"İlhamə Quliyeva üçün ağlamağa dəyməz"

Əməkdar artist Elza Seyidcahan "Bir gün" verilişində qonaq olub. Sozcu.az xəbər verir ki, E.Seyidcahan illərlə küsülü olduğu mərhum Xalq artisti İlhamə Quliyevanın məzarını ziyarət edib. Müğənni proqramda müzakirələrə səbəb olacaq açıqlama verib. O bildirib ki, İlhamə Quliyeva üçün ağlamağa dəyməz.

Şvartsenegger kimə səs verəcəyini açıqladı

Məşhur Hollivud ulduzu, Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvartsenegger ABŞ prezident seçkilərində Demokratlar Partiyasının namizədi Kamala Harrisə səs verəcək. Sozcu.az xəbər verir ki, aktyor bu barədə özünün X səhifəsində yazıb. “Bu həftə Kamala Harris və Tim Foltsa (vitse-prezidentliyə namizəd) səs verəcəyəm”, - Şvartsenegger bildirib. Aktyor bununla yanaşı bildirib ki, hazırda heç bir partiya onun xoşuna gəlmir: “Respublikaçılar azad bazarın gözəlliyini unudublar, kəsiri artırıblar, seçkilərin nəticələrini rədd ediblər və demokratlar da kəsiri daha yaxşı idarə edə bilmirlər. Demokratlar Partiyasının daxili siyasəti səbəbindən ABŞ şəhərlərində cinayətlər artır”.

“Axmaq oldum ki, Təranəni alıb xanım etdim”

"Onun yanına ürəkdən getmədim. İnsanın zəng vurub təkidlə ağlamağı və arvadımın "onun heç kimi yoxdur" deməyinə görə getdim". Sozcu.az axşam.az-a istinadla xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov "Tarixin bir günü" verilişində deyib. O, keçmiş arvadı illərlə qalmaqal yaşadığı və hazırda həbsxanada olan Təranə Səmədovanın yanına getməsindən danışıb: vakansiyalar "Təranənin yanına getdiyimi paylaşıram. Çünki Təranə elə adamdır ki, sabah çıxanda hər şey gözünün qabağında olsun. Heç olmasa düşünsün ki, onu vurdum, pisliklər etdim, evini yıxdım, cadu etdim, amma mənə yaxşılıq etdi. Həbsdən çıxandan sonra mənə pislik etməsin. Onu alıb xanım etmişəm. Məndən boşanandan sonra ailə qurardı, axmaq mən oldum. Sevmədim, ona öyrəşdim. Təranə qəlbimin divarını, damını dağıdan da heç nə düşünmədi. Dedi, Kərimi məhv etməliyəm. Məni Təranə o qədər vurdu ki... Həbsə girənə kimi vurdu məni. Allaha əlimi açdım və dedim ki, elə et Təranəni mənə möhtac olsun. Etdi də".

Türkiyəli məşhur müğənni səhnədə öldü

Tanınmış türkiyəli müğənni Mətin Arolat səhnədə vəfat edib. Sozcu.az xəbər verir ki, 52 yaşındakı ifaçı mahnı oxuyarkən qəfil halı pisləşib. Ona ürək masajı edilsə də, heç bir xeyri olmayıb. İfaçı təcili yardım maşınına mindirilərək xəstəxanaya aparılıb. Xəstəxanada müğənninin vəfat etdiyi açıqlanıb.

Elza Seyidcahan bu kanalları məhkəməyə verdi

Əməkdar artist Elza Seyidcahan ATV və Baku TV-ni məhkəməyə verib.  Sozcu.az xəbər verir ki, buna səbəb müğənninin "Tüpürcəyim baldır mənim" şeiri olub. Bu haqda Elza APA TV-yə müsahibəsində deyib: "Bu şeirdə nə var ki? Efirdə gündəm üçün Elzanın adından deyirlər ki, "tüpürüm sizin ağzınıza". ATV və Baku TV-yə məhkəmədən məktub gedib. Onları bağışlayaram, amma Anar müəllimi (Azərbaycan Yazıçılar Birliyinin sədri - red.) narahat ediblər. Buna görə də mən onları məhkəməyə verdim". 

Toyda Kərimin barmağını sındırıblar - Yeni fakt

Müğənni Kərimin toyda döyülməsi ilə bağlı yeni fakt məlum olub. Sozcu.az lent.az-a istinadən xəbər verir ki, toyda fonaqramma üstündə düşən davada Kərimin barmağını sındırıblar. Polis hadisə ilə bağlı müvafiq ekspertizalar təyin edib, araşdırmalar davam etdirilir. Qeyd edək ki, müğənni Kərim toyda fonaqramma üstündə döyülüb. Hadisə sentyabrın 10-da Nizami rayonu ərazisində yerləşən şadlıq evlərindən birində baş verib.

Ağadadaş Ağayevin başı yeni qalmaqalda: Bu dəfə...

Xalq artisti Ağadadaş Ağayev yeni qalmaqalla üzləşib və barəsində məhkəmə qərarı çıxarılıb. Sozcu.az Gununsesi.info-ya istinadən xəbər verir ki, xalq artisti bu dəfə “Dəmir Bank”a olan köhnə borclarını ödəmədiyinə görə məhkəməyə verilib. Belə ki, Əmanətlərin Sığortalanması Fondu müflis elan edilmiş DəmirBank ASC qarşısında borc öhdəliyi olan Ağadadaş Ağayevdən banka olan borcunu tələb etsə də, o bunu ödəməkdən imtina edib. Nəticədə Fond xalq artistindən Binəqədi Rayon Məhkəməsinə şikayət verib. Məhkəmə Ağadadaş Ağayevin illər əvvəl bankdan götürdüyü, amma ödəmədiyi krediti və onun hesablanan faizlərini qaytarması barədə qərar çıxarıb. Araşdırmamız zamanı bu vəsaitin 50 min manata yaxın olduğu bəlli olub. Xatırladaq ki, Ağadadaş Ağayev bir müddət əvvəl məhşur “balta olayı” ilə gündəmə gəlib. Bu hadisəyə görə də cinayət işi başlanıb və istintaq aparılır.

Coni ilə bağlı ittihamlara cavab

Xəbər verdiyimiz kimi, Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihənin üzvləri Rusiya Baş Prokurorluğundan azərbaycanlı müğənni Coninin (Cahid Hüseynli) xaricdən maliyyələşməsini yoxlamağı tələb ediblər. Sozcu.az xəbər verir ki, qurum maliyyələşmənin təsdiqləndiyi halda Baş Prokurorluqdan ifaçını xarici agent kimi tanınmasını istəyib. Məsələ ilə bağlı Coninin nümayəndələri “Super”ə açıqlama veriblər. Bildirilib ki, sənətçinin Avropa turnesinin təşkilatçısı Rusiya şou-biznesində tanınan və hər il Rusiyadan olan ulduzların iştirakı ilə 100-dən çox tədbir təşkil edən konsert təşkilatçısı İqor Valyanskidir. Konsertlərin təşkilində köməklik göstərən yüzlərlə başqa adamın adı sənətçiyə məlum deyil. İfaçının nümayəndələri qeyd edib ki, məlumat təsdiqlənərsə, insidenti həll etməyə hazırdırlar: "Əgər təşkilatçı tərəfdaşlarımızın dürüstlüyünə və hərəkətlərinə dair hər hansı şübhəmiz varsa, biz həmin tərəfdaşı təşkilatçılıq prosesindən kənarlaşdırmaq üçün tədbirlər görəcəyik. Kütləvi informasiya vasitələrində yayılan məlumat təsdiqini taparsa, tur tərəfimizdən birtərəfli qaydada ləğv ediləcək".

“Cavanşir Məmmədovu onlar öldürdü” - SENSASİON AÇIQLAMA

Əməkdar artist Firuzə İbadova mərhum duet ortağı Cavanşir Məmmədovla bağlı açıqlama verib.  Axşam.az xəbər verir ki, müğənni "Astar" yutub kanalında ifaçıya həsr edilən verilişdə yer alıb. O, C.Məmmədovun qızı Xatirənin keçmiş həyat yoldaşı, Türkiyə vətəndaşı Kemal Mustafa İbli ilə aralarında yaşanan qalmaqaldan danışıb:  "Onun ürəyində 4 stend var idi. Ona böhtən atdılar, böyük şantajlar oldu. Çox böyük şantaj etdilər. Elə bir şey yox idi. Allah lənət eləsin, o insanlar cavab verəcəklər. Dünyamı dəyişmədən əvvəl həmin insanların etdiklərinin qarşılığını almasını görmək istəyirəm. Cavanşir Məmmədovun evində deyilən şayiələr kimi şeylər olmayıb. Elə bil səhnə qurdular, öyrətdilər ki, belə edək, puldan vaz keçsin. Lazımsız bir şey idi. Kaş Cavanşir Məmmədov qatılmayaydı söhbətə. Bizi övladımızla vurmaq istəyən insanlar var. Gərək getməyəydi həmin verilişlərə. Sanki onun ölümünü istədilər.  Nə qədər dünyada varamsa, əziz dostumu müdafiə edəcəyəm. Cavanşir Məmmədovun yoldaşı dünyanın ən gözəl xanımıdır. Hər iki övladı universitet bitirib. Elə insanlarda o deyilənlər olardımı? Heç vaxt".  Qeyd edək ki, Türkiyə vətəndaşı Kemal Mustafa İbli Lalə Azərtaşın verilişinə çıxaraq yardım istəyib. Mustafa aparıcıdan müğənni tərəfdən ona şər atıldığını deyərək, yardım istəyib. Mustafa İblinin Cavanşir Məmmədovdan 13 000 manat və 126 500 dollar aldığı və geri qaytarmadığı iddia olunub. M. İbli barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Mustafa təqsirli bilinərək 6 il 6 ay azadlıqdan məhrum edilib. C.Məmmədov bu ilin aprelində qəfil ürəktutmadan dünyasını dəyişib. 

Əfsanəvi Alen Delon öldü

Məşhur Fransız aktyoru, rejissor, prodüser, ssenarist olan Alen Delon vəfat edib. Sozcu.az xəbər verir ki, aktyor 88 yaşında dünyasını dəyişib. 1935-ci ildə dünyaya gələn Alen Delon 1957-ci ildən başlayaraq, kinoda şöhrət qazanıb. O, Lukino Viskonti və Mikelancelo Antonioni kimi böyük rejissorların filmlərində çəkilib, Romi Şnayder və Jan-Pol Belmondo ilə tərəf-müqabil olub, “Rokko və onun qardaşları”, “Macəraaxtaranlar”, “Leopard”, “Samuray”, “Zorro”, “Qara zanbaq”, “Yaramazın ölümü” və sair filmlərdə unudulmaz obrazlar yaradıb.

Rozanın oğlundan şok paylaşım: İşsizəm, yeməyim yoxdur...

Tanınmış müğənni Roza Zərgərlinin övladlığa götürdüyü kiçik oğlu Jerard Qafarovun İnstaqram hesabındakı paylaşımı diqqət çəkib. Sozcu.az xəbər veir ki, işsiz olduğunu, yeməyə pul tapmadığını qeyd edib. “4-5 gündür işsizəm. İş tapa bilmirəm. Evdə yeməyim yoxdur. Neçə gündür yemək də yeyə bilmirəm. Əgər kiminsə imkanı çatırsa, mənə kömək ola bilər, yemək alım. İmkanı olan yazsın, kart ataram, pis vəziyyətdəyəm”. Qeyd edək ki, R.Zərgərlinin Jerarddan başqa daha bir övladlığa götürdüyü oğlu da Corc Qafarovdur. O, aktyorluqla məşğuldur. Corc və Jerar Qafarovlar qardaşdırlar. Bundan başqa müğənninin Natəvan adlı övladlığa götürdüyü, Bənövşə adlı isə doğma qızı var.

"Bəxtim az gətirdi, amma hələ ümid var"

Aktrisa Zümrüd Qasımova sosial media hesabında paylaşım edib. Sozcu.az xəbər verir ki, aktrisa yeni fotolarını yayımlayaraq  2 avqust – Azərbaycan Kinosu Günü ilə bağlı bu ifadələri yazıb: "Kino sahəsində bəxtim az gətirdi. Amma hələ ümid var. Bayramımız mübarək olsun".