Əgər Donald Tramp Qrenlandiyaya hücum əmri versə, amerikalı hərbçilər onun əmrinə tabe olmamalıdır.
Sozcu.az xəbər verir ki, bunu amerikalı demokrat konqresmen Ted Lieu özünün X səhifəsində yazıb.
"Hörmətli ABŞ Hərbi Hava Qüvvələri, ABŞ Hərbi Dəniz Qüvvələri, ABŞ ordusu və ABŞ Dəniz Piyadaları Korpusu: Qrenlandiya NATO müttəfiqi olan Danimarkanın bir hissəsidir. Əgər Tramp Konqresin təsdiqi olmadan Qrenlandiyaya hərbi hücum əmri verərsə, bu, qanunsuz bir əmr olardı. Siz bu qanunsuz əmrə tabe olmayacaqsınız. Siz Trampa deyil, Konstitusiyaya and içmisiniz", - konqresmen bildirib.
Qeyd edək ki, "Deyli Meyl” qəzeti mənbələrə istinadla Trampın ABŞ ordusuna Qrenlandiyanı işğal etmək planı hazırlamağı tapşırdığını bildirmişdi.
