Nigar Camalın maşınına hücum edən şəxs saxlanıldı

Müğənni Nigar Camalın avtomobilinə hücum edən şəxs saxlanılıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, avtomobilə hücum edən həmin şəxs müəyyən olunub və polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb. Hazırda faktla bağlı araşdırma aparılır və araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

Nigar Camalın avtomobilinə hücum edildi - Video

Tanınmış müğənni, 2011-ci ildə "Avroviziya" musiqi yarışmasının qalibi Nigar Camalın avtomobilinə hücum olunub. Sozcu.az Yenilik.az-a istinadla xəbər verir ki, bununla bağlı sənətçi sosial şəbəkə səhifəsində paylaşım edib. Belə ki, Nigar avtomobili ilə yolla hərəkət etdiyi zaman digər nəqliyyat vasitəsinin sürücüsü onun qarşısına keçib. Daha sonra avtomobildən enən şəxs Nigarın avtomobilinə yaxınlaşaraq, ondan pəncərəni açmağı tələb edib. Nigarın pəncərəni açmadığını görən şəxs onun avtomobilinin güzgüsünə zərbə endirərək sındırıb.