Bu gün böyük gündür - TRAMP

ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçiriləcək görüş barədə hisslərini bölüşüb. Sozcu.az xəbər verir ki, o, bugünkü günü “böyük gün” adlandırıb və heç vaxt bu qədər Avropa liderinin eyni vaxtda Ağ Evə toplaşmadığını deyib. “Bu Amerika üçün böyük şərəfdir. Nəticələrin nə olacağını görəcəyik”- Tramp qeyd edib. Xatırladaq ki, bu gün Ağ Evdə ABŞ prezidenti, Avropa liderləri və Ukrayna prezidenti Volodimir Zelenski arasında görüş keçiriləcək.

Şəhidlər Xiyabanında video çəkənlər bu ölkənin vətəndaşları imiş

Xəbər verdiyimiz kimi, avqustun 17-də üç əcnəbi Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşıblar. Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər üç şəxs saxlanılaraq istintaqa cəlb edilib. Sozcu.az-ın məlumatına görə, saxlanılan şəxslərin Səudiyyə Ərəbistanının vətəndaşları olduğu bildirilir. Artıq müvafiq ölkənin səfirliyinin öz vətəndaşları ilə maraqlandıqları qeyd olunur. Başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. Xatırladaq ki, Qəbir və ya meyit üzərində təhqiredici hərəkətə görə məsuliyyət cəlb edilən şəxslə iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Aeroport yolunda ağır qəza: ölən və xəsarət alanlar var

Bakı şəhəri Suraxanı rayonu, Aeroport şosesində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Üçdən çox nəqliyyat vasitəsinin iştirakı ilə baş verən qəza səbəbindən mərkəz istiqamətində sıxlıq yaranıb. Report-un əldə etdiyi məlumata görə, qəza zamanı ölən və xəsarət alanlar var.

“Azərbaycana qoşun yeridək” – Rusiyadan Azərbaycana təhdid

Rusiya Dövlət Dumasının müdafiə komitəsinin üzvü Andrey Kolesnik Azərbaycanı və hökumətini hədəf alan sərt və etikadan uzaq açıqlama verib. Sozcu.az musavat-a istinadən xəbər verir ki, O, dövlət rəhbərliyinin ünvanına təhqirlər yağdırıb. Kolesnik Bakının Ukraynaya 2 milyon dollarlıq yardım göndərməsi fonunda Rusiyanın “istənilən vaxt bölgəyə qoşun yeridə biləcəyini” söyləyib. Digər deputat Andrey Quruylev isə bundan da irəli gedərək, Moskvadan Azərbaycana qarşı iqtisadi sanksiya — “import qadağası” və Rusiyadakı azərbaycanlı sahibkarlara qarşı “təzyiqlər” çağırışı edib.

Qusarda ana doğuşdan sonra öldü

Qusar rayonunda ana doğuşdan sonra ölüb. Sozcu.az xəbər verir ki, Qusar Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə gətirilən rayonun Piral kənd sakini, 1994-cü il təvəllüdlü Yasəmən Ospatova qeysəriyyə əməliyyatından iki gün sonra ölüb. Yaxınları onun əməliyyatdan sonra komaya düşdüyünü, ötən gün xəstəxanada öldüyünü bildiriblər. Y.Ospatovanın avqustun 11-də dünyaya gətirdiyi körpənin (qız) vəziyyəti yaxşıdır, səhhətində heç bir problem yoxdur. Bu, onun ikinci hamiləliyi olub.

Bulvara giriş bağlandı: Bildirişlər göndərilir

Sosial şəbəkələrdə bu gündən etibarən bulvar ərazisində müvəqqəti məhdudiyyətlər tətbiq ediləcəyi ilə bağlı məlumatlar yayılıb. Sozcu.az-ın Operativ Media-ya istinadən məlumatına görə, bu barədə ölkədə fəaliyyət göstərən bəzi skuter tətbiqləri vətəndaşlara bildiriş göndərib. Məlumata görə, Formula 1 yarışları başlamazdan bir neçə gün əvvəl bulvar ərazisində müvəqqəti məhdudiyyətlər tətbiq olunur. Bu zaman isə Dənizkənarı Bulvar İdarəsi tərəfindən əhaliyə əvvəlcədən məlumat verilir. 

Son dəqiqə: Kəlbəcərdə 5 hərbçimiz minaya düşdü

Kəlbəcər rayonunda müddətdən artıq xidmət edən hərbçimiz minaya düşüb. Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, 1986-cı il təvəllüdlü Emin Tanrıverdiyev minaya düşüb. O, xəstəxanaya çatdırılıb, vəziyyəti kafidir. Məlumat üçün bildirək ki, hərbiçimiz üç ildən artıqdır müddətdən artıq hərbi qulluqçu kimi xidmət edir. E.Tanrıverdiyev Goranboy rayon sakinidir. *** Kəlbəcərdə minaya düşən Azərbaycan hərbçilərin sayı beş nəfər imiş. Kəlbəcər rayonunun Vəng kəndində “Ural” markalı hərbi avtomobilin tank əleyhinə minaya düşməsi nəticəsində Emin Tanrıverdiyevlə yanaşı, digər hərbi qulluqçular – 1987-ci il təvəllüdlü Emin Əhmədov, 1996-cı il təvəllüdlü Nicat Nuruyev, 1983-cü il təvəllüdlü Rabil İsmayılov və 1996-cı il təvəllüdlü Muşfiq Qarayev də müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisənin təfərrüatı araşdırılır.

Azərbaycan Ordusu ermənilərə atəş açıb? - Rəsmi açıqlama

Sünik rayonu ərazisindəki döyüş mövqeləri arasında yol tikinti işləri aparan ekskavatora avqustun 4-də saat 13:10 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat həqiqəti əks etdirmir. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən həmin istiqamətdə atəş açılmayıb.

Rusiyanın şok itkiləri

Ukrayna müharibənin 1258-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 057 140 hərbçi, 11 069 ədəd tank, 23 079 ədəd zirehli döyüş maşını, 31 053 ədəd artilleriya sistemi, 1 452 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 203 hava hücumundan müdafiə sistemi, 421 ədəd hərbi təyyarə, 340 ədəd helikopter, 57 244 ədəd avtomobil texnikası, 49 451 ədəd PUA, 3 553 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 935 xüsusi avadanlıq itirib.

Azərbaycan hava məkanı Ermənistan üçün açıqdır?

Azərbaycanın hava məkanı nəzəri cəhətdən Ermənistandan gələn mülki təyyarələr üçün açıqdır, lakin onlar oradan uçmurlar. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistanın Mülki Aviasiya Komitəsinin açıqlamasında bildirilib. “Azərbaycanın hava məkanı Ermənistanın mülki təyyarələri üçün açıqdır, lakin praktikada Ermənistanın aviasiya operatorları göstərilən ərazidən uçmurlar ki, bu da sonuncunun daxili qərarları ilə bağlıdır”, - deyə məlumatda qeyd edilib.

Böyük Britaniyada təyyarə reysləri dayandırıldı

Böyük Britaniyada hava nəqliyyatında ciddi texniki nasazlıq yaşanır. Sozcu.az xəbər verir ki, Londonun Hitrou, Qatvik və London Siti hava limanlarında bütün uçuşlar müvəqqəti olaraq dayandırılıb. Milli Hava Hərəkəti Xidməti (NATS) bildirib ki, təhlükəsizliyi təmin etmək məqsədilə Londonun hava nəzarət zonasında uçuşların sayı məhdudlaşdırılıb. Nasazlığın NATS-ın Svanvikdə yerləşən hava nəzarət mərkəzindəki texniki problemdən qaynaqlandığı qeyd olunub. Londonun Qatvik hava limanından verilən açıqlamada bildirilir ki, hazırda hava limanından heç bir təyyarə havaya qalxmır və problem aradan qaldırılanadək bütün uçuşlar dayandırılıb. Gələn reyslər isə davam edir. Sərnişinlərə öz hava yolları ilə əlaqə saxlayaraq reys statusunu yoxlamaları tövsiyə olunur. Oxşar vəziyyət Şotlandiyanın Edinburq hava limanında da müşahidə olunur. Burada da bütün uçuşlar dayandırılıb və əlavə məlumat üçün gözlənilir. Hazırda nasazlığın nə vaxt aradan qaldırılacağı məlum deyil. NATS və hava limanları problemi aradan qaldırmaq üçün birgə çalışdıqlarını bildiriblər.

Azərbaycanda bir gündə ikinci zəlzələ oldu

10:09 Yerli vaxtla saat 5:46-da Xəzər dənizində 3,2 maqnitudalı zəlzələ olub. Sozcu.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb. Məlumata görə, zəlzələ ocağı 68 kilometr dərinlikdə yerləşib. *** Zaqatala-Qax sərhədində zəlzələ olub. Sozcu.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla 04:59-da 3.3 maqnitudalı və 17 km dərinlikdə qeydə alınıb.