Pentaqon Rusiyanın Ukrayna müharibəsində itkilərini açıqlayıb

"Ukrayna xalqı dəyanət göstərir, Ukrayna qüvvələri öz məharəti ilə dünyanı heyran edir..."

"Müharibə başlanandan ən azı 350 min rusiyalı hərbçi qətlə yetirilib və yaralanıb..."

"Təkcə 2023-cü ilin sentyabrından rusiyalı işğalçılar 2 600-dən çox döyüş maşını itirib..."

Rusiyanın qəsbkar qoşunlarının Ukraynaya 2022-ci il fevralından tammiqyaslı hərbi müdaxiləsi başlanandan 350 mindən artıq hərbçisi həlak olub və yaralanıb.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Lloyd Ostin Brüsseldə NATO-nun mənzil-qərargahında keçirilən Ukraynanın müdafiəsi məsələləri üzrə Təmas Qrupunun  ("Ramştayn-23") iclasında bəyan edib.

Nazir o cümlədən deyib ki, Ukrayna qüvvələri ağır mübarizə aparır, Kreml isə Ukraynanın şəhərləri və mülki əhalisinin, o cümlədən Xarkovun bombardman edilməsini gücləndirməkdə davam edir.

"Ukraynanın təcili olaraq öz səmasını müdafiə etmək üçün çoxlu sayda hava hücumundan müdafiə imkanlarına ehtiyacı var", - Ostin vurğulayıb.

Eyni zamanda o, vurğulayıb ki, Ukrayna xalqı dəyanət və qalibiyyət nümayiş etdirir, Ukrayna qüvvələri öz məharəti ilə dünyanı heyrətə gətirir.

"Ukrayna qoşunları Rusiyanın Xarkovda yeni hücumunu dəf edir və öz xəttdə, Ukraynanın şərqi və cənubunda möhkəm dayanıb", - Ostin qeyd edib.

Onun sözlərinə görə, Rusiya diktatorunun Ukraynaya tammiqyaslı hərbi müdaxiləsindən artıq 840 gün keçir.

"Ukrayna müdafiəçiləri rusiyalı qəsbkarlarını heyrət doğuran itkilərə məruz qoyub. 2022-ci ilin fevralından ən azı 350 min rusiyalı hərbçi həlak olub və yaralanıb. Ukrayna qüvvələri Rusiyanın Qara dənizdə 24 gəmisini batırıb və ya zədələyib", - Ostin vurğulayıb.

ABŞ müdafiə naziri əlavə edib ki, 2023-cü ilin sentyabrından Rusiya Ukraynanın cəbhə xəttində 2 600-dən çox döyüş maşınını itirib. Həmçinin təkcə may ayında rusiyalı qəsbkarlar Avdeyevkadan qərbə doğru irəliləməsi zamanı 160-dan çox döyüş maşınını itirib.

"Bu, Rusiyanın Putinin imperiya ambisiyalarına görə ödədiyi bədəlin daha bir xatırlatmasıdır", - Ostin vurğulayıb.

Bununla əlaqədar olaraq Ostin qeyd edib ki, beynəlxalq tərəfdaşlarının Ukraynaya dəstək verməsinə şübhə olmamalıdır.

Rusiyanın Ukraynada itkiləri - Ukrayna Silahlı Qüvvələrinin məlumatı

USQ Baş Qərargahının məlumatına görə, Ukraynaya tammiqyaslı hərbi müdaxilə başlanandan Rusiyanın döyüş itkiləri şəxsi heyətinin 522 810 nəfərini təşkil edib. Son sutka ərzində minədək rusiyalı qəsbkar məhv edilib.

Rusiya döyüş meydanında 7928 tank, 15 208 zirehli maşın, 13 770 artilleriya sistemi, 1099 yaylım atəşli reaktiv sistem itirib.

Share on Facebook