Füzulidə açıq ərazi yanır - Helikopter cəlb olundu

Füzuli rayonu Yuxarı Yağlıvənd kəndi yaxınlığında dağlıq ərazidə açıq sahədə yanğın baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumatla əlaqədar əraziyə FHN-in Aviasiya dəstəsinin helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

ABŞ-ın Şaraya inamı sarsılır? – Barakdan qeyri-adi paylaşım

Prezident Trampın sanksiyaları ləğv etmək qərarı Suriya xalqına illərin ağlasığmaz əzab və vəhşiliklərindən kənara çıxmaq şansı verən prinsipial addım idi. Beynəlxalq ictimaiyyət əsasən yeni yaranan Suriya hökumətinə dəstək verərək, onun ağrılı mirasdan ümidli gələcəyə keçməyə çalışmasını ehtiyatlı nikbinliklə izləyir. Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ-ın Türkiyədəki səfiri və Suriya məsələləri üzrə xüsusi nümayəndə Tom Barak X hesabında qeyd edib. “Bununla belə, bu kövrək ambisiya indi dərin sarsıntının kölgəsindədir, çünki yerdə döyüşən qrupların qəddar hərəkətləri hökumətin nüfuzunu sarsıdır və nizam-intizamı pozur. Bütün fraksiyalar dərhal silahlarını yerə qoymalı, hərbi əməliyyatları dayandırmalı və qəbilələrin intiqamını dayandırmalıdırlar. Suriya kritik bir nöqtədə dayanır - sülh və dialoq qalib gəlməlidir və indi qalib gəlir”, - paylaşımda bildirilib.

Moskvaya hücum: Rusiya paytaxtının hava limanları bağlandı

Rusiyada iyulun 19-20-də uçuşların məhdudlaşdırılması səbəbindən 134 təyyarə alternativ aerodromlara yönləndirilib. Sozcu.az xəbər verir ki, bu barədə “Rosaviasiya” məlumat yayıb. Bildirilib ki, Şeremetyevoda 78, Vnukovoda 45, Domodedovoda 8, Jukovskidə 3 təyyarə alternativ limana göndərilib. Hazırda məhdudiyyət aradan qaldırılıb və aviaşirkətlər və hava limanları müntəzəm uçuş cədvəlinə qayıtmaq üçün gücləndirilmiş iş rejimində işləyirlər. Qeyd edək ki, Rusiya MN Moskva vilayətində bu gecə 19 PUA vurduğu haqda məlumat yayıb.

İrana casusluq edən İsrail əsgəri həbs edildi

İsrailin daxili təhlükəsizlik xidməti Şin Bet, polis və hərbi kəşfiyyatın birgə əməliyyatı nəticəsində İranın kəşfiyyat xidmətləri ilə əlaqədə şübhəli bilinən bir İsrail əsgəri saxlanılıb. Sozcu.az Əl Ərıbiyyə telekanalına istinadən xəbər verir ki, saxlanılan hərbçi pul qarşılığında İran tərəfinə dövlət təhlükəsizliyi ilə birbaşa əlaqəli olmayan məlumatlar ötürüb. Bu məlumatlara İsrail ərazisinə düşən raketlərin fotoşəkilləri və hərbi dinləmələrin videoyazıları da daxildir. İsrail rəsmiləri hadisəni ciddi casusluq faktı kimi qiymətləndirərək istintaqın davam etdiyini bildiriblər. Eyni gün ərzində daha bir casusluq hadisəsi qeydə alınıb. Negev bölgəsindən olan 33 yaşlı bir müəllimin də İran kəşfiyyatı ilə əməkdaşlıq etdiyi və onların tapşırıqlarını yerinə yetirdiyi bildirilir.

İstilər 41 dərəcəyə çatanda bu yerlərdə işlər dayandırılmalıdır! - RƏSMİ

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, işçilər havanın temperaturu azı 41 dərəcə selsidən çox olan isti və açıq şəraitli iş yerlərində işləyərkən onlara müəyyən olunmuş qaydada fasilələr verilir və iş dayandırılır. Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib. Bildirilib ki, fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilir. Məlumatda qeyd olunub ki, iş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. Həmçinin, işəgötürən ilin isti vaxtlarında açıq havada və isti sexlərdə çalışan işçilərin istirahəti üçün otaqlar da hazırlamalıdır. Qurumdan əlavə edilib ki, istehsalın fasiləsiz xarakterli olması ilə əlaqədar işi dayandırmağın qeyri-mümkün olduğu yerlərdə işin dayandırılması bir-birini əvəz edən növbələr müəyyən olunması ilə əvəz edilir. Belə ki, növbələrin bir-birini əvəz etməsi isə həmkarlar ittifaqları təşkilatının razılığı ilə işəgötürən tərəfindən müəyyən olunur.  “İşlərin dayandırılması və fasilələr verilməsi, habelə bu fasilələrin sayının və müddətinin müəyyən edilməsi işəgötürənlə həmkarlar ittifaqları təşkilatının birgə qərarı ilə həyata keçirilir”,- qurumdan bildirilib. Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin sön günlərə dair hava proqnozlarında istilərin şiddətləndiyi bildirilib. İyulun 13-də isə Azərbaycanın bəzi yerlərində temperatur 41 dərəcəyə çatıb.

TƏCİLİ: Voronejdə azərbaycanlılar SAXLANILDI

Rusiyanın Voronej şəhərində azərbaycanlılara qarşı daha bir təhqiramiz davranış qeydə alınıb. Sozcu.az Haqqın.az-a istinadən xəbər verir ki, Rusiya təhlükəsizlik qüvvələri yenidən Voronejdə bazarda azərbaycanlıları saxlayıb. Hadisə yerində olan şahidlərin sözlərinə görə, Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları bazarda reyd keçirib və saxlanılan şəxsləri bir-birinin çiynindən tutaraq yeriməyə məcbur ediblər. Məlumata görə, saxlanılanlar arasında azərbaycanlılarla yanaşı, tacik və özbək əsilli şəxslər də var.

Ağdam-Füzuli yolunda ağır qəza: 24 nəfər...

09:13 Ağdam-Füzuli yolunda yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Sozcu.az-a DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib. Belə ki, iyulun 9-da saat 08 radələrində Ağdam-Füzuli avtomobil yolunun 22-ci kilometrliyində "Ford" markalı sərnişin daşıyan nəqliyyat vasitəsinin aşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı avtomobildə olan 20 nəfər Baharlı qəsəbə sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlara müvafiq tibbi yardım göstərilib. Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır. *** Bu gün səhər saat 08:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Ağdam-Füzuli yolunda yol-nəqliyyat hadisəsinin baş verməsi barədə çağırış daxil olub. TƏBİB-dən bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub. Qeyd olunub ki, təcili tibbi yardım briqadaları tərəfindən xəsarət alan şəxslər Ağdam və Bərdə rayon mərkəzi xəstəxanalarına təxliyə olunublar. Məlumata görə, müxtəlif növ bədən xəsarətləri alan şəxslərdən 21-i Ağdam Rayon Mərkəzi Xəstəxanasına, 3-ü isə Bərdə Rayon Mərkəzi Xəstəxanasının müvafiq şöbələrinə yerləşdiriliblər. Hazırda müalicələri davam etdirilir, vəziyyətləri orta ağırdır.

Reabilitasiya mərkəzinin əməkdaşı 2 nəfəri bıçaqlayıb

Bakıda reabilitasiya mərkəzində işləyən şəxs küçədə iki nəfəri bıçaqlayıb. Sozcu.az Oxu.az-a istinadən, hadisə paytaxtın Nizami rayonunda baş verib. Bakı şəhər sakini Orxan Aslanov (soyadı şərtidir) narkomaniya xəstəliyinə görə müalicə kursu keçən pasiyentindən mərkəzə olan pul borcunu almaq üçün yaşadığı evə gedərkən yolda Murad və Vüqar adlı şəxslərlə rastlaşıb. Söhbət əsnasında tərəflər arasında mübahisə yaranıb. Mübahisə davaya çevrilib və Orxan üzərində gəzdirdiyi bıçaqla Murada 7 zərbə endirib. Hadisə zamanı onları ayırmağa çalışan Vüqar da bıçaq xəsarətləri alıb. Fakt üzrə cinayət işi başlanıb və iş məhkəməyə göndərilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə O.Aslanov 6 il azadlıqdan məhrum edilib.

Ukraynaya silah axınını dərhal bərpa edin - Makkol

ABŞ-ın yüksək rütbəli hərbçiləri belə qənaətə gəliblər ki, bu həyati vacib silahların Ukraynaya verilməsi Amerikanın döyüş hazırlığını təhlükə altına qoymur. Buna görə də administrasiyanı silah axınının bərpasına dərhal başlamağa çağırıram. Sozcu.az xəbər verir ki, bunu ABŞ-ın respublikaçı konqresmeni Maykl Makkol Ukraynaya silah tədarükündə yaranmış fasilə barədə danışarkən bildirib. “Pentaqonun silah tədarükünü dayandıran məmurları Prezident Trampın sülhə nail olmaq istiqamətində göstərdiyi nəcib səyləri sadəcə zəiflədir”, – deyə Makkol vurğulayıb. Qeyd edək ki, Pentaqon bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların Ukraynaya tədarükünü dayandırıb.

Rusiyada atışma: ölü və yaralı var

Rusiyanın Nalçik şəhərində atışma baş verib. Sozcu.az xəbər verir ki, bu barədə regionun hüquq-mühafizə orqanlarından TASS-a məlumat verilib. "İlkin məlumata görə, naməlum şəxslərin yol-patrul xidməti bölməsinə hücumu olub. Bir polis əməkdaşı yaralanıb", - agentliyin mənbəsi bildirib. Hücum edənlərdən biri öldürülüb və onun şəxsiyyəti müəyyənləşdirilir.

Mingəçevirdə yol təmizləyən qadını avtobus vurdu - FOTO

Mingəçevirdə yolda təmizlik işləri aparan qadını avtobus vurub. Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə az öncə Heydər Əliyev prospektinin Günəşli yaşayış massivi ərazisindən keçən hissəsində baş verib. Belə ki, Oğuz-Mingəçevir marşurutu ilə hərəkət edən sərnişin avtobusu yolda təmizlik işləri aparan Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin əməkdaşı Mətanət Hacıyevanı vurub. Müxtəlif bədən xəsarətləri alan yaralı qadın təcili xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma başlanıb.

"Sputnik"də əməliyyat zamanı saxlanılanlar - FOTO

Xəbər verdiyimiz kimi, bu gün Daxili İşlər Nazirliyi “Rossiya Seqodnya” İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) ofisində əməliyyat keçirib. Sozcu.az-ın məlumatına görə, əməliyyat zamanı saxlanılanlar var. Bunlar İqor Kartavıx və Yevgeniya Belousovadır. Həmin şəxslərin Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin ( FTX) bu agentlikdə çalışan əməkdaşları olduğu bildirilir. Xatırladaq ki, Rusiyanın “Sputnik Azərbaycan” agentliyinin fəaliyyətinin dayandırılması barədə bu ilin fevral ayında qərar qəbul olunub. Məlumatda bildirilib ki, bu qərar Azərbaycanın dövlət mediasının xaricdə və xarici jurnalistlərin ölkəmizdə fəaliyyətində pariteti təmin etmək məqsədilə qəbul edilib. Lakin “Sputnik Azərbaycan” redaksiyası bu qərara əməl etməyib. Ötən müddət ərzində ofis və kollektiv fəaliyyətini dayandırmayıb.