Kremldə hamı şokdadır - Qalyamov

Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin həbs orderindən sonra Putin və ətrafı depressiyaya düşüb.

Sozcu.az “Radio NV”yə istinadla xəbər verir ki, bunu politoloq, publisist Abbas Qalyamov deyib.

O bildirib: “Hamı şoka düşüb. Həbs qərarı Putinin ətrafında çox güclü və çox mənfi təəssürat yaratdı. Ağlı olanlar hələ müharibənin əvvəlində başa düşürdülər ki, bundan uzaq durmaq, birtəhər qarşısını almaq lazımdır”.

Qalyamovun fikrincə, Rusiya rəhbərinin əhatəsində olan hər kəs başa düşüb ki, Putinin əmrinə əməl etsələr, onun cinayətlərinə şərik olacaq və liderlə birlikdə məhkəmə qarşısına çıxacaqlar. Buna görə də Kremldə dəhşətli depressiya başlayıb:

“İndi onlar çaşqındır və nə edəcəklərini bilmirlər. Onların sağ qalma strategiyası yoxdur”.

Share on Facebook