Azərbaycanda general qəfil vəfat etdi

Təqaüddə olan general-mayor Rasim Əliyev vəfat edib. Sozcu.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, general bu gün səhər qəfil dünyasını dəyişib. Qeyd edək ki, Rasim Əliyev son olaraq Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi-Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini olub. İkinci Qarabağ Müharibəsindən sonra yaş həddi ilə bağlı təqaüdə göndərilib.

"Sputnik"in icraçı direktoru azadlığa buraxıldı

Bakıda həbs edilən “Sputnik Azərbaycan”ın icraçı direktoru İqor Kartavıx sərbəst buraxılıb. Sozcu.az xəbər verir ki, bu barədə “Kommersant”a Putinin köməkçisi Yuri Uşakov deyib. O əlavə edib ki, Rusiya tərəfi də Rusiya ərazisində saxlanılan Azərbaycan vətəndaşlarından birini azad edib. Danışıqlar ilk növbədə prezidentlərin köməkçiləri səviyyəsində aparılıb. “Kommersant” yazır ki, Yuri Uşakov bilavasitə azərbaycanlı həmkarı Hikmət Hacıyevlə işləyib və bu barədə qərar Vladimir Putinlə İlham Əliyevin Düşənbədə keçirilən görüşü ərəfəsində verilib. *** “Sputnik Azərbaycan”ın baş redaktoru İqor Kartavıxın barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığına dəyişdirilib. O, hazırda Bakıdadır. Bu barədə “Rossiya Seqodnya” beynəlxalq media qrupunun baş direktoru Dmitri Kiselyov məlumat verib.

Qəzzada döyüşlər dayandırıldı - TƏCİLİ

Qəzza zolağında atəşkəs razılaşması qüvvəyə minib. Sozcu.az xəbər verir ki, məlumatı Misirin “Al Qahera News” telekanalı yayıb. İsrail Baş naziri Benyamin Netanyahunun ofisi isə açıqlayıb ki, atəşkəs razılaşması yalnız bu axşam İsrail hökuməti tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək. Baş nazirin ofisindən bildirilib ki, sənədin təsdiqi üçün bu gün saat 17:00-da (Bakı vaxtı ilə 20:00) Təhlükəsizlik Kabinetinin iclası keçiriləcək. Kabinetə ölkənin müdafiə, təhlükəsizlik və xarici siyasət məsələlərində qərar qəbul edən əsas nazirlər daxildir. Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə İsrail və HƏMAS arasında atəşkəs razılaşması imzalanıb. Tramp bəyan edib ki, “bütün girovlar çox yaxın zamanda azad ediləcək” və İsrail qüvvələri razılaşdırılmış xəttə qədər geri çəkiləcək. Qəzza atəşkəsi ABŞ, Qətər, Misir və Türkiyənin birgə diplomatik səylərinin nəticəsi kimi qiymətləndirilir.

Tbilisidə etirazlar başladı

Oktyabrın 4-də Gürcüstanda keçirilən yerli seçkiləri boykot edən müxalifət partiyalarının nümayəndələri Tbilisinin mərkəzi Rustaveli prospektində mitinq keçirirlər. Sozcu.az xəbəri verir ki, mitinqə bəzi bölgələrdən iştirakçılar, eləcə də tələbələr qatılır. Tbilisinin bəzi ərazilərindən yürüşlə aksiyaya qoşulanlar da var. Rustaveli prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Aksiyanın əsas səhnəsi Azadlıq meydanında, Tbilisi Şəhər Şurasının binası qarşısında quraşdırılıb. Təşkilatçılardan biri olan “Rustaveli prospekti” hərəkatının lideri Paata Burçuladze deyib ki, aksiyada qətnamə qəbul ediləcək və həmin andan hakimiyyət xalqın əlində olacaq. Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib. İctimai təhlükəsizliyin qorunmasına əlavə polis qüvvələri cəlb olunub. Mitinq hələlik dinc şəraitdə davam edir. Qeyd edək ki, Gürcüstanın Daxili İşlər Nazirliyi təşkilatçıları və iştirakçıları aksiyanı qanunla müəyyən edilmiş çərçivədə keçirməyə çağırıb. İstənilən qanun pozuntusuna müvafiq hüquqi cavabın veriləcəyi bildirilib.

Tramp imzaladı: Bu ölkəyə hücum - ABŞ-a hücumdur!

ABŞ Prezidenti Donald Tramp Qətərə təhlükəsizlik zəmanəti verən order imzalayıb. Sozcu.az APA-ya istinadən xəbər verir ki, sənədə əsasən, ABŞ Qətərə qarşı istənilən silahlı hücumu Vaşinqtona təhdidi olaraq qiymətləndirəcək və Qətəri təhlükəsizlik zəmanəti ilə təmin edəcək. Qətərə qarşı edilən hücum Amerikanın təhlükəsizliyinə təhdid hesab olunacaq. “Qətər dövlətinə qarşı xarici aqressiyadan qaynaqlanan təhdidlər fonunda, Qətər dövlətinin təhlükəsizliyini və ərazi bütövlüyünü zəmanət altına almaq və onu xarici hücumlara qarşı qorumaq ABŞ-ın siyasətidir. Qətərə hücum halında ABŞ diplomatik, iqtisadi və lazım olarsa, hərbi xarakterdə olmaqla, bütün qanuni tədbirləri həyata keçirəcək və Amerikanın maraqlarını qoruyacaq”, - Trampın imzaladığı orderdə qeyd olunub.

Xəzərdə atom elektrik stansiyası yarana bilər

Qazaxıstan gələcəkdə Xəzər dənizinin sahilində aşağı gücə malik atom elektrik stansiyası tikə bilər. Sozcu.az xəbər verir ki, bunu Qazaxıstanın energetika naziri Almasadam Satkəliyev deyib. “Xəzər sahili kiçik və orta tutumlu reaktorlara malik atom elektrik stansiyası üçün potensial yer kimi nəzərdən keçirilir. Bütün əsas prinsiplərə - texnologiyaya, təhlükəsizlik və su obyektlərinə əsaslanan atom elektrik stansiyasının tikintisinin mümkünlüyü ilə bağlı yaxın gələcəkdə müvafiq araşdırma aparılacaq. Biz başa düşürük ki, bu, perspektivli platformadır”, - o bildirib.

Tramp icazə verdi: Rusiya ağır raketlərlə vurulacaq

ABŞ prezidenti Donald Tramp Ukraynanın Rusiyanın dərinliklərinə Amerika silahları ilə zərbə endirməsinə qarşı çıxmır. Sozcu.az xəbər verir ki, bunu Trampın xüsusi nümayəndəsi Kit Kelloq "Fox News" telekanalına açıqlamasında bildirib. Kelloqun sözlərinə görə, prezidentin, vitse-prezident Ceyms Vensin və dövlət katibi Marko Rubionun açıqlamalarını nəzərə alsaq, Ukraynanın Rusiya ərazisinə uzaqmənzilli zərbələr endirməsinə Tramp administrasiyasının razılıq verdiyini demək olar. O qeyd edib ki, ABŞ-ın Kiyevə “Tomahawk” tipli raketlərin verilməsi ilə bağlı qərar hələ qəbul edilməyib. “Bu məsələ ilə bağlı yekun qərar yoxdur”, - deyə Trampın nümayəndəsi qeyd edib. Xatırladaq ki, bundan əvvəl Tramp Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdə Kiyevin uzaqmənzilli Amerika silahlarından istifadə etməsinə qoyulan məhdudiyyətlərin götürülə biləcəyini istisna etməyib. Lakin ABŞ lideri hələlik bu istiqamətdə birbaşa öhdəlik götürməkdən yayınmayıb.

Müəllimləri daşıyan mikroavtobus aşdı - 10-dan çox yaralı var

Şəmkir-Gədəbəy avtomobili yolunun Gədəbəy rayon ərazisindən keçən hissəsində baş verən yol qəzasında 20-ə yaxın insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Sozcu.az-ın məlumatına görə, onlar Ulduz Babayeva, İmarət İsgəndərova, İlahə Əliyeva, Xədicə Baxşəliyeva, Məryəm Babayeva, Nailə Məmmədova, İlahə Tağıyeva, Türkan Məcidli, Əfsanə Kazımova, Səbinə Əliyeva, Nərmin Məhərrəmqızı, Bəhruz Bayramov, Emilya Vəliyeva, Pərviz Quliyev və daha bir neçə nəfərdir. Gədəbəy və Şəmkir Rayon Mərkəzi xəstəxanalarında tibbi yardım göstərilən şəxslərdən bəziləri ambulator müalicə üçün evə buraxılıb. *** 09:22 Şəmkir-Gədəbəy avtomobili yolunun Gədəbəy rayon ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib. Sozcu.az-ın məlumatına görə, minik avtomobili ilə toqquşan mikroavtobus idarəetmədən çıxaraq aşıb. Qəzada 10-dan çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlara hazırda Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilir. Mikroavtobus müəllimləri Gəncədən Gədəbəyə işə aparırmış. Fakt araşdırılır.

“Xankəndi” qara siyahıya salına bilər

Avropa Birliyi Azərbaycanın “Xankəndi” tankerini Rusiyaya qarşı 19-cu sanksiyalar paketinin layihəsinə daxil edib. Sozcu.az Unikal-a istinadla xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Aİ bunu Rusiyanın “kölgə donanmasının” bir hissəsi hesab edir. Paket hələ AB-yə üzv dövlətlər tərəfindən qəbul edilməyib, lakin hazırlıq mərhələsindədir. Bundan əvvəl Azərbaycanın “Şuşa” və “Qarabağ” tankerləri AB-nin sanksiyalar paketinə daxil edilib.

Təqaüdçü və tələbələr üçün “yol pulu”nda GÜZƏŞT EDİLƏCƏK - RƏSMİ

Yeni qaydaların əsas məqsədlərindən biri bütün avtobuslarda vahid, nağdsız ödəniş sisteminin tətbiqidir. Yalnız bu imkan tam təmin olunduqdan sonra təqaüdçülər, tələbələr və digər sosial kateqoriyadan olanlar üçün güzəştli gediş haqqı mexanizmlərinin tətbiqi mümkün olacaq. Sozcu.az xəbər verir ki, bu sözləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərmandan irəli gələn məsələlərə həsr edilən brifinqdə çıxışı zamanı deyib. O qeyd edib ki, yeni qaydalar hər bir daşıyıcını sürətli şəkildə nağsız ödəniş sisteminə təşviq edəcək. “Böyük sayda fərdi avtomobillərin şəhərə daxil olması sıxlıq, tıxac yaradır və bununla yanaşı şəhərin bir çox yerində ümumi hərəkətin intensivliyinə, ictimai nəqliyyatın hərəkətinə, mikromobillik vasitələrin təhlükəsiz sürüşlərinə maneə yaradır, ekoloji vəziyyəti pisləşdirir, səs kirliliyi artırır. Ödənişli hərəkət zonalarının tətbiqi sözügedən problemləri həll etməyə yönəlmiş beynəlxalq təcrübədir”,- deyə o bildirib.

Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum

Gürcüstanın Şida Kartli bölgəsinin Kareli rayonunda Azərbaycanın SOCAR şirkətinə məxsus avtomobilə silahlı hücum olub. Sozcu.az xəbər verir ki, hadisə hakim “Gürcü arzusu” partiyasının ofisinin yaxınlığında qeydə alınıb. İlkin məlumatlara əsasən, insident zamanı xəsarət alan olmayıb. Detallar məlum deyil. Gürcüstan Daxili İşlər Nazirliyi insidentlə bağlı istintaqa başladığını açıqlayıb. Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı bir nəfəri saxlayıblar. (Mənbə: Report)

Almaniya xəbərdarlıq etdi: İranı təcili tərk edin

Almaniya hökuməti İranda olan vətəndaşlarına müraciət edərək onları təcili şəkildə oranı tərk etməyə çağırıb. Sozcu.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb. Uçuşların ləğv oluna biləcəyi üçün vətəndaşların təcili olaraq quru yola İrandan çıxmaları tövsiyə olunub.