ABŞ Prezidenti Co Bayden seçki kampaniyasından geri çəkilmək niyyətində olmadığını və onu davam etdirmək niyyətində olduğunu açıqlayıb.
Sozcu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, dünən seçki qərargahına bildirib.
“Mən sona qədər seçki kampaniyasında iştiraka davam edəcəyəm və biz qalib gələcəyik”, - deyə Bayden vurğulayıb.
Bəziləri hesab edirdilər ki, eks-prezident Donald Trampla sonuncu teledebatın uğursuzluğundan sonra Bayden namizdəlikdən geri çəkiləcək.