Yaponiyanın xarici işlər naziri Takeşi İvaya bu gün Ukraynaya səfər edəcək.
Sozcu.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
İvayanın ukraynalı həmkarı Andrey Sibiqa ilə geniş spektrli məsələləri müzakirə etməsi planlaşdırılır.
“Xarici işlər naziri Ukraynaya səfəri zamanı şəxsən Yaponiyanın Ukraynanı dəstəkləməkdə və Rusiyaya qarşı sərt sanksiyaları təşviq etməkdə qətiyyətini çatdıracaq”, - nazirliyin bəyanatında deyilir.