"Rusiya Federasiyasının prezidenti Vladimir Putin Ukrayna məsələsində dünyanın qətiyyətini lazımi səviyyədə qiymətləndirmədi və bütün cəbhələrdə yanıldı”.
Sozcu.az “The Guardian”a istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden İrlandiyaya səfəri zamanı deyib.
Onun sözlərinə görə, Putin Ukraynada genişmiqyaslı hücuma başlayanda dünyanın başqa tərəfə baxacağını düşünürdü.
Bundan savayı, preizdent Bayden Ukraynaya tibbi avadanlıq da daxil olmaqla 170 milyon avro yardım etdiyinə görə irlandiya hakimiyyətinə təşəkkür edib.
Qeyd edək ki, İrlandiya Rusiya əleyhinə sanksiyalara qoşulub və Ukraynadan olan 80 min qaçqın həmin ölkəyə sığınıb.