ABŞ Macarıstan hakimiyyətinin Rusiya ilə daha yaxın münasibətlər qurmaq istəyindən narahatdır.
Sozcu.az xəbər verir ki, bunu ABŞ-ın Macarıstandakı səfiri Devid Pressman deyib.
"Biz narahatıq ki, Macarıstan liderləri onların qəddar təcavüzünə baxmayaraq, Rusiya ilə daha da sıx əlaqələrə can atırlar. Rusiya ilə sıx iqtisadi əməkdaşlıq onların müharibə maşınına güc verir və transatlantik alyansın təhlükəsizliyini təhdid edir", - diplomat vurğulayıb.