Rusiya öz vətəndaşlarını Krımdan təxliyə etməyə başladı...

Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının 371-ci günü başladı... Rusiya müvəqqəti işğal olunmuş Krımdan müəyyən kateqoriya vətəndaşları təxliyə edirlər. Son zamanlar Perevalnoyedə yerləşən Rusiya işğalçı qüvvələrinin hərbçiləri ailələrini Rusiya Federasiyasına göndərirlər. Sozcu.az "TSN"-ə istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının mətbuat xidməti martın 1-də səhər saatlarında məlumat yayıb. Kupyanski, Limanski, Baxmutski, Avdeyevski və Şaxtyorski istiqamətlərində son sutka ərzində ukraynalı müdafiəçilər düşmənin 85-dən çox hücumunu dəf ediblər. Ötən sutka ərzində Rusiya işğalçıları "Şahed-136" PUA-dan istifadə etməklə 2 raket və 12 hava zərbəsi endirib. Həmçinin, düşmən çoxsaylı yaylım atəşli raket sistemlərindən 68 hücum həyata keçirib. Mülki əhali arasında yaralananlar var.`

Borrell Çinin sülh planını tənqid etdi

Ukraynadakı vəziyyətin nizamlanması üçün Çinin təklif etdiyi fəaliyyət planını dinc adlandırmaq olmaz. Sozcu.az xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Jozep Borrell bildirib. Onun fikrincə, Çin sənədi qurbanla təcavüzkarı eyni səviyyəyə qoyur: “Əslində, bu, sülh planı deyil və Çin rəhbərliyinin məlum tezislərini təkrarlayır, bəzi bəndlərini bölüşürük, lakin vacib olanlar çatışmır”.