Xəzərdə Rusiyanın neft platforması vuruldu

Ukrayna Təhlükəsizlik Xidməti “Lukoyl-Nijnevoljskneft” şirkətinə məxsus Filanovski adına neft hasilatı platformasına PUA-larla zərbə endirib.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna mediası mənbələrə istinadən məlumat yayıb.

“Bu, Ukraynanın Xəzər dənizində neft hasilatı ilə bağlı Rusiya infrastrukturuna ilk zərbəsidir. Dəniz platformasında ən azı dörd zərbə qeydə alınıb. Hücum nəticəsində xidmət göstərən 20-dən çox quyudan neft və qaz hasilatı dayandırılıb. Bu yataq Xəzər dənizinin Rusiya sektorunda ən böyük kəşfiyyat olunmuş yataqlardan biridir. Onun ehtiyatları 129 milyon ton neft və 30 milyard kubmetr qaz təşkil edir. Çıxarılan məhsullar Xəzər Boru Kəməri Konsorsiumu vasitəsilə ixrac edilir”, - mənbə bildirib.

Share on Facebook