Blinken Çinə gedəcəkmi? - Ağ Ev

Hazırda Dövlət katibi Entoni Blinkenin Çinə səfəri ehtimalı yenidən nəzərdən keçirilir.

Sozcu.az xəbər verir ki, bu açıqlama ilə Ağ Ev sözçüsü Con Kirbi çıxış edib.

"Biz həmçinin iqtisadi məsələləri müzakirə etmək üçün ABŞ-ın Maliyyə və Ticarət nazirlərinin mümkün səfərləri ilə bağlı Çinlə əlaqə saxlayırıq", - Ağ Evin sözçüsü deyib.

Qeyd edək ki, daha öncə Blinkenin səfəri Çinə məxsus olduğu təsbit edilən aerostatın (hava şarı) ABŞ səmasına daxil olmasına etiraz olaraq ləğv edilmişdi.

Share on Facebook