ABŞ-ın “USS Florida” nüvə sualtı gəmisi 5-ci Donanmasını dəstəkləmək üçün İran körfəzinə göndərilib.
Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin yaydığı bəyanatda bildirilib.
"Suriyadakı hücumlar və İranın başqa ölkələrin ticarət gəmilərinə qarşı təhdidləri ABŞ-ı dəniz qüvvələrinin hazırlıq səviyyəsini artırmağa vadar edib", - bəyanatda qeyd edilib.
Qeyd edək ki, ABŞ və İsrail kəşfiyyat orqanları SEPAH-ın İran körfəzi və Oman dənizində İsrailə məxsus ticarət gəmilərinə PUA-larla hücumlar həyata keçirməyə hazırlaşdığını bildirmişdi.