Fevralın 6-da Bakının Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin şagirdi müəllimi güllələyib. Şagird atasına məxsus ov silahı ilə təhsil müəssisəsinə gələrək orada riyaziyyat müəllimi işləyən 1997-ci il təvəllüdlü Şəhla Kamilovaya atəş açıb. Güllə yarası alan müəllim xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
“İdrak” liseyi Azərbaycanda ödənişli təhsil verən məktəblərdən biridir və şagirdlər burada illik 10000 - 16500 AZN arası təhsil haqqı ödəyirlər.
Sozcu.az xəbər verir ki, lisey həmçinin bir sıra məşhur simaların övladlarına da təhsil verib və verməkdə davam edir. Onların arasında:
Aparıcılar Zaur və Günay Baxşəliyevanın qızı Dilavər
Əməkdar artist Aqşin Abdullayevin oğlu Akif
Rəqqasə Fatimə Fətəliyevanın oğlu Hüseyn (Əvvəl təhsil alıb)
Müğənni Nazənin Salayevanın oğlu Orxan
Mərhum reper Hüseyn Dəryanın oğlu Cahangir Dərya (yenisabah)
