Bakı şəhəri, Maştağa-Buzovna avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə dekabrın 18-də saat 19:00-da baş verib.
Belə ki, Maştağa-Buzovna avtomobil yolunda 90 TR 152 dövlət nömrə nişanlı "Opel" markalı avtomobilin sürücüsü idarə etdiyi nəqliyyat vasitəsi ilə yolu keçmək istəyən piyadanı vurub. Bundan sonra o, idarəetməni itirərək qarşı yolda hərəkətdə olan 50 DU 990 dövlət nömrə nişanlı "Niva" markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində "Niva" markalı avtomobilin sürücüsü M.Dəmirov ölüb, "Opel" markalı avtomobilin sürücüsü və piyada xəsarət alıb.
Faktla bağlı cinayət işi açılıb, Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.
