Putinin milyarder “desant”ı Ermənistanı təcili “artsaxı” tanımağa çağırdı...

“Ermənistan rəhbərliyi təcili artsaxı tanımalı və onun vətəndaşlarının müdafiəsinə qoşulmalıdır”. Sozcu.az xəbər verir ki,  bunu Azərbaycan Respublikasının Rusiya “sülhməramlı”larının nəzarətindəki  torpaqlarında 32-ci ildir ki, qondarılmış separatçı-terrorçu rejimin keçmiş “dövlət naziri” Ruben Vardanyan çərənləyib. “Biz hamımız Vətənimizi müdafiə etməliyik!”,- deyə Rusiya lideri V.Putinin milyarder “desant” olan R.Vardanyan teleqram-kanalında özü kimi revanşist, işğalçı xislətli, Rusiya köləsi olan hayklara çağırış edib. Xatırladaq ki, Azərbaycan ərazisinə hələ Laçındakı sərhəd-nəzarət məntəqəsi qurulmadan xeyli öncə Rusiya “sülhməramlı”ların dəstəyi ilə və o dövrdə hələ Rusiya vətəndaşı kimi qanunsuz olaraq soxulan R.Vardanyan artıq 1 ildən çoxdur ki, Azərbaycan ərazisində ictimai-siyasi, iqtisadi-sosial sahələrdə dövlətimizə qarşı təxribat fəaliyyəti göstərir. moderator)

Zelenski təslim olsa, Ukrayna olmayacaq - Stoltenberq

Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə uzun müddət davam edəcək və biz buna hazır olmalıyıq. Sozcu.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib. Onun sözlərinə görə, bütün müharibələr hər zaman gözləniləndən uzun çəkir, ona görə də Alyans uzun müharibəyə hazır olmalıdır: “Biz hamımız sürətli dünya üçün çalışırıq. Eyni zamanda, dərk etməliyi ki, Prezident Vladimir Zelenski və ukraynalılar döyüşü dayandırsalar, onların ölkəsi mövcud olmayacaq. Prezident Putin və Rusiya silahlarını yerə qoysa, biz sülh əldə edəcəyik”, - Stoltenberq bildirib. NATO baş katibi qeyd edib ki, müharibədən sonra Ukrayna Rusiya təcavüzünə məruz qalmamaq üçün təhlükəsizlik təminatı almalıdır.

Rusiyalı milyarder Putinə qarşı çıxdı

Rusiya 1990-cı illərdə baş verənlərlə müqayisə oluna biləcək böyük dəyişikliklər dövrünü yaşayır, lakin 30 il əvvəlki hadisələrdən fərqli olaraq, ölkənin hara getdiyi məlum deyil. Sozcu.az xəbər verir ki, bunu rusiyalı milyarder Oleq Deripaska deyib. “90-cı illərdə hara getdiyimizi bilirdik. Amma indiki istiqamət bəlli deyil. Bunun necə olması lazım olduğunu eşidirik, amma necə olacağını heç kim bilmir. SSRİ-nin çökməsindən sonra hər kəsin beynində bir model vardı. İsveç kimi səliqəli, təmiz, Almaniya kimi effektli, etibarlı. İndi gələcəyin imici bulanıqdır və bu da insanları özündən çıxaran amildir”, - Deripaska bildirib. Milyarderin sözlərinə görə, Putinin 2008-ci ildən bəri inşa etdiyi dövlət kapitalizminin iqtisadi modeli dərin yanlış seçim idi.

Mükəmməl taktika: Kiyev yüzlərlə saxta texnika yaradır

Ukrayna döyüş meydanına hərbi texnikanı əvəz edən maketlər yerləşdirir ki, Rusiya ordusu mərmiləri bunların məhvinə sərf etsin. Sozcu.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Məlumata görə, biznesmen Rinat Əhmədova məxsus Ukraynanın mədən-metallurgiya şirkəti "Metinvest" hərbi texnikanın dəqiq surətlərinin istehsalı ilə məşğuldur: "Şirkət artıq yüzlərlə müxtəlif növ Qərb silahlarının nüsxəsini istehsal edib və sonradan onlar rus qoşunları tərəfindən məhv edilib. Ukraynada istifadə olunan Britaniya istehsalı 155 mm-lik M777 haubitsasının qiyməti bir neçə milyon dollardır və "Metinvest" min dollardan da aşağı qiymətə adi kanalizasiya borularından onun surətini yaradır".

“Putin çıxış yolu tapa bilmir…”- “Bəzən 30 dəqiqə tualet və ya hamamdan çıxmır…”

“Putin çıxış yolu tapa bilmir…”- “Bəzən 30 dəqiqə tualet və ya hamamdan çıxmır…” "Ukrayna Silahlı Qüvvələrinin cəbhədəki uğurları Kreml diktatorunun vəziyyətinə çox mənfi təsir göstərir…" Vladimir Putin artıq özünü idarə edə bilmir. Düşdüyü vəziyyətə görə panika içində olur. Diktatorun hətta ən böyük fobiyası da var… Sozcu.az xəbər verir ki, bu barədə Ukraynanın “Kanal 24” kanalına rusiyalı hüquq müdafiəçisi və Gulagu.net təşkilatının təsisçisi Vladimir Oseçkin danışıb. Putin nədən qorxur?.. Hüquq müdafiəçisinin fikrincə, Putinin bəzi panik atakları onun fərdi ictimai çıxışlarında müşahidə oluna bilər. Xüsusilə, bunlardan biri "Vaqner"çilərin mərhum lideri Yevgeni Priqojinin üsyanının başlanğıcında nəzərə çarpdı… "Aydındır ki, o, iyunun 23-dən 24-nə keçən gecə Putin inqilab təhlükəsi haqda danışanda özünə nəzarət edə bilməyib. O, həm də özü ilə "vaqner"çilər arasında paralellik aparmağa çalışıb;  guya onlar da eyni qandan olduqları üçün dövlət çevrilişinə ehtiyac yoxdur”, - deyə Oseçkin bildirib. Bütün bunlardan əlavə, Rusiya prezidenti: -tez-tez düşüncələrə qərq olur, bəzən 30 dəqiqə hamamdan və ya tualetdən çıxmır; -müntəzəm panik atakları var və bunu ətrafındakılar da gizlətmir… "Sonda Putin vəziyyətdən necə çıxacağını başa düşmür. Amma onun ən böyük fobiyası həyatının Müəmmər Qəddafi (Liviya diktatoru- red.) kimi bitəcəyidir", - Oseçkin yekunlaşdırıb. Xatırladaq ki, Vladimir Putin müqəddəs, sakral tarixləri sevən biri kimi Ukraynada müharibənin başa çatması üçün özünə yeni bir müddət - qondarma “Böyük Vətən Müharibəsində” qələbənin 80 illiyini təyin edib. Bununla belə, 9 may 2025-ci il, çətin ki, Kreml sahibi üçün bayram gününə çevrilsin...

Rusiyanın ŞOK itkiləri açıqlandı

Ukrayna müharibənin 561-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 266 900hərbçi, 4506 ədəd tank, 8703 ədəd zirehli döyüş maşını, 5722 ədəd artilleriya sistemi, 753 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 506 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 8217 ədəd avtomobil texnikası, 4541 ədəd PUA, 1455 qanadlı raket, 19 gəmi/qayıq, 859 xüsusi avadanlıq itirib.

İrəvanı NATO-ya çağıran şəxs Bakıya da səsləndi

Mən Azərbaycanı, Gürcüstanı və Ermənistanı 2024-cü ildə NATO-da görmək istəyirəm. Sozcu.az xəbər verir ki, bunu NATO-nun Avropa İnkişaf Komitəsinin sədri Günter Fehlinger X səhifəsində yazıb. Qeyd edək ki, Fehlinger dünən Ermənistanı NATO-ya üzv olmağa çağırmışdı.

Latviya minlərlə rusiyalını ölkədən çıxara bilər

Latviyada yaşayış icazəsi almaq üçün yeni qaydalar qüvvəyə minib, buna görə minlərlə rusiyalının ölkəni tərk etməsi tələb oluna bilər. Sozcu.az xəbər verir ki, bu barədə Latviyanın Vətəndaşlıq və Miqrasiya Məsələləri İdarəsi məlumat yayıb. “İmmiqrasiya haqqında” qanuna edilən dəyişikliyə əsasən, bu qanuna tabe olan 25 mindən çox şəxs dövlət dili imtahanı və ödəmə qabiliyyətini təsdiq edən sənəd əsasında AB-nin daimi sakini statusu almaq üçün sentyabrın 1-dək Vətəndaşlıq və Miqrasiya Məsələləri İdarəsinə sənədlər təqdim etməlidir. Dekabrın 2-dək təqribən 4-5 min nəfərin ölkəni tərk edəcəyi ehtimal olunur. İndiyədək AB-də daimi rezident statusu üçün müraciət edə bilməyənlər (məsələn, dili bilməməsi səbəbindən) müvəqqəti yaşayış icazəsi tələb etmək imkanına malik idilər. Ancaq bu, bir sıra sosial müavinətləri və pulsuz dərman paketinin əksəriyyətini almağa imkan vermir. Qeyd olunur ki, avqustun 20-nə qədər yalnız 12 min 312 Rusiya vətəndaşı AB-də daimi rezident statusu almaq üçün müraciət edib və yalnız 2 min 570 nəfər bu statusu alıb. Bir neçə min nəfər dövlət dili imtahanından keçə bilməyib və təkrar imtahana yazılıb. Təkrar imtahan üçün ilin sonunadək vaxt verilib.

Ukrayna ordusu bu istiqamətlərdə irəlilədi

Ukrayna qoşunları Baxmut yaxınlığındakı Klişiivka kəndinin cənub hissəsini nəzarətə alıb. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutunun analitikləri geolokasiya görüntülərinə əsasən bildiriblər. İnstitutun təhlilçilərinə görə, cənubda Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətindəki Orixivdən 18 km cənub-şərqdə yerləşən Verbove kəndinə doğru irəliləyib. İnstitut həmçinin Ukrayna Silahlı Qüvvələrinin Tavriya Qrupunun komandanı general Aleksandr Tarnavskinin Rusiyanın qüvvə və resurslarının 60%-ni Ukrayna qoşunlarının yardığı birinci müdafiə xəttinin tikintisinə sərf etdiyi barədə açıqlamasına istinad edir. Qeyd edilib ki, növbəti iki xətt o qədər də diqqətlə hazırlanmayıb. Bu istiqamətdə həmçinin mina sahələrinin daha seyrək olduğu da güman edilir.

Rus artilleriyası cənub cəbhəsindən geri çəkilir

Ukrayna qüvvələri Zaporojye vilayətinin qərbində əks-hücum əməliyyatlarını davam etdirib və sentyabrın 2-də irəliləyib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub. Hesabatda rusiyalı blogerlərə istinad olunub və bildirilib ki, rus qoşunları Rabotino kəndinin cənub kənarından daha geriyə, dəqiqləşdirilməmiş mövqelərə çəkiliblər. “Ukrayna Silahlı Qüvvələri Zaporojye istiqamətində bəzi ərazilərdə Rusiyanın birinci müdafiə xəttini yarıb, lakin Rusiyanın əlavə beton istehkamları və sıx minalanmış sahələr səbəbindən vəziyyət çətin olaraq qalır. Rusiya qüvvələri Ukraynanın minatəmizləmə səylərini əngəlləmək üçün mina sahələrinə tez alışan maddələr ataraq onları dronlardan atılan qumbaraatanlarla yandırır”, - məlumatda bildirilib. Eyni zamanda, Estoniya Müdafiə Qüvvələrinin kəşfiyyat mərkəzinin komandiri, polkovnik Marqo Qrosberq bildirib ki, Ukraynanın artilleriya imkanları Rusiya ilə bərabər, hətta daha yaxşıdır və onlar rusların artilleriya bölmələrini cəbhə xəttindən uzaqlaşdıraraq sıxışdıra biliblər. Qrosberq həmçinin bildirib ki, Ukrayna qüvvələri iyul ayından etibarən Rusiya əks-batareyasına ciddi ziyan vurmağa nail olub. İnstitutun analitikləri də qeyd ediblər ki, iyulun ortalarından bəri rusiyalı mənbələr Rusiyanın, xüsusən də Ukraynanın cənubunda əks-batayera imkanlarının olmaması ilə bağlı narahatlıqlarını bildiriblər.

Putinin “taleyi” bu dəfə İrəvanda həll olunur...

"Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ratifikasiyası Ermənistan və Rusiya arasında müttəfiqlik münasibətləri üçün risklər ehtiva edir...” Ermənistan hökuməti, nəhayət ki, Beynəlxalq Cinayət Məhkəməsinin(BCM) Roma Əsasnaməsini dünən uzun müzakirələrdən sonra parlamentin ratifikasiyası üçün göndərib. Sozcu.az xəbər verir ki, bu haqda məlumat yayıb. “Xatırladaq ki, mart ayında Ermənistanın Konstitusiya Məhkəməsi BCM-nin Roma Statutunun Konstitusiyamıza uyğun olması barədə qərar qəbul edib. Bir həftə əvvəl Beynəlxalq Haaqa Məhkəməsi Rusiya prezidenti Vladimir Putinin həbsinə order verib, yəni Ermənistan bu sazişi qeyd-şərtsiz ratifikasiya etsə, Putin Ermənistana gələndən dərhal sonra onu saxlayıb beynəlxalq məhkəməyə təhvil verməyə borclu olacaq. Sazişin ratifikasiyası üçün, əldə etdiyimiz məlumata görə, adi müqavilə layihələrində olduğu kimi, sadə proseduru nəzərdə tutur. Bu o deməkdir ki, parlament fraksiyaları iki həftə ərzində Putinlə bağlı müddəa ilə bağlı qeyd-şərt də daxil olmaqla, təkliflər verə bilər və bundan sonra layihə 3 həftə ərzində müvafiq komissiyalarda müzakirə olunaraq, gündəliyə salınacaq. Yeri gəlmişkən, "Vətənadaş sazişi” partiyasının adekvat hissəsində Putinlə bağlı müddəa ilə bağlı qeyd-şərt qoyulacağına ümid edirlər, əks halda bunun Ermənistan üçün təhlükəli nəticələri olacaq, çünki Rusiya Federasiyasının rəsmi dairələri bunu gizlətmirlər. Qəzet yazır ki, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ratifikasiyası Ermənistan və Rusiya arasında müttəfiqlik münasibətləri üçün risklər ehtiva edir”- xəbərdə belə deyilir.

“Abrams”lar Ukraynaya bu tarixdə gəlir

ABŞ-ın “Abrams” tankları sentyabrın ortalarında Ukraynaya gətiriləcək. Sozcu.az xəbər verir ki, bu barədə “Politiko” mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Ukrayna 31 tankdan ilk 10-nu sentyabrın ortalarında alacaq. Pentaqonun sözçüsü nəşrə bildirib ki, Ukrayna üçün onlarla tank hazırda Almaniyada yekun rekonstruksiyadan keçir. Bundan sonra 70 tonluq “Abrams”lar Ukraynaya gedəcək.