Azərbaycan millisi AÇ-2024-ə biabırçı məğlubiyyətlə başladı

Millimiz bu gün Avro-2024-ün seçmə mərhələsində ilk oyununa çıxıb. Sozcu.az xəbər verir ki, yığmamız Avstriyanın qonağı olub. Linzdəki “Raiffeisen Arena”da keçirilən meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Qrupun digər matçında İsveç Belçikanı qəbul edib. Bu oyunda qonaqlar 3 cavabsız qolla qalib gəlib. Romelu Lukaku het-trik edib.  Qeyd edək ki, millimiz Avro-2024-ün seçmə mərhələsində 2-ci oyununu martın 27-i İsveçə qarşı keçirəcək. Xatırladaq ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda bundan əvvəlki 5 qarşılaşmada qalib gəlmişdi. 24 mart 23:45. Avstriya - Azərbaycan - 4:1 Qollar: Marsel Sabitzer, 28 (1:0), Mixael Qriqoriç, 30 (2:0), Marsel Sabitzer, 50 (3:0), Emin Mahmudov, 64 (3:1), Kristof Baumqartner, 69 (4:1) Hakimlər: Bartoş Frankovski,Marçin Boniek, Yakub Vinkler, Damian Kos (hamısı Polşa) Linz, “Raiffeisen Arena” 23:45. İsveç - Belçika - 0:3 Qollar: Romelu Lukaku, 35, 49, 83 "Friends Arena")

“Qarabağ”-“Qalatasaray” oyunu ilə bağlı müraciət

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) martın 26-da keçiriləcək “Qarabağ”-“Qalatasaray” oyunu ilə bağlı azarkeşlərə müraciət edib. Sozcu.az xəbər verir ki, müraciətdə azarkeşlərdən ictimai nəqliyyatdan, xüsusilə ayrılmış ekspress marşrutlardan istifadə etmələri xahiş olunub. Qeyd olunub ki, azarkeşlər oyundan 1 saat əvvəl “Bakı Olimpiya Stadionu”una gəlməli, ictimai asayişi qorumalı, digər vətəndaşlara maneə yaratmamalıdırlar. DYP “Qarabağ”a oyunda uğurlar arzu edib, hər kəsi iki qardaş ölkənin yoldaşlıq oyunundan zövq almağa çağırıb.

İngiltərə İtaliyaya qalib gəldi, Portuqaliyadan darmadağın

Bu gün Avro-2024-ün seçmə mərhələsinə start verilib. Sozcu.az xəbər verir ki, ilk olaraq C, H və J qruplarında ümumilikdə 8  oyun keçirilib.  Günün maraqla gözlənilən görüşü İtaliyada olacaq.Burada Avro-2020-nin finalçıları İtaliya və İngiltərə üz-üzə gəlib və 1:2 hesabı ilə uduzub. Bu komandalar arasında həlledici matçda İtaliya penaltilər seriyasında 3:2 hesabı ilə (1:1) qalib gəlmişdi. Portuqaliya ilə Lixtenşteyni darmadağın edib - 4:0. C qrupu 23:45. İtaliya - İngiltərə - 1:2 Qollar: Rays, 13 (0:1), Keyn, 44-pen (0:2), Retequi, 56 (1:2) Qırmızı vərəqə: Şou, 80 (İngiltərə) 23:45. Şimali Makedoniya - Malta - 2:1 Qollar: Elmas, 66 (1:0), Çurlinov, 72 (2:0), Yannik, 86 (2:1) Qırmızı vərəqə: Milevski, 90+3 (Şimali Makedoniya) H qrupu 19:00. Qazaxıstan - Sloveniya- 1:2 Qollar: Samorodov, 24 (1:0, Brekalo, 47 (1:1), Vipotnik, 78 (1:2) 22:45. Danimarka - Finlandiya - 3:1 Qollar: Hoylund, 21 (1:0), Antman, 54 (1:1), Hoylund, 82 (2:1), 90+3 (3:1) 22:45. San Marino - Şimali İrlandiya - 0:2 Qollar: Çarles, 24, 55 J qrupu 23:45. Bosniya və Herseqovina - İslandiya - 3:0 Qollar: Kruniç, 14, 40, Dediç, 63 23:45. Portuqaliya - Lixtenşteyn - 4:0 Qollar: Kanselu, 8, Silva, 47, Ronaldo, 51-pen, 63 23:45. Slovakiya - Lüksemburq - 0:0

Busketsin gələcəyi Messidən asılıdır

"Barselona"nın kapitanı Serxio Busketsin gələcəyi ilə bağlı sabiq komanda yoldaşı olan PSJ-nin hücumçusu Lionel Messidən asılıdır. Sozcu.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, argentinalı futbolçu Kataloniya təmsilçisinə qayıtmaq qərarına gəlsə, Buskets klubu ilə iyunda başa çatacaq müqaviləsinin müddətini daha 1 il uzadacaq.  Messi Səudiyyə Ərəbistanı və ya ABŞ klublarından birinə keçsə, Buskets də eyni addımı atacaq. Qeyd edək ki, Messinin PSJ ilə müqaviləsi bu ilin iyununda başa çatır.

"Qızıl top"a namizədlərin 2023-cü il üçün SİYAHISI

Goal.com portalı 2023-cü il üçün "Qızıl top"a iddiaçıların öz reytinqinin yenilənmiş versiyasını dərc edib.Sozcu.az xəbər verir ki, siyahıya argentinalı PSJ-nin hücumçusu Lionel Messi başçılıq edir. İkinci sırada “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haaland, üçüncü yerdə Messinin komanda yoldaşı, reytinqin əvvəlki versiyasında ikinci pillədə qərarlaşan fransalı Kilian Mbappe qərarlaşıb. İlk 10-luğa həmçinin Viktor Osimhen (Napoli/Nigeriya), Vinisius Junior (Real Madrid/Braziliya), Xviça Kvaratsxeliya (Napoli/Gürcüstan), Markus Reşford (Mançester Yunayted/İngiltərə), Robert Levandovski (Barselona/Polşa), Kazemiro (Mançester) daxildir. Yunayted/Braziliya), Bukayo Saka (Arsenal/İngiltərə).

"Biz varlıları soymuruq, kasıbların futbola çıxışına kömək edirik" - İnfantino

FİFA prezidenti Canni İnfantino qurumun və onun ünvanına səslənən mənfi fikirlərə münasibət bildirib. Sozcu.az "RMC Sport"a istinadən xəbər verir ki, qurumun rəhbəri FİFA-nı "Robin Qud" adlandıranlara da cavab verib: “Məni və FİFA-nı niyə tənqid etdiyinizi başa düşmürəm. Bəzi jurnalistlərin niyə belə qəzəbləndiyini anlamıram. Bəlkə də jurnalistlərlə kifayət qədər ünsiyyət qura bilmirəm. Kimsə demişdi ki, FİFA futbolun Robin Qududur. Amma biz varlıları soymuruq, əksinə, kasıbların futbola çıxışına kömək edirik. Mənə şəxsi hücumlar da var. Bilin ki, FİFA-ya, onun prezidentinə hücum edirsiniz... Bu hücumlar niyə baş verir? Məni sevmək məcburiyyətində deyilsiniz, amma mənə hörmətlə yanaşmalısınız".   İnfantio FİFA haqqındakı korrupsiya iddiaları ilə bağlı da danışıb: "Bu, çox ciddi iddialardır. Bu gün bu haqda danışmağa məcbur oldum. Mən komandamla çox işləyirəm. Namizədliyimi dəstəkləyən 200-dən çox məktub aldıqdan sonra yenidən seçildim”.

Benzema "Barselona"ya qarşı oynayacaq?

"Real"ın futbolçusu Kərim Benzema Çempionlar Liqasının 1/8 finalında "Liverpul"la cavab oyununun (1:0) 82-ci dəqiqəsində niyə əvəzləndiyini açıqlayıb. Sozcu.az UEFA-nın saytına istinadən xəbər verir ki, komandasının yeganə qolunun müəllifi olan fransalı hücumçu deyib: “Meydanı tərk etdim, çünki baldırımdan pis zərbə aldım. Ancaq bu, sadəcə bir əzilmədir. Bazar günü "Barselona"ya qarşı oynamağa hazır olacağam" Qeyd edək ki, Madrid klubu La Liqanın 26-cı turunda martın 19-u səfərdə "Barselona" ilə qarşılaşacaq.

ÇL: Son 1/4 finalçılar məlum olur

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq. Sozcu.az xəbər verir ki, son oyun günündə keçiriləcək iki qarşılaşma ilə 1/4 finalın bütün iştirakçıları bəlli olacaqlar. UEFA Çempionlar Liqası 1/8 final, cavab oyunları 16 mart 00:00. “Real Madrid” (İspaniya) - “Liverpul” (İngiltərə) İlk oyun – 2:5 00:00. “Napoli” (İtaliya) - “Ayntraxt” (Frankfurt, Almaniya) İlk oyun – 0:2 Daha əvvəl Almaniyanın “Bayern”, Portuqaliyanın “Benfika”, İngiltərənin “Çelsi” və “Mançester Siti”, İtaliyanın “Milan” və “İnter” klubları 1/4 finala vəsiqə qazanıblar.

Emreli "Qalatasaray"la oyuna hazırlaşır

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası "Konyaspor" bu həftə lider "Qalatasaray"la qarşılaşacaq. Sozcu.az xəbər verir ki, komandalar Türkiyə superliqasının 25-ci turunda üz-üzə gələcək. Konya şəhərində keçiriləcək turun bu açılış matçı martın 17-i Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. M.Emrelinin görüşdə iştirakı gözlənilir. "Konyaspor" martın 13-də bu vacib oyunun hazırlığına başlayıb. Məşqlərdə M.Emreli də fəal iştirak edib. Hazırlıq prosesi bu gün davam etdiriləcək. Qeyd edək ki, 24 turdan sonra "Qalatasaray" 60 xalla 1-ci, "Konyaspor" isə 31 xalla 8-ci yeri tutur. Əlavə edək ki, M.Emreli ötən tur "Giresunspor"la görüşdə (0: 0) debüt edib. Start heyətdə meydana daxil olan 25 yaşlı hücumçu 56-cı dəqiqədə əvəzlənib.

Beş güləşçimiz Avropa çempionatında mübarizəyə başlayır

Bu gün Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-23 Avropa çempionatı start götürəcək. Sozcu.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın beş yunan-Roma güləşçisi mübarizəyə başlayacaq. Rahim Həsənov (55 kq) 1/4 final mərhələsində Karapet Manvelyan (Ermənistan) / Sabolç Losonç (Serbiya) cütünün qalibi ilə üz-üzə gələcək. Ziya Babaşov (63 kq) təsnifatda Sahak Hovannisyanın (Ermənistan) müqavimətini qırmağa çalışacaq. Xasay Həsənli (77 kq) təsnifatda Şahan Acarla (Türkiyə), Məhəmməd Əhmədiyev (87 kq) eyni raundda Açika Bolkvadze (Gürcüstan) ilə, nəhayət, Sərxan Məmmədov (130 kq) Mixaylo Vişnivetski (Ukrayna) ilə görüşəcək. Qeyd edək ki, Avropa çempionatı martın 19-da başa çatacaq.

Messi "Barselona"ya qayıtmaq istəyir, amma...

PSJ-nin futbolçusu Lionel Messi sabiq klubu "Barselona"ya qayıtmaq istəyir. Sozcu.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.  Bildirilir ki, 35 yaşlı forvard "Barselona"ya keçmək istəyir, lakin kataloniyalılar keçmiş liderini geri qaytarmaq üçün heç bir addım atmayıblar. Qeyd olunur ki, vəziyyət hər an dəyişə bilər. Xatırladaq ki, Messinin PSJ ilə müqaviləsi bu mövsümün sonuna qədərdir. Argentinalı hücumçu 2021-ci ildən Fransa klubunda çıxış edir. Bundan əvvəl Messi uzun müddət "Barselona"da oynayıb (2004-2021).

Pioli: "1/4 finala layiqik"

"Milan"ın baş məşqçisi Stefano Pioli Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Tottenhem"lə heç-heçədən (0:0, ilk matç - 1:0)) sonra komandasının  1/4 finala yüksəlməsini şərh edib. Sozcu.az xəbər verir ki, o deyib: “Biz əla oyun nümayiş etdirdik və bu görüşdə qol vura bilərdik. İki oyunu necə keçirdiyimizi nəzərə alsaq, 1/4 finala layiqik. “Milan” bunu addım-addım atmalıdır. Əvvəlcə keçən il bacarmadığımız qrupdan çıxmaq, sonra 1/8 finala yüksəlmək vacib idi. İndi püşkatmanı gözləyirik və yenə bütün gücümüzü çempionata sərf edəcəyik". Mütəxəssis bildirib ki, Çempionlar Liqasında oynamaq "Milan" üçün çox vacibdir: "Bu, bizim səylərimizin mükafatıdır. Ya Çempionlar Liqasının qalibi olmalıyıq, ya da ölkə çempionatını ilk 4-lükdə bitirməliyik. Ona görə də dərhal çempionat haqqında düşünməliyik”.