Bakı metrosunda ölüm...

Bu gün saat 11:30 radələrində metronun “20 Yanvar” stansiyasının palatformasında bir nəfər kişi cinsli sərnişinin halı pisləşib.

Bu barədə Sozcu.az-a Bakı Metropoliteni QSC-dən məlumat verilib.

Bildirilib ki, dərhal əraziyə təcili tibbi yardım xidməti çağırılsa da, sərnişinin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə qatarların hərəkət intervalına təsir etməyib, yubanma baş verməyib.

Share on Facebook