İsrail ordusunun Ramazan ayında Qəzzada atəşi dayandırmaq planı yoxdur - Netanyahu

“Əsir və girovların azad edilməsi ilə bağlı aparılan danışıqlar effektiv nəticə vermir”.

Sozcu.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu “Politico”ya müsahibəsində deyib.

Netanyahu qeyd edib ki, bəzi ərəb ölkələrinin liderləri Qəzza zolağında əməliyyatın davam etdirilməsinə səssiz razılıq verirlər.

Siyasətçi əlavə edib ki, Fələstinin radikal HƏMAS hərəkatı bütün israilli girovları azad etməsə, İsrail ordusunun Ramazan ayında Qəzzada atəşi dayandırmaq planı yoxdur.

Share on Facebook