Samir Piriyev: "Hər dəfə toya getməmişdən əvvəl iki boşqab makaron yeyirəm"

Müğənni Samir Piriyev hər dəfə toya getməzdən əvvəl iki boşqab makaron yeyir.

Sozcu.az xəbər verir ki, o bu barədə "Qonaqcanlı" verilişində danışıb.

"Hər dəfə toya getməmişdəm iki-üç saat əvvəl iki boşqab makaron yeyirəm. O qədər mənə enerji, güc verir. Hətta kokteyllərim var. Ancaq toy günləri istifadə edirəm. Mənə elə güc verir, gümrah oluram, toyda bir qram yorulmuram. Bunu mənə vokal müəllimim Xalq artisti Samir Cəfərov məsləhət görüb. Zarafat edibsə də, özümü inandırmışam..." - müğənni deyib.

Share on Facebook