Məşhur türkiyəli müğənni, 38 yaşlı İrəm Derici narkotik istifadəsini təşviq ittihamı ilə İstanbulda, Şişlidəki evində saxlanılıb.
Sozcu.az xəbər verir ki, bu barədə məlumatı İstanbul Baş Prokurorluğu yayıb.
Bundan başqa, məşhur müğənnilər - Hadisə, Simge Sağın, Ziynet Sali, aktrisalar - Özge Özpirinçci, Berrak Tüzünataç, Demet Evqar, Ceren Moray Orcan, aktyorlar - Aral Keskin, Kaan Yıldırım, Mert Yazıcıoğlu, Kubilay Aka, Mətin Akdülger, məşhur fenomenlər - Ceren Moray Orcan, Dilan Polad, Engin Polad, Duyğu Özaslan Mutaf, tanınmış vəkil Feyza Altun, tanınmış aparıcı Defne Samyelinin qızları - Deren və Derin Talu, eyni zamanda Zeynəb Meric də narkotikdən istifadəni təşviq etmək ittihamı ilə aparılan istintaq çərçivəsində saxlanılıblar.