Oktay Kaynarca ev dustaqlığına buraxıldı

Türkiyəli aktyor Oktay Kaynarca və müğənni Emel Müftüoğlu məhkəmə nəzarəti şərti ilə ev dustaqlığına buraxılıb.

Sozcu.az xəbər verir ki, istintaq tədbirləri çərçivəsində saxlanılan tanınmış şəxslər əməliyyatlardan sonra ədliyyəyə gətirilib və Sülh Cəza Hakimliyinə təqdim olunublar.

Oktay Kaynarca saxlanılması ilə bağlı qısa açıqlama verərək, uzun illərdir narkotiklə mübarizə apardığını və bu cür əməliyyatları dəstəklədiyini bildirib.

Share on Facebook