"Qorxmaz Əlilicanzadə efirdə əsəbi danışır"

"Nə lazımdırsa bütün işləri görmüşəm. Amma o demək deyil ki, qane olmalısan".

Sozcu.az xəbər verir ki, bu sözləri müğənni İzzət Bağırov dicey Kazım Sübhanın 106.3 FM-də qonağı olarkən deyib. Sənətçi aktyorluq etməsini qınayanlara cavab verib:

"Aktyorluq sənətini bitirib, diplomum olduğu üçün haqqımdı aktyorluq etmək".

İ.Bağırov küsülü olduğu Əməkdar artist Qorxmaz Əlilicanzadə ilə bağlı "Qorxmaz Əlilicanzadə möhtəşəm prodüsserdir. Prodüserlik işini mükəmməl bilir. İndi o qədər öz qabında olmayanlar gəlib keçib ki, qabağa... O, əsəbiləşib efirdə danışır. Bilirəm niyə əsəbiləşir"  sözlərini deyib. 

Bayağı ifaçılardan danışan Bağırov "Şikayət etmirəm. Şikayətçi olsam da kimlərin haqqında danışım? Hamısı dostumuzdur. Və də nəticə verməyəcək. Həmin insanların pərəstişkarları səni sürüməyə başlayacaq" sözlərini əlavə edib. axşam.az)

Share on Facebook