"Barselona"nın idman direktoru Mateu Alemani "Mançester Siti"nin yarımmüdafiəçisi İlkay Gündoğanı transfer edəcəkləri xəbərinə münasibət bildirib.
Sozcu.az Fabrizio Romanonun "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, o, deyib: "Hər şey yeni başlayır".
"Mundo Deportivo" yazıb ki, almaniyalı yarımmüdafiəçi Kataloniya təmsilçisi üçün tibbi müayinədən keçib və "Barselona" ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, İ.Gündoğanın "Mançester Siti" ilə müqaviləsi iyunun 30-u başa çatır. O, "Barselona"ya azad agent kimi keçir.