zaur və Xoşqədəm gənc ailələrin, yeni nəslin şüuruna hansı informasiyaları ötürür, onları nəyə inandırır? Bu verilişlərin cəmiyyətə təqdim etdiyi "qəhrəmanlar" kimlərdir? Ata-anasını atan övladlar, ailəsini, uşaqlarını tərk edən valideynlər, zorla ərə verilən qızlar, həyat yoldaşına xəyanət edən kişilər və qadınlar, gəlinlərini döyən qayınanalar və s. Gənc bir ailə, hansısa yeniyetmə belə nümunlərin, bu cür efir siyasətinin, təbliğatın, telepressinqin qarşısında necə tab gətirsin, bütün bunların təsirinin altına necə düşməsin?  Media, sosial şəbəkələr, ziyalılar, universitet auditoriyaları və s. cəmiyyətin indikatorlarıdır. Bütün bunların Xoşqədəm, Zaur və Elgizlərə münasibəti, onların cəmiyyətimizə sarsıdıcı zərbə vurduğu haqqında rəy və qənaətləri ortadadır. İllərdir hamı narazıdır. Amma bu rəy və qənaətlərin səsləndirilməsi Don Kixotluqdan başqa bir şey deyil. Çünki adını çəkdiyim aparıcıların "qaydasız döyüşləri" davam edir: tez-tez bu proqramlarda şəxsi həyatın toxunulmazlığı, telejurnalistikanın prinsipləri, peşə etikası qaydaları pozulur, mənəviyyatsızlıq təbliğ edilir.  Amma bu nə qədər davam edəcək? Axı bu "zibil seli" həm də TV rəhbərlərinin, bu sahədə müəyyən parlaq layihələr həyata keçirənlərin əməyinə axır... Bu, axı onların öz imicinə, ən çox önəm verdikləri bizneslərinə də zərbədir. Bu verilişlər əslində televiziyaların içərisinə yerləşdirilən bombadır, qısa müddətdə zərərsizləşdirilməsə, mütləq partlayacaq. İndiyə kimi cəmiyyətə mənəvi zərbələr endirən bu bombaların fiziki zərbəsi ilk növbədə TV-lərə rəhbərlik etmiş şəxslərə dəyəcək. Odur ki, nə qədər gec deyil, vitrininizdən zibilləri yığışdırın. Yığışdırın ki, həyətinizdəki gül-çiçəklər görünsün. Mahiyyətiniz aydınlaşsın, işıqlı, istedadlı adamların sağlam düşüncələri cəmiyyətimizə işıq saçsın.... Zahid Baku Post

Ələsgər Məmmədli ilə bağlı qərar verildi

“Toplum TV”-nin həmtəsisçisi, media eksperti Ələsgər Əhmədoğlu (Məmmədli) barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Bu gün Xətai rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Qərara əsasən, Ələsgər Məmmədli barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hazırda III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətlinin barəsində təqdimata baxılır.

Azərbaycanın məşhur iş adamının oğlu özünə qəsd etdi

Azərbaycanda tanınmış iş adamının oğlu intihar edib. Manset.az-ın əldə etdiyi məlumata görə, tanınmış iş adamı, tikinti maqnatı Əvəz Şükürovun oğlu Rəmzi Şükürov sirkə içərək intihar edib. O, üç gün xəstəxanada qaldıqdan sonra bu gün vəfat edib. Onun hansı səbəbdən intihar etdiyi bəlli deyil. Rəmzi Şükürov Milli Məclisin sabiq əməkdaşı olub. Evlidir, üç uşaq atasıdır. Qeyd edək ki, Rəmzi Şükürovun atası Əvəz Şükürov məşhur iş adamıdır. O, bir çox tikinti şirkətlərinin sahibidir. Rəmzi Şükürovun özü isə bir sıra qalmaqallı hadisələrlə yadda qalıb.

Yaxın gələcəkdə Ukraynaya ordu göndərə bilərik - Sejurne

Ukrayna Qərb qoşunlarının ölkəsinə göndərilməsini tələb etməyib. Sozcu.az xəbər verir ki, bunu Fransa xarici işlər naziri Stefan Sejurne deyib. “Yaxın aylarda və ya illərdə Ukraynaya necə kömək edəcəyimizə Rusiya deyil, biz qərar verməliyik”, - nazir qeyd edib. O bildirib ki, yaxın gələcək üçün ordu göndərilməsi mümkün ola bilər.

74 yaşlı qadın dəm qazından öldü

Paytaxtın Yasamal rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Sozcu.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, 1950-ci il təvəllüdlü Məmmədova Şəfiqə Murquz qızı Çingiz Mustafayev küçəsindəki evinin hamam otağında olarkən dəm qazından zəhərlənib. O, hadisə yerində vəfat edib. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Azərbaycanda dəhşətli qəza - 5 nəfər yaralandı

Hacıqabul rayonu ərazisində ağır yol qəzası baş verib. Sozcu.az qafqazinfo-ya istinadən xəbər verir ki, Hacıqabul-Muğan-Udulu avtomobil yolunun 19-cu km-də iki avtomobil toqquşub. Belə ki, 1976-cı il təvəllüdlü Qulam Zülfəliyevin idarə etdiyi "VAZ 21703" Hacıqabul şəhəri istiqamətində hərəkətdə olarkən əks tərəfdən gələn Mülkəli Hacalıyevin sürdüyü digər "VAZ"a çırpılıb. Nəticədə hər 2 sürücü və sərnişinlər Kamilova Məshəti Nizam qızı, Hacalıyeva Leyla Mülkəli qızı və Ağayev Sahib Həsən oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

DSX-nin hərbi qulluqçusu yaralandı

Martın 8-də saat 20:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının hərbi qulluqçusu əsgər Nəsibli Elvin Bəxtiyar oğlu silahla davranış qaydalarını pozması nəticəsində yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə DSX məlumat yayıb. Hərbi qulluqçunun həyatını xilas etmək üçün təxirəsalınmaz tədbirlər görülərək xəstəxanaya çatdırılıb, ixtisaslaşmış və peşəkar həkimlərin iştirakı ilə əməliyyat olunub. Faktla bağlı cinayət işi açılıb və hərbi prokurorluğun əməkdaşları ilə birgə araşdırma aparılır.

Özünü güllələyən şəxs iş adamı olub - 1 milyon borcu varmış

Xəbər verdiyimiz kimi, Saatlıda güllələnmə hadisəsi baş verib.  Sozcu.az bildirir ki, rayonun Məzrəli kənd sakini, 1987-ci il təvəllüdlü Telman Ehtiram oğlu Mehtiyev özünü yaşadığı evin qarşısında güllələyib. Ağır xəsarət alan şəxs Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, vəfat edib.  Hadisənin səbəbi məlum olub. Bildirilib ki, T.Mehtiyev Bakıda ticarətlə məşğul olurmuş və işləri ilə əlaqədar 1 milyon manata yaxın borcu formalaşıb. Bir neçə gün əvvəl pul sahibləri onun ardınca Saatlı rayonuna gediblər, həmçinin barəsində polisə şikayət edilib.  Araşdırmalar davam etdirilir.("Qafqazinfo") 

Haitidə prezident sarayına hücum: Şiddətli döyüşlər...

Haitidə prezident sarayına hücum olub. Sozcu.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Silahlı dəstələr Port-au-Prins şəhərinin mərkəzində və ya onun yaxınlığında çoxsaylı hökumət binalarına hücum ediblər. Döyüşlərdə iştirak edən hüquq-mühafizə orqanlarındakı mənbənin bildirdiyinə görə, hücumlar koordinasiyalı və sürətli olub: “Müxtəlif qruplar eyni vaxtda Prezident sarayı, Daxili İşlər Nazirliyi və polis qərargahlarını hədəf alıblar”. Şiddətli döyüşlərdən sonra dəstə üzvləri geri çəkilib. Toqquşma nəticəsində silahlı dəstələrin 10 üzvü öldürülüb. Polislər arasında yaralı və ya ölənlərin olması barədə məlumat yoxdur.