"Onların etdiyi böyük tərbiyəsizlikdir" - Roza Zərgərli

"Dünya səhnələrinə baxsaq, oturaraq ifa edən bir çox müğənni var. Bu həm də mahnılara düşünülmüş səhnə idi".

Sozcu.az xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli "Afaqla onlar" verilişində deyib. 

O, səhhətində yaranmış problemdən danışıb: 

"Mənim bu hərəkətimi səhhətimdə problem var kimi göstərən sosial şəbəkədəki hər kəsə çox əsəbiləşdim. Bu, çox böyük tərbiyəsizlikdir. Mənim ayağımda olan problemi illərdir hər kəs bilir. Vəziyyətim ağırlaşmışdı. Yayda əməliyyat olundum və şükürlər olsun ki, hər şey yaxşıdır. Əməliyyatdan sonra baş tutan konsertimi təxirə sala bilmədiyim üçün orada axsamağım hiss olunurdu".

Share on Facebook