Ukrayna Xəzər dənizində Rusiyaya məxsus iki gəmini vurdu

Ukrayna Xüsusi Əməliyyat Qüvvələri Xəzər dənizində Rusiyaya məxsus iki yük gəmisini vurub.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Xüsusi Əməliyyat Qüvvələri məlumat yayıb.

Məlumata görə, XƏQ bölməsi “Qara Qığılcım” müqavimət hərəkatı ilə birlikdə Kalmıkiya Respublikasının sahillərində silah və hərbi texnika daşıyan “Bəstəkar Raxmaninov” və “Askar-Sarica” adlı iki Rusiya gəmisinə hücum edib.

Bildirilib ki, gəmilər İranla Rusiya arasında hərbi yüklərin daşınmasında iştirak edib.

Share on Facebook