Ukrayna “Lukoyl”un zavodunu vurdu

Ukrayna ordusu Stavropol diyarının Budyonnovsk şəhərində yerləşən “Lukoyl” şirkətinə məxsus “Stavrolen” neft-kimya zavoduna hücum edib.

Sozcu.az xəbər verir ki, bu barəsə “Astra” Teleqram kanalı məlumat yayıb.

Hücum nəticəsində zavodda yanğın baş verib.

“Stavrolen” Rusiyada polietilen və polipropilenin əsas istehsalçılarından biridir. Zavod ildə təxminən 340 min ton etilen, 319 min ton polietilen və 113 min ton polipropilen istehsal edir.

Share on Facebook